5. VII sinif Botanika fənninin proqram üzrə bölmələri
Məlum olduğu kimi botanika fənninin orta məktəblərdə tədrisinin davam etdirilməsi VII sinifdə həyata keçirilir. VII sinifdə tədris olunan Botanika kursunun proqram üzrə bölmələri aşağıdakılardan ibarətdir: VII sinifdə ob Botanika həftədə 2 saat olmaqla 56 saat həcmində planlaşdırılır. Bu bölmələr aşağıdakılardan ibarətdir:
I bölmə Bitgilər.VI sinfin davamı. Giriş-2 saat. Burada VI sinifdə verilmiş yay tapşırıqları yekunlaşdırılır. Bitgilərin təsnifatı haqqında ümumi anlayış, sistematik kateqoriyalar: növ, cins, fəsilə, sinif, şöbə və bitgi aləmi haqqında anlayışlar öyrədilir.
IIbölmə Örtülütoxumlu bitgilər-10 saat. Bu bölmədə çiçəkli bitgilərin müxtəlifliyi, ikiləpəlilər sinfi: kələmçiçəklilər, gülçiçəklilər, paxlalılar, badıncançıçəklilər, mürəkkəbçiçəklilər fəsiləsi öyrədilir. Sonra I ləpəlilər-zambaqkimilər və taxıllar fəsiləsi öyrədilir. Bu bölmədə bir laborator işi və 1 saat olmaqla ekskursiya planlaşdırılır.
III bölmə K/t bitgiləri-6 saat. Burada sort anlayışı, mədəni bitgilərin mənşəyi, yeni sortların yetişdirilməsi. əsas k/t bitgiləri (taxıl, meyvə, giləmeyvə, tərəvəz, yağlı və texniki bitgilər) onların becərilməsinin bioloji əsasları öyrədilir. Bu bölmədə 2 saat praktik işə yer verilir. Bu praktik iş zamanı məhsul yığımı, bitgilərə qulluq işləri görülür.
IV bölmə Bitgilərin əsas qrupları-10 saat. Bu bölmədə - Yosunlar-quruluşu, həyat fəaliyyəti, təbiətdə, k/t-da onların rolu. Mamırlar-quruluşu, çoxalması. Torf, Qıjıkimilər-onların quruluşu və çoxalması. Qatırquyruğu, Plaun. Təbiətdə və insanın həyatında qıjıkimilərin rolu izah edilir. Sonra Çılpaqtoxumlular-qurluşu və çoxalması, iynəyarpaqlıların yayılması, təbiətdə, k/t-da rolu, əhəmiyyəti, nəhayət örtülütoxumlu bitgilərin (çiçəkli bitgilərin) daha mükəmməl qurluşu, hakim mövqe tutması, onların həyat fəaliyyətlərinin xüsusiyyətləri şagirdlərə öyrədilir.
V bölmə Bitgi aləminin inkişafı-5 saat. Burada bitgilərin mənşəyi və müxtəlifliyi, bitgilər aləminin inkişafında əsas mərhələlər- təkhüceyrəlilər, çoxhüceyrəli yosunların meydana gəlməsi, fotosintezin əmələ gəlməsi, bitgilərin quruya çıxması, mürəkkəbləşmə, örtülütoxumluların hakim mövqeyi, insanın təsərrüfat fəaliyyətinin bitgilər aləminə təsiri öyrədilir.
VI bölüm Buraya qədər olan proqram bölmələri Botanika proqramının I bölməsini əhatə edirdi. Orta məktəbdə tədris olunan Botanika fənninin II bölməsinə Bakterialar, Göbələklər və Şibyələr daxil edilir. Bütövlükdə bu bölməyə 8 saat ayrılır. Bu 8 saat tədris yükünün 3 saatı Bakterialar, 4 saatı Göbələklər-Şibyələr və 1 saat isə ümumiləşdirici dərsə verilir. Bu bölmədə Bakteriaların qurluşu, həyat fəaliyyəti, çoxalması, yayılması, təbiətdə, təbabətdə, k/t-da, sənayedə rolu, xəstəlik törədən bakteriya və onlarla mübarizə öyrədilir. Göbələklərin ümumi xüsusiyyətləri, papaqlı göbələklər, qurluşu. Simbiozluq. Şibyələrin qidalanması, çoxalması, təbiətdə və k/t-da şibyələrin rolu izah olunur. Bu bölmədə həm də 1 saat ümumiləşdirici dərs, 1 saat təbiətə ekskursiya və 1 saat Yay tapşırıqları verməklə botanika kursu yekunlaşdırılır. VII sinif Botanika kursunda da 8 laboratoriya işinin aparılması üçün müvafiq mövzular üzrə tövsiyyələr verilmişdir.
Dostları ilə paylaş: |