Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan



Yüklə 0,88 Mb.
səhifə35/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   31   32   33   34   35   36   37   38   ...   57
Biologiyanın tədrisi metodikası

X möczu Müsahibə metodu:

Şagirdlərin keçmiş dərslərdə mənimsədiyi və habelə yeni dərsdə almış olduqları yeni bilik, bacarıq və vərdişlərin onların hafizəsində canlandırmaq və dərinləşdirmək məqsədilə müəllimin dərsdə apardığı sual-cavaba müsahibə üsulu və ya sual-cavab üsulu deyilir.Nəql etmə və şərh üsullarından fərqli olaraq, bu üsulda həm müəllimin və həm də şagird daha fəal iştirak edir. Məqsəd və quruluş etbarı ilə müsahibə üsulu müxtəlif olur. Onlardan ən geniş tətbiq olunanları bunlardır: 1)Yeni bilik və bacarıqvermək məqsədilə aparılan evrestik müsahibə; 2) Bilik və bacarıqları möhkəmləndirmək üçün aparılan təkrarlama müsahibəsi; 3) Şagirdlərin biliyini yoxlayıb hesaba almaq münasibətilə aparılan kontrol münasibətlər. Təbiyyat dərslərində göstərilən müsahibə növlərinin hər üçündən istifadə olunur.



1). Estetik müsahibə zamanı şagirdlərə suallar verilir və onlar müstəqil nəticələr çıxarmaqla cavab verirlər. Bu təlim üsulu bütün dərs tiplərində tətbiq edilir.

2) Təkrarlama müsahibə üsulu hər bir dərsin sonunda aparılır və verilmiş yeni materialın şagirdlərin tərəfindən nə dərəcədə mənimsənilməsi aşkara çıxarılır.

3) Kontrol müsahibə isə ara-sıra və qısa müddətdə aparılır. Müsahibə zamanı: 1) verilən suallar konkret, aydın və şagirdlərin gücünə müvafiq (orta qıymətlə oxuyanın gücünə müvafi) olmalıdır; 2) Suallar düşündürücü olmalıdır. Cavabı yalnız “hə”, “yox” olan suallardan ibarət olmamalıdır;

3) Mürəkkəb və çoxmərtəbəli suallara yol verilməməlidir;

4) Müsahibə zamanı sinifdəki şagirdlərin hamısının iştirakı təmin olunmalıdır. Bu da onların dərsdə fəallığını artırır;

5) Müsahibə zamanı əyani vəsaitlərdən istifadə olunmalıdır.

IV.Ekskursiya zaman müəllimin verdiyi izahat

Ekskursiya adi təlim üsullarından biridir. Lakin bu üsulda məşğələ sinifdənkənar yerdə (təbiətdə, istehsalatda və s.) aparılır. Biologiya fənlərinin tədrisi ilə əlaqədar materialın ətraf mühitdə, təbii halda öyrənmək məqsədilə ekskursiyalardan istifadə edilir. Ekskursiyalar ancaq proqram materialları əsasında aparılır. Ekskursiyalarda şagirdlərin iştirakı adi dərslərdə olduğu kimi məcburidir. Təlim ekskursiyaları bitgi və heyvanların həyatı və habelə istehsalatla əlaqədar olan məsələləri başa salmaq üçün ən əlverişli üsullardan sayılır. Biologiya fənləri üçün təlim ekskursiyalarının keçilməsinə daha çox ehtiyyac vardır. Məlum olduğu kimi biologiya fənləri üzrə müxtəlif obyektlərə ekskursiyalar təşkil etmək olar. Biologiya fənləri üzrə ekskursiyaların 3 növündən istifadə olunur:

1)qısa müddətli ekskursiyalar; 2) birgünlük ekskursiyalar; 3) uzun müddətli ekskursiyalar

Qısa müddətli ekskursiyalar 1-2 saat içərisində məktəbin tədris-təcrübə sahəsində yaxud məktəbə yaxın olan muzeydə, zooparkda və s. Obyektlərdə aparılır.

Bir günlük ekskursiyalar məktəbdən bir qədər aralı (3-5 km) obyektlərdə (bağ, bostan, çay, dəniz, göl sahilində, meşədə və s. Yerlərdə) aparılır. Adətən bir günlük ekskursiyalar oxşar fənnlər üzrə kompleks ekskursiyalar şəklində həyata keçirilir. Bu zaman ekskursiyada hər müəllim öz ixtisasına aid olan məsələlər haqqında şagirdlərə məlumat verir. Məs.: Təbiyyat müəllimi ətrafdakı bitgi və heyvanlar haqqında, kimya müəllimi kübrələr və k/t zərərvericiləri ilə mübarizə üsulundan, fizika müəllimi isə k/t maşınlarının qruluş prinsiplərindən məlumat verirlər.

Uzun müddətli ekskursiyalar ildə bir və ya iki dəfə keçirilir. Uzun müddətli ekskursiyanın müddəti 1 həftədən 15 günə, bəzən isə 1 aya kimi olur. Bu ekskursiyalar da kompleks ekskursiyalar olur. Uzun müddətli ekskursiyalar üçün seçilən yerin təbiətcə zəngin olmasına xüsusi fikir verilməlidir. Uzun müddətli ekskursiyaların keçirilməsinə xüsusi hazırlıq tələb olunur. Belə ki, ekskursiyaya getməmişdən əvvəl şagirdlərin sağlamlığı həkim tərəfindən yoxlanmalı, onlar üçün lazım olan bütün şeylər və avadanlıq (yemək, geyim, gecələmək üçün çadır və s.) əvvəlcədən hazırlanmalıdır. Bütün bunlarla yanaşı müəllim adi dərs hazırlaşdığı kimi, ekskursiyalara da ciddi hazırlaşmalıdır. Bunun üçün əvvəlcə ekskursiyanın mövzularını müəyyənləşdirilməli və onların obyektləri ilə tanış olmalıdır. Ekskursiyanın mütəşəkail aparılması üçün onun planı olmalıdır. Planda mövzu, məqsəd, nə vaxt, hansı obyektə gediləcəyi və müddəti göstərilməlidir. Ekskursiyanın planına – 1) Giriş müsahibəsi; 2) Obyektin nəzərdən keçirilməsi; 3) Obyektdəki rejimlə tanışlıq; 4) Obyektdəki, bitgi, heyvan və s-nin yerləşməsi ilə tanışlıq; 5) Əgər obyekt fermadırsa onun heyvanlarının bəslənməsi və saxlanması ilə tanışlıq; 6) Fermanın yeni bazası, onun mexanikləşdirilməsi və qabaqcıl adamları ilə tanışlıq; 7) Yekun müsahibəsi daxildir. Ekskursiyanın gedişi başa çatdıqdan sonra ona yekun vurulmalıdır, nəticələr sinifdə müzakirə edilməlidir.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin