Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan



Yüklə 0,88 Mb.
səhifə41/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   37   38   39   40   41   42   43   44   ...   57
Biologiyanın tədrisi metodikası

3.Dərslik və kitab üzərində iş

Məlum olduğu kimi dərslik və habelə digər kitablar bilik mənbəyidir. Şagirdlərin biologiya fənnlərindən dərin biliyə yiyələnmələri üçün dərsliyi və elmi-populyar kitabları, qəzet və jurnal məqalələrini oxuması çox vacibdir. Şagirdlər kitab oxuduqca onların elmi görüş dairəsi genişlənir, təbiətdəki fakt və hadisələr haqqında onlarda tam təsəvvür yaranır və beləliklə şagirdlərin hərtərəfli inkişafı təmin olunur. Buna görə də şagirdlərin dərslik və kitab üzərində müstəqil işləmələrinə xüsusi fikir verilməlidir. Məlumdur ki, dərslik əsas oxu materialıdır. Odur ki, dərslik bütün şagirdlər tərəfindən məcburi oxunmalıdır. Təcrübə göstərir ki, müəllim sinifdə dərsi nə qədər yaxşı izah etmiş olsa da, şagirdlər yenə də həmin materialı dərs zamanı tamamilə qavraya bilmir. Şagird kitabdan həmin mövzunu oxuduqda dərsdə aldığı biliyi daha da möhkəmlənir və sinifdə yaxşı başa düşə bilmədiyi bəzi məsələlər dərsliyi oxuduqca aydınlaşır. Biologiya müəllimləri ilk günlərdən çalışmalıdırlar ki, şagirdlər dərslikdə göstərilmiş oxu materialını əvvəllər hissə-hissə, sonralar isə bütöv halda oxuyub, onu nəql etmək texnikasına yiyələnə bilsinlər. Müəllim dərslikdə rast gələn yeni terminləri, sözləri lövhəyə yazmaqla onun mənasını aydınlaşdırmalıdır. Hətta bəzən çətin yerləri sinifdə oxutdurmaq və başa salmaq lazımdır. ancaq yuxarı siniflərdə bu hala yol verilmir. Ucadan və tələsik oxu da yolverilməzdir. Şagird kitab üzrə dərsə hazırlaşmalı, lakin dərsi kitab sözü ilə deyil, öz sözləri ilə danışmağa alışmalıdır. Şagirdlər dərslikdəki misallarla yanaşı, yerli bitgi və heyvanlardan misallar göstərməyə çalışmalıdır.

Biologiya fənləri üzrə şagirdlərin kitab üzərində müstəqil işlərindən biri də onların yaş və bilik səviyyələrinə uyğun olan elmi-populyar kitablar, qəzet və jurnallar oxumasıdır. Bu məsələdə də müəllimin rəhbərliyindən çox şey asılıdır. Belə ki, müəllim eyni zamanda şagirdlərin əlavə materialları oxumalarına nəzarət etməklə, onlara yaxından köməklik göstərməlidir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin