Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə39/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

5. Fermentlərin tətbiqi
: 
Hazırda fermentlər gündəlik həyatda tətbiq sahəsinə 
görə aminturşularından və antibiotiklərdən sonra üçüncü yeri tutur. 
Dünya bazarında istifadə olunan fermentlərin 60%-i peptidhidrolazaların 
(sintetik yuyucu maddələrin istehsalında istifadə olunur), 30%-isə qlükozidazaların 
(qənnadı sənayesində, meyvə-tərəvəz şirələrinin hazırlanmasında istifadə olunur) 
payına düşür. Fermentlər şərabçılıqda, çörəkbişirmədə, spirt, pivə, şirələrin 
istehsalında, tütünçülükdə, gön-dəri, ət, süd, balıq, konserv sənayesində, şirniyat 
emalında, məişətdə və başqa sahələrdə də tətbiq olunur. 
Çörəkbişirmə sənayesində köbələkdən alınmış ferment (əsasən amilaza) 
preparatından istifadə xəmirin tez yetişməsini (alınmasını, şişməsini) 30% artırır 
həmçinin əla növ bulka çörəyin əldə olunmasında saxarozaya 2 dəfəyə yaxın 
qənaət edir. 
Pivəbişirmədə, spirt istehsalında, nişastadan qlükoza alınmasında amilaza 
fermentindən istifadə edilir. Peptidhidrolaza fermenti-gön dəri istehsalında ət 
yeməklərinin hazırlanmasında (onlara xüsusi dad verir) istifadə edilir. 
Fermentlər təbabətdə bir sıra xəstəliklərin müalicəsində istifadə edilir: 
Proteolitik fermentlərdən pepsin, tripsin və başqa qarışıq tərkibli (betasid, festal, 
abomin, panzinorm və başqaları) olanlar - mədə bağırsaq yollarının müalicəsində, 
qan dövranın təmizlənməsində, trombların həll edilməsində, asparkinaza-xərçəng
xəstəliklərinin bəzi növlərinin müalicəsində istifadə olunur. 
H─C─COOH H─C─COOH 
║ ║
H─C─COOH HOOC─C─H
sis -malein trans-fumar 
turşusu turşusu
 
downloaded from KitabYurdu.org


69 
Son zamanlar bəzi xəstəliklərin diaqnozunda və proqnozunda fermentlərin 
spesifik xassələrinə əsaslanaraq enzimdiaqnostika yaranmışdır. Beləki, qanda və 
sidikdə fermentlərin miqdarına əsaslanaraq bəzi diaqnozlar təyin edilir. Məsələn: 
laktodehidroge-naza (LDG), aspartataminotransferaza (AST) və aldolaza miokard 
infarktın diaqnostikasında; LDG, AST və alaninaminotransferaza qaraciyər 
xəstəliklərinin diaqnostikasında; j-qlutamiltransferaza orqanların köçürülmə 
əməliyatında onların dəyişirikliyə uğramasının müəyyənləşdirilməsi diaqnostika-
sında və s istifadə olunurlar.
Biokimya laboratoriyalarında fermentlər bəzi göstəricilərin (qlükoza, süd 
turşusu, piroüzüm turşusu, ATF, ADF, AMF və s) bioloji materiallarda (qan, 
toxuma və s.) təyinində işlədilir. 
Mikrobiologiyanın və biotexnologiyanın nəaliyyətləri bakteriya və köbələk 
mənşəli fermentlərdən heyvanların yemləri mənimsənilməsini artırmaq məqsədilə 
istifadəsi get-gedə genişlənir. Kompleks ferment preparatlarının tətbiqi yemlərdə 
selluloza və hemisellulozanın da heyvan orqanizmində mənimsənilməsinə şərait 
yaradır. 
Ferment preparatların saxlanılması nəticəsində onların istifadəsi çətinləşir. 
Tətbiqi enzimologiyanın nəaliyyətləri nəticəsində immobilləşdirilmiş fermentlər-
süni ferment qrupları yaradılmışdır. Bu cür immobilləşdirilmiş fermentdə hər bir 
ferment süni surətdə həll olmayan daşıyıcı ilə birləşir. Daşıyıçı kimi üzvi 
(sellüloza, dekstrin, aqaroza, xıtın, keratin, fibroin, kollagen) həm də qeyri-üzvi 
(şüşə, gil, keramika, silikogel, metal oksidləri və s) maddələrdən istifadə olunur. 
Son zamanlar biotexnoloji üsul ilə immobilləşdirilmiş fermentlər istehsalına 
başlanmışdır. Bu cür immeilləşdirilmiş fermentdə hər bir ferment öz aktivliyini 
saxlayır. 
Gələcəkdə fermentativ reaksiyaların mexanizminin tam açılması reaksiyala-
rın sürətlə getməsini 100% çıxıma nail olmasını, canlı orqanizmdə bir çox 
xəstəliklərin vaxtında diaqnostikasını və müalicəsini təmin edəcəkdir. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin