4. XIX əsrdə Rusiya məktəblərində biologiya fənlərinin qoyuluşu
XIX əsrin əvvəllərində Rusiyada təhkimçilik hüququnun ləğv edilməsi və kapitalizmin inkişafı ilə əlaqədar olaraq bazarlar genişlənir. Sənaye, k/t sahəsi artır, ölkədə demokratik burjaziya əhval-ruhiyyəsi getdikcə hər tərəfə yayılır. Odur ki, dövlət qurluşunda, o cümlədən məktəblərin həyatında mühüm reformalar baş verirdi. 1804-cü il məktəb reformasından sonra məktəblərin tipləri dəyiçdirilərək tip məktəb yaradılmışdır: 1) Birillik kənd məktəbləri; 2) Ikillik qəza məktəbləri; 3) Dördillik gimnaziyalar
Qeyd etmək lazımdır ki, bu məktəblərdə biologiya fənnləri üzrə V.F.Zuyevin dərsliyində olduğu kimi verilmir. Ona görə də yeni dərsliklər yazılır. Yazılan bu dərsliklərdə bitgi və heyvanların həyatının və faydasının öyrənilməsi məsələləri ikinci dərəcəli yer tutur. XIX əsrin birinci yarısında yazılmış bu biologiya dərslikləri əsasən bitgi və heyvanlar sistematikasının öyrənilməsinə həsr edilir. Bitgi və heyvanların təsnifatı onların xarici əlamətlərinə görə izah olunurdu. Bu zaman şagirdlər küllü miqdarda bitgi və heyvan adları əzbərləməli olurdular. Biologiya dərslərinin buqayda ilə tədris üsulunda öyrənilməsi ”sistematik istiqamət” adlanır. Biologiya dərslərində ”sistematik istiqamət”in meydana çıxması təsadüfü olmamışdır. Bu, XVIII əsrin sonlarında İsveç alimi Karl Linneyin bitgi və heyvanların sistematikası haqqındakı əsərinin meydana çıxması ilə alaqədar idi. Qeyd etmək lazımdır ki, K. Linneyə qədər “növ” haqqında anlayış var idi. K. Linney hər bir bitgi və heyvan barədə məlumat verilərkən onun xarici əlamətlərini əsas götürürdü. Beləki, bitgilərdə erkəkciklərin sayı, heyvanlarda isə xarici əlamətlər əsas götürülürdü. K. Linney bitgi və heyvanları adlandırmaq üçün 2 qat nomenklatura, yəni onların cinsi və növlərini birlikdə götürməyi təklif edir və beləliklə o, ilk dəfə bitgi və heyvanların sistematikasını yaradır və onları siniflərə, dəstələrə, cinslərə və növlərə ayırır. K. Linneyin sistemi süni olsada dövrünə görə böyük əhəmiyyətə malik olmuşdur. Elmdəki bu ”sistematik istiqamət” məktəb biologiya dərslərinin tədrisində də öz təsirini göstərmişdir. Demək olar ki, XIX əsrin birinci yarsınadək məktəblərdə biologiya dərsləri bu kitablarla keçilirdi.
Dostları ilə paylaş: |