3.VI sinif proqramında nəzərdə tutulan laboratoriya, praktik işlər və ekskursiyalar
Orta məktəbin biologiya fənnlərinin yaxşı mənimsənilməsi üçün tədris prosesində dərs təlim forması ilə yanaşı laboratoriya, praktik işlər və ekskursiyalardan geniş istifadə edilir. VI sinif botanika fənnindən həyata keçirilən bu təlim formaları proqramın ayrı-ayrı bölmələri üzrə aşağıdakı kimidir.
1. Çiçəkli bitgi və onun orqanları mövzusi üzrə 2 laborator işi (çiçəkli bitgilərin orqanlarının nəzərdən keçirilməsi və quru-şirəli meyvələrlə tanışlıq), 2 saat olmaqla praktik iş – bitgi toplamaq qaydaları ilə tanışlıq. Məhsul toplanması, gübrələmə torpağın əkin üçün hazırlanması, bitgilərə qulluq qaydaları yerinə yetirilir. Bu bölmə üzrə 1 saat olmaqla təbiətə ekskursiya təşkil edilir. Bu ekskursiyada məqsəd bitgilərin yayılma müxtəlifliyi, uyğunlaşma, müşahidənin təşkili, təqvim tərtib etmənin həyata keçilməsidir.
2. II bölmə bitgi orqanizminin hüceyrəli qurluşu - Burada 4 laborator işi qurulmalıdır: 1) Lupa və mikroskopun qurluşu; 2) Pomidor, qarpız hüceyrələrinin lupa ilə baxmaq; 3) Soğan pərdəsi preparatı hazırlayıb mikroskopda baxmaq;
4) Mikroskop altında plastidlərə baxmaq (elodeya yarpağında).
III bölmə Kök. Bu bölmədə 2 laborator işi qurulur: 1) Mil və saçaqlı kök sistemlərinin öyrənilməsi; 2) Əmici tellər və kök üsküyünə adi göz və mikroskopla baxmaq.
IV bölmə Zoğ. Bu bölmədə 8 laborator işi və 2 ekskursiya təşkil olunmalıdır. Laborator işləri bunlardır: 1) Tumurcuğun qurluşu və düzülüşü; 2) Sadə və mürəkkəb yarpaqlar; 3) Yarpaq dəriciyinin qurluşu; 4) Yarpağın daxili qurluşu; 5) Gövdənin daxili qurluşu; 6) Ağac gövdəsinin en kəsiyinə görə yaşın təyin edilməsi; 7) Su və mineral maddələrin gövdədə hərəkəti; 8) Gövdə yumruları və soğanaqların qurluşu: Bu bölmə üçün həyata keçirilən ekskursiyalar isə 1) İstixanada bitgilərin becərilməsi ilə tanışlıq və 2) Qışda bitgilər üzərində müşahidələr aparmağa həsr edilir.
V bölmə Çiçək bitgilərin vegetativ çoxalması. Bu bölmədə bir laborator işi – Otaq bitgilərinin çiliklə çoxaldılması aparılır.
VI bölmə Çiçək və meyvə. Bu bölmədə 2 laborator işi qurulur: 1) Çiçəyin qurluşunun öyrənilməsi; 2) Müxtəlif çiçək qrupları ilə tanışlıq.
VII bölmə Toxum. Bu bölmədə 3 laborator işi: 1) Birləpəli toxumların quruluşu; 2)İkiləpəli toxumların quruluşu; 3) Toxumlardan yağın, nişasta və zülalın təyini qurulmalıdır. Bu bölmədə həm də praktik iş olaraq yazda bitgilərin basdırılması, toxumların cücərməsinin təyini və onların əkilməsi işi həyata keçirilir.
VIII bölmə: Bitgilərin və ətraf mühit. Bu bölmədə 2 ekskursiya: 1) Bitgilərin həyatında yaz hadisələri ilə tanışlıq; 2) Təbiətdə bitgilər arasında qarşılıqlı münasibətlərin öyrənilməsinə həsr edilən ekskursiyalar həyata keçirilir və yay tapşırığı verilir.
Dostları ilə paylaş: |