Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


VI Mövzu: Botanika proqramının təhlili



Yüklə 0,88 Mb.
səhifə21/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   17   18   19   20   21   22   23   24   ...   57
Biologiyanın tədrisi metodikası

VI Mövzu: Botanika proqramının təhlili

Plan

1.VI-XI siniflərdə biologiya fənninin məqsəd və vəzifələri

2.VI sinif Botanika fənnin proqram üzrə bölmələri

3.VI sinif proqramında nəzərdə tutulan laboratoriya, praktik işlər və ekskursiyalar

4.VI sinif şagirdlərinə verilən əsas tələblər

5.VII sinif Botanika fənninin proqram üzrə bölmələri

6.Botanika fənni ilə fənnlərarası əlaqə

1.VI-XI siniflərdə biologiya fənninin məqsəd və vəzifələri

Məlum olduğu kimi biologiya fənnləri orta məktəbdə VI-XI siniflərdə tədris edilir. Bu siniflərdə biologiya fənnlərinin ardıcıllığı botanika, zoologiya, insan anatomiyası-fiziologiyası və gigiyenası, ümumi biologiya fənnləri olmaqla müvafiq olaraq siniflər üzrə bölünmüşdür. Odur ki, burada biologiya fənnlərinin VI-XI siniflər üzrə məqsəd vəzifələrindən bəhs edəcəyik. Bu məqsəd və vəzifələr aşağıdakılardan ibarətdir:

1)Üzvi aləmin öyrənilən orqanizmlərinin quruluşu, həyat tərzi, onların tarixi və fərdi inkişafı, üzvi aləmin sistemi, ekoloji sistemlərin strukturu, onların insan fəaliyyəti təsirindən dəyişdirilməsinin şagirdlər tərəfindən mənimsənilməsinin təmin edilməsi;

2) Dialektik-materialist dünyagörüşü formalaşdırmalı, bioloji proses və hadisələrin maddi mahiyyətini və dialektik xarakterini, biosferdə insanın rolunun dərk olunmasını təmin etmək

3) Biologiya elminin k/t-da, mikrobiologiya sənayesi, təbabətin daha da inkişaf etdirilməsi sahəsindəki rolunda aydınlaşdırmaq.

4) Bioloji biliklərin k/t-i istehsalının, meşə, balıq sənayesi, biotexnologiyanın təbiəti mühafizənin elmi əsası olduğunu anlatmaq.

5) Politexnik birliklərdən peşəyönümü və əmək tərbiyyəsində, bitgiləri becərmə bacarığının, heyvanlara qulluq olunması, ictimai-faydalı əmək prosesində istifadə edilməsi.

6) Üzvi aləmin təkamülünə aid biliklərin əsasında təbiətə münasibət və onun qorunması, ekoloji təhsilin təmin edilməsi.

7) Əxlaq tərbiyyəsi ilə üzvi əlaqədə şagirdlərin gigiyena cinsi tərbiyyəsinin həyata keçirilməsi.

8) Şagirdlərin tədris yükünün normalaşdırılması, əsas biliklərin möhkəmləndirilməsi işinin həyata keçirilməsinin təşkili.

Göstərilən bütün bu məqsəd və vəzifələrin düzgün həyata keçirilməsi məktəblilərin tərbiyəsi, məntiqi təfəkkürünü inkişaf etdirmək vəzifəsinin həllinə xidmət edir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin