Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Məktəb biologiya kursunun ümumi təhlili



Yüklə 0,88 Mb.
səhifə19/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   15   16   17   18   19   20   21   22   ...   57
Biologiyanın tədrisi metodikası

3.Məktəb biologiya kursunun ümumi təhlili

Bundan əvvəlki paraqrafda biologiya proqramının bölmələri və hər bir bölməyə verilən saatların ümumi miqdarı verilmişdir. Burada buz məktəb biologiya kursunun ümumi təhlilini verməyə çalışacağıq. Orta məktəbin biologiya proqramı VI sinifdən başlayaraq tədris olunan botanika fənnini, bundan sonra insanın anatomiya-fiziologiyası və gigiyenası fənni, ən sonda isə ümumi biologiya fənnlərini əhatə edir. Orta məktəbin biologiya proqramında şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər ayrı-ayrı siniflər üzrə göstərilmişdir. Orada məktəblilərin ümumtəhsili və tərbiyyəsi üçün vacib olan əsas məsələlərin məzmunu əks olunmuşdur. Bu proqramda təcrübələr qoymaq, müşahidələr aparmaq, gigiyena və təbiətdə özünü aparmaq qaydalarını yerinə yetirmək, həmçinin ümumtəhsil bacarığı, dərslikdəki mətnlər və ondan kənar komponentlər üzərində işləmək bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət verilmişdir.

Proqramda hər bölmə üzrə fənnlərarası əlaqələr göstərilmişdir. Proqramda sitoloji, təkamül, ekoloji anlayışların bir qədər ardıcıl inkişafı hesabına kursun bölmələri arasında birindən digərinə ardıcıl keçmə əlaqəsi gücləndirilmişdir. Bitkilərin hüceyrəli qurluşunun öyrənilməsi ilə əlaqədar VI sinifdə hüceyrə haqqında anlayış, tək və çoxhüceyrəli heyvanların öyrədilməsi prosesində VII sinifdə inkişaf etdirilir, insan orqanizminin öyrədilməsində IX sinifdə yeni daha yüksək səviyyədə izah olunur, nəhayət XI sinifdə bioloji hadisələrin mahiyyətinin şərhi ilə əlaqədar genişləndiriləcək daha da dərinləşdirilir. Məktəblərdə ekoloji anlayış bitgilərlə ətraf mühitin qarşılıqlı əlaqələri ilə tanışlıq ilk dəfə VI sinifdə verilir, bakteriyalar, göbələklər və heyvanları öyrənərkən onların müxtəlifliyi və təbii qruplaşmada bitgilərlə heyvanların qarşılıqlı əlaqələri öyrənilərkən VIII sinifdə dərinləşdirilir, IX sinifdə insan orqanizmi ilə əlaqədar ətraf mühitlə insan orqanizminin qarşılıqlı əlaqəsi öyrənilərkən daha da təkmilləşdirilir, X və XI siniflərdə üzvi aləmin təkamülü, biosenologiyanın əsasları və biosfer haqqında təlimlə əlaqədar ümumiləşdirilərək daha da genişləndirilir. Orta məktəbin biologiya proqramında bölmələr arasında birindən digərinə ardıcıl keçmə əlaqəsi məktəb biologiya kursunun tamlığı və vahidliyini təmin edir. Bütün bunlarla yanaşı orta məktəb biologiya proqramında şagirdlərin biliklərini və ən vacib bacarıqlarını qiymətləndirməyə aid qısa tövsiyyələr verilmişdir. Odur ki, proqram şagirdlərin biliklərini ümumiləşdirməyə istiqamətləndirilmişdir. Bütün bunlar göstərir ki, orta məktəbin biologiya proqramı metodik qurluşu və məzmununa görə şagirdlərin tərbiyəsi və inkişafı məsələlərinin kompleks həllinə yönəldilmişdir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin