2. BTM-də təlimin prinsipləri
Biologiya dərslərində formalizmin qarşısının alınması, öyrədilən materialın şagirdlər tərəfindən dərin mənimsənilməsinin təmin olunması, təbiət haqqında düzgün elmi baxış və dialektik-materialist dünya görüşü yaranması üçün didaktik prinsiplərə ciddi əməl olunmalıdır. Biologiya fənlərinin tədrisində aşağıda göstərilən didaktik prinsiplərin həyata keçirilməsi əsas götürülür: 1) Təlimin tərbiyyə ediciliyi prinsipi; 2) Tədris materialının elmiliyi prinsipi; 3) Tədris materialının sistemliyi və ardıcıllığı prinsipi; 4) Tədris materialının anlaşılması prinsipi; 5) Təlimdə pridmetlik və əyanilik prinsipi; 6) Biliyin şüurlu mənimsənilməsi prinsipi; 7) Təlimin quruculuq təcrübəsi və məhsuldar əməklə əlaqələndirilməsi prinsipi
Bu prinsiplər şagirdlərin yaş xüsusiyyətlərinə və bilik səviyyələrinə müvafiq tədbiq olunur. Odur ki, təlimdə biliyin düzgün, elmi, məfnurəvi qruluşu ilə əlaqədar öyrənilməsi əsas götürülür. Təlimin bu prinsiplərinin hər biri haqqında pedaqogika kursunda geniş məlumat verilir.
Dostları ilə paylaş: |