3. V.F.Zuyevin “Təbiiyyat tarixinin təsviri” dərsliyi
1976-cı ildə görkəmli rus pedaqoqlarından biri olan akademik Vasili Fyodoroviç Zuyev tərəfindən ilk dəfə “Təbiiyyat tarixinin təsviri” adlı ilk dərslik yazılmışdır. Bu kitab üç hissədən – “Qazıntılar aləmi”, “Bitgilər aləmi”, “Heyvanlar aləmi”ndən ibarət idi. Üçüncü hissəyə insan bədəninin qurluşunun öyrənilməsi də daxil edilmişdir. Akademik V.F.Zuyev tərəfindən yazılmış bu kitab, demək olar ki, dövrünə görə elmi və metodiki cəhətdən nisbətən düzgün tərtib olmuşdur. Dərslikdə təbiətlə tanışlıq məsələləri müəyyən sistem və ardıcıllıqla verilmişdir. Kitabda material elmi və metodiki cəhətdən də heç də pis planlaşdırılmamışdır. Həmin dərslik XVIII əsrin məhşur təbiətşünas alimi-akademik P.S.Pallas tərəfindən bəyənilmişdir. Kitabda bitkilər və heyvanlat haqqındakı məlumatlar canlı, obrazlı və həyatı verilmişdir. Odur ki, həmin kitab maraqla oxunulurdu. Dərslikdə bitgi və heyvanların nəinki xarici quruluşu, eləcədə onların həyat tərzi, biologiyası və çoxalması haqqında ümumi məlumat verilmişdir. Bundan başqa kitabda təbii materiallar və onlardan istifadə yollarıda göstərilmişdir. Kitabda bitgilərlə heyvanların haqqında da danışarkən əməli məsləhətlər verilmiş, bitgi və heyvanlara qulluq etmək və xəstəlik törədən heyvanlarla mübarizə aparmaq yolları izah olunmuşdur. Bundan başqa müəllif dərsliyin giriş hissəsində metodik göstəriş vermişdir. Dərsin əyani keçirilməsinə və ölkəşünaslıq məsələlərinin öyrənilməsinə diqqət yetirilmişdir. Bundan başqa akademik V.F.Zuyevin rəhbərliyi altında bitgi və heyvanların həyatına aid ilk dəfə atlas və tablo hazırlanmışdır.
Akademik V.F.Zuyevin “Təbiiyyat tarixinin təsviri” kitabından rusiya məktəblərində 40 ilə kimi istifadə edilmişdir. Hətta həmin kitabdakı bəzi metodiki məsələlərdən indi də məktəblərimizdə istifadə olunur. Beləliklə doğma vətənin təbiətinin öyrənilməsi və təbiətin bir fənn kimi tədrisi elə o zamandan meydana çıxır. Ona görə də akademik V.F.Zuyevin ilk görkəmli rus metodislərindən biri olub, rusiyada təbiətşünaslıq və onun tədrisi üsulu fənninin inkişafında böyük xidməti olmuşdur.
Dostları ilə paylaş: |