Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Biologiya tədrisi metodikasının məqsədi və vəzifələri



Yüklə 0,88 Mb.
səhifə2/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   2   3   4   5   6   7   8   9   ...   57
Biologiyanın tədrisi metodikası

4.Biologiya tədrisi metodikasının məqsədi və vəzifələri

Biologiya tədrisi metodikası fənninin əsas məqsədi orta məktəb biologiya kursuna daxil olan fənlərinin şagirdlər tərəfindən dərk olunmasını və tədris materiallarını asan mənimsəyə bilmələrini təmin etməkdir. Bu göstərilən məqsədi həyata keçirmək üçün biologiya tədrisi metodikası təlim-tərbiyə işini düzgün təşkil etmək üçün struktur qurluşda göstərildiyi kimi tədrisin ümumi üsullarına daxil olan 2 istiqamətli işi düzgün təşkil etməyi qarşıya məqsəd qoyur. Bu istiqamətlərdən biri məktəb biologiya fənnlərinin quruluşu, bu fənnlərin ardıcıllığı və bioloji anlayışların inkişaf etdirilməsi işi, ikincisi isə-tərbiyə sistemi, bu zaman həyata keçirilən tədris formaları, tətbiq üsullar və metodik priyomlar, eləcə də material bazanın təşkil edilməsi işidir. Bütün bu göstərilən iki istiqamət tədrisin xüsusi üsul bölməsində ayrı-ayrı biologiya fənnlərinin tədrisi işində əməli olaraq hər bir fənnin tələbinə uyğun olaraq həyata keçirilir. Bu bölündə kursun spesifik xüsusiyyətləri , şagirdlərin yaş xüsusiyyətinə uyğun dərsdə, dərsdən və sinifdənxarıc təlim prosesində, eləcə də ekskursiya, kobinet, canlı güşə və tədris-təcbübə sahəsində öyrədilməsi və şagirdlərin ictimai-faydalı əməyə hazırlanması işi vasitəsi ilə həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, məktəb biologiya kursunun tədrisi metodikası bu göstərilən məqsəd və vəzifələrinə görə digər fənnlərin tədrisi metodikasından fərqlənir. Biologiyanın tədrisi metodikası fənninin vəzifələrindən biri də təlim-tərbiyə işini düzgün təşkil etmək, şagirdlərdə vətənpərvərlik, vətənə məhəbbət, təbiətə mərhəmət hissi aşılamaq, təbii sərvətlərdən düzgün və səmərəli istifadə, bitki və heyvanat aləminin, eləcədə təbii sərvətlərin qorunması qayğısına qalmaq, təbiətdən zövq almaq, estetik tərbiyə hisslərinin tərbiyə olunmasını həyata keçirməkdir. Bundan başqa biologiya tədrisi metodikasının əsas vəzifələrindən biri şagirdlərdə düzgün elmi dünyagörüşün formalaşdırılması materialist dünyagörüş yaratmaqdan işarətdir. Bütün bunlar sinifdən-sinifə keçdikdə dəyişən fənnlər, mürəkkəbləşən məzmun, artan bioloji islahlar, irəli sürülən bioloji qanunauyğunluqlar əsasında yaradılır. Uzun illərin təcrübələri ilə sübut edilmişdir ki, tədris etdiyi fənnnini və onun tədrisi qaydalarını yaxşı bilən müəllim öz işində daha böyük nailiyyətlər qazanır.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin