Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


İllüstrasiya və demonstrasiya üsulunun növləri



Yüklə 0,88 Mb.
səhifə37/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   33   34   35   36   37   38   39   40   ...   57
Biologiyanın tədrisi metodikası

2. İllüstrasiya və demonstrasiya üsulunun növləri

Biologiya dərslərinin yaxşı mənimsənilməsinə xidmət edən, materialın şagirdlər tərəfindən aydın qavraması, başa düşməsi və davamlı bilik əldə etmələri üçün ən yaxşı təlim metodlarından biri əyani vasitələrdən istifadə edilməsinə əsaslanan əyanilik prinsipinə əsaslanan üsuldur. Əyani vasitələrdən istifadə etməyə əsaslanan bu metod illüstrasiya və demonstrasiya üsuludur. Adından məlum olduğu kimi bu metod əsasən 2 yerə ayrılır:

1) Əyani vasitələrin illüstrasiyası

2) Əyani vasitələrin demonstrasiya etdirilməsi

Məlumdur ki, müəllim dərsi nəql vəizah etdikdə, mühazirə oxuduqda və ya müsahibə apardıqda hökmən o, əyani vasitələr göstərməli və təcrübələr nümayiş etdirməlidir. Müəllimin dərs prosesində sinifdə şəkil, sxem, model, herbari, kolleksiya, preparat, kinofilm və s. göstərməsi illüstrasiya metodu adlanır.

Dərs prosesində müəllimin müstəqil təcrübələr göstərməsi isə demonstrasiya metodudur.

Adı çəkilən bu üsullar başqa təlim üsulları kimi (məs. müəllimin şərhi) müstəqil-ayrılıqda işlənmir. Bu üsul müəllimin nəqli, izahı, mühazirəsi və müsahibəsi ilə birlikdə tətbiq olunur. Biologiya dərslərində əyaniliyə, o cümlədən illüstrasiya və demonstrasiya üsullarından istifadə olunmasına xüsusi əhəmiyyət verilir. Bu üsulların tətbiqi şagirdlərin materialı möhkəm mənimsəmələrinə və onlarda dialektik materialist dünyagörüşünün aşılanması üçün geniş imkan yaradır. Dərsdə göstərilən illüstrativ materiallar müxtəlif növ ola bilər. Məs: şəkili, model, herbari, kolleksiya, diaqram, sxem, cədvəl, xəritə və s. Təlim prosesində bu materialların hər birindən yeri gəldikdə istifadə olunur.

Şagirdlərin illüstrativ materiallardan yaxşı istifadə edə bilməsi üçün onlar sinfin görkəmli yerində qoyulmalı və ya asılmalıdır. Sinifdə və ya laboratoriyada göstəriləcək təcrübələrin və demonstrasiyanın düzgün təşkili və aparılması da olduqca mühüm praktik əhəmiyyətə malikdir. Çünki, göstərilən bu təcrübələr hadisəni aydın təsəvvür etməyə və bunlardan düzgün nəticə çıxarmağa kömək edir. Təcrübə və müşahidə şagirdləri müstəqil çalışmağa və tədqiqat işlərinə alışdırır.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin