V Mövzu: Təbiətşünaslıq proqramının təhlili
Plan:
1.Biologiyadan orta məktəblərin tədris proqramı haqqında ümumi məlumat
2.Məktəb biologiya kursu proqramının bölümləri haqqında
3.Məktəb biologiya kursunun ümumi təhlili
4.Biologiya tədris proqramında tədris metodlarına dair tövsiyyələr
1.Biologiyadan orta məktəblərin tədris proqramı haqqında ümumi məlumat
Məlum olduğu kimi orta məktəblərdə biologiya fənlərinin öyrənilməsi və tədris olunması işi planlı və ardıcıl olaraq əsas bioloji anlayışların inkişaf etdirilməsi aparıcı ideyaların, nəzəriyyə və elmi dəlillərin mənimsənilməsi əsasında həyata keçirilir. Bu məktəb şagirdlərinin praktik hazırlığına onlarda elmi dünyagörüşün formalaşmasına imkan verir. Orta məktəb biologiya kursunun aparıcı ideyaları-üzvi aləmin təkamülü, canlı təbiətin müxtəlif səciyyələrdə quruluşu, quruluş və funksiyaları qarşılıqlı münasibəti, bioloji sistemlərin təbii mühitlə qarşılıqlı əlaqəsi, bioloji sistemlərin tamlığı və öz-özünü tənzim etməsi, nəzəriyyə ilə praktikanın əlaqəli olması ideyaları biologiyada orta məktəb kursunun strukturasını məzmununu, əsas anlayışların ardıcıl inkişaf etdirilməsini müəyyən edir. Orta məktəbin biologiya proqramında təlimin məqsəd və vəzifələri formalaşdırılmış, mövzuların məzmunu təfsilatı ilə izah olunmuşdur. əsas anlayışlar və aparıcı ideyalar qara hərflərlə ayrılmışdır. Hər mövzunun öyrənilməsinə bir neçə metod və metodik priyom göstərilmişdir. Bundan başqa proqrama bioloji obyektlər və təcrübələrin nümayişi, labaratoriya və praktik işlər, ekskursiyalar, fenoloji müşahidələr, yay tapşırıqları daxil edilmişdir. Bundan başqa proqrama bioloji sistemlərin öyrənilməsi və istifadə olunması prosesində ƏHM-nin tətbiqi sahələrini göstərən-açan materiallar da daxil edilmişdir. Məktəbin şəraitindən asılı olaraq yeni məsələlərin öyrədilməsi ardıcıllığını mövzu daxilində müəllim bilər. Bundan başqa proqramda şagirdlərin bilik və bacarığınaverilən əsas tələblər siniflər üzrə göstərilmişdir. Bundan başqa proqramlarda hər bölmə üzrə fənnlər arası əlaqələr də göstərilmişdir.
Dostları ilə paylaş: |