Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Biologiya dərslərində təcrübə üsulunun tətbiq edilməsi



Yüklə 0,88 Mb.
səhifə38/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   34   35   36   37   38   39   40   41   ...   57
Biologiyanın tədrisi metodikası

3.Biologiya dərslərində təcrübə üsulunun tətbiq edilməsi

Biologiya dərslərinin tədrisi prosesində yeri gəldikcə proqram materialına uyğun təcrübə işlərindən də geniş istifadə olunur. Aparılan və ya göstərilən bu təcrübələr mümkün qədər şagirdlərin başa düşəcəyi şəkildə aparılmalı və işin gedişi haqqında məlumat verilməlidir. Mövzunun xarakterindən, onun çətin və asanlığından asılı olaraq, təcrübəyə aid izahatı 3 cürdür: 1) Onu göstərməmişdən əvvəl; 2) Təcrübəni göstərə-göstərə; 3)Təcrübəni göstərdikdən sonra vermək olar.

Bu üç variantdan ən əlverişlisi-təcrübəni izah edə-edə göstərmək daha məsləhətlidir. Biologiya dərslərində illüstrasiya və demonstrasiya üsullarını, eləcə də təcrübələrin göstərilməsini tətbiq etmək üçün müəllim hər şeydən əvvəl məktəbdə təbiyyata aid lazimi vəsaitlərin əldə edilməsinə nail olmalıdır. Təbiyyat dərslərində təcrübələr nümayiş etdirməklə bərabər, kinofilmlərin göstərilməsinə də xüsusi fikir vermək lazımdır. Kino-demonstrasiyasının bir növü olub, təlim prosesində əvəzedilməz əhəmiyyətə malikdir. Çünki təcrübədə və hətta ekskursiyada göstərilməsi mümkün olmayan bir çox hadisələrin ancaq kino vasitəsilə nümayiş etdirmək mümkündür.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin