III. XX əsrin əvvəllərində biologiya tədrisi üsulunun meydana çıxması
XIX əsrin II yarısında bir tərəfdən Rusiyada kapitalizmin getdikcə inkişafı, digər tərəfdən biologiya elmləri sahəsində yeni kəşflərin (xüsusilə üzvi aləmin inkişafı haqqında Ç.Darvinin ideyasının) meydana çıxması və yayılması ilə əlaqədar olaraq biologiya elminə rus gənclərinin marağı daha da artmağa başlayır. Artıq Rusiyada biologiya elmi yeni bir istiqamətdə bioloji istiqamətdə inkişaf etməyə başlayırdı. Ç.Darvinə qədər üzvi aləmin inkişafı haqqında Lamarkin, rus alimlərindən Rulye və başqalarının əsərlərində mütərəqqi fikirlər söylənilmişdir.Bu cür fikirlər söyləndikdən sonra materialist dünyagörüşün yayılmasında biologiya elmləei daha mühüm rol oynamağa başlamışdır. Hətta irticanın güclü vaxtında rusiyada demokratik fikirli mütəfəkkirləri demokratik ideyalar yaymaqda və biologiya fənnlərinin inkişafı uğrunda ciddi mübarizəyə qoşulurlar. Onlardan Gertsen, Belinski, Çernişevski, Dobrolyubov və.s rolu xüsusilə qeyd edilməlidir. XIX əsrdə demokratik fikirlər rus gəncləri arasında daha da genişlənir. Bunun sayəsində bir sıra görkəmli alimlər yetişir. Onlardan Rulye, Kovalevski qardaşları. Meçnikov Timiryazev, Severtsev, Seçenov, Pavlov və.s. göstərmək olar.
Ç.Darvinin “Növlərin mənşəyi” əsərinin çap edilməsindən 3 il sonra (1862) Rulyenin tələbəsi Boqdonovun “Zoologiya və zooloji xrestomatiya” adlı kitabı nəşr olunur. Bundan başqa Beketovun (1825-1902) “Təfəkkürün induktiv üsulunun gimnaziyalarda təbiyyatın tədrisinə tətbiqi” adlı məqaləsi dərc edilir. Rusiyada bioloji istiqamətin məktəb təbiətşünaslığına inkişaf etdirilməində A.Y.Hedrin zoologiyaya aid dərslik yazmış və heyvanları təkamül cəhətdən sistemlə “İbtidailərdən” başlayaraq öyrənməyi əsas götürmüşdür. A..Y.Herd 7-illik ümumtəhsil məktəblərində biologiyanin tədris materiallarının aşağıda göstərilən qaydaya keçilməsini məsləhət bilmişlər. II və III sinifdə Heyvanlar aləmi, VI sinifdə İnsan, VII sinifdə isə Yerin tarıxı. Hedrin biologiya tədrisi haqqında irəli sürdüyü tələblər və metodik göstərişlərin çoxu öz aktuallığını indi də itirməmişdir. Beləliklə XIX əsrin II yarısında Rusiyada biologiya elmlərinin inkişafı və bu fənnin ümumtəhsil məktəblərində keçilməsi üçün müəyyən qədər görülən işlər XX əsrin başlanğıcı Rusiya məktəblərində , xüsusilə gimnaziyalarda biologiya dərslərinin keçilməsi üçün xeyli imkan yaratmışdır.
Dostları ilə paylaş: |