II mövzu. Biologiya tədrisi metodikasının inkişaf tarixi.
XVIII əsrdə Biologiya tədrisinin inkişafı
Plan.
1. Biologiya tədrisi metodikasının inkişaf tarixi.
2. XVIII əsrin sonlarında biologiya fənlərinin tədris sisteminə daxil edilməsi.
3. V.F. Zuyevin “Təbiət tarixinin təsfiri” dərsliyi.
4. XIX əsrdə Rusiya məktəblərində biologiya fənlərinin qoyuluşu
Respublika məktəblərində təbiət-biologiya fənlərinin tədris planına daxil edilməsi və tədrisi müəyyən tarixi dövr keçmişdir.
1. Böyük oktyabr sosialist inqilabından əvvəlki Rusiyada və onun əyalətlərində bir sıra görkəmli mütərəqqi fikirli təbiətşünas alimlər və təcrübəli müəllimlər olmuşdur. Böyük oktyabr sosialist inqilabından sonra isə Rusiya və bizim ölkəmizdə görkəmli metodis alim və təbiətşünasların sayı daha da artmışdır. Hal-hazırda məktəblərimizdə biologiya elminə yüzlərlə təcrübəli və bacarıqlı müəllimlər tədris edir. Hələ o dövrdə V.İ.Lelin keçmiş Rus və xarici ölkə məktəblərini xarakterizə edərək göstərirdi. Hər halda köhnə məktəblərdəki pis cəhətlərlə, bizə faydalı olan cəhətləri bacarıb bir-birindən ayırmaq, kommunizm üçün lazım olan şeyləri ondan seçib götürmək lazımdır.
XVIII əsrdə kaptalizmin inkişafı ilə əlaqədar olaraq, Rusiyada dəqiq elmlərin inkişafı zərurətini meydana çıxartdı. Belə bir zərurət biologiya elmlərinin orta təhsil sisteminə daxil edilməsinə səbəb olmuşdur. Biologiya elmini öyrənmədən istehsalat proseslərinin əsl mahiyyətini başa düşmək , sənaye və kənd təsərüfatına rəhbərlik etmək məlum olduğu kimi qeyri-mümkündür. Bütün bunlar Rusiya məktəblərində biologiya (təbiyat) dərslərinin tədris sisteminə daxil edilməsinin zəruri olduğunu göstərməklə, bu iş imkan yaratmış oldu.
Dostları ilə paylaş: |