Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan



Yüklə 0,88 Mb.
səhifə28/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   24   25   26   27   28   29   30   31   ...   57
Biologiyanın tədrisi metodikası

I.III Bölmə Heyvanlar 24 saat. Heyvanlar aləmi haqqında ümumi məlumat -2 saat. Burada heyvanlar aləmin müxtəlifliyi onların bitgilərlə oxşar və fərqli cəhəti yaşayış mühiti onun amilləri, eləcə də heyvanların təbiətdə, insan həyatında, təsərrüfatda rolu, heyvanların təsnifatı məsələləri öyrədilir.

II. Birhüceyrələri heyvanlar-İbtidailər-4 saat . Bu bölmədə adi amöb timsalında I hüceyrəli orqanizmdə hüceyrənin quruluş xüsusiyyətləri, amöbun yaşayış mühiti, hərəkəti, qidalanması, çoxalması, sistalaşması, ibtidailərin müxtəlifliyi, yaşıl evqlena, infuzor-tərlik, qıcıqlanma, ibtidailərin təbiətdə və insan həyatında rolu və umumi xarakteristikası tədris olunur.

III. bölmə: Bağırsaq boşluqlar-4 saat. Burada şirin su hidrası, yaşayış mühiti, xarici quruluşu: şüalı simmetriya, ikiqatlılıq. Çoxhuceyrəli orqanizmdə, hüceyrənin quruluş xüsusiyyətləri-ötürücü, dalayıcı, sinir hüceyrələri. Sinir sistemi Refleks. Qidalanma. Regenerasiya.Çoxalma. Bağlrsaqboşluqların mühtəlifliyi və onların əhəmiyyəti məsələləri öyrədilir. Bu bölmədə 1 saat ümimiləşdirisi dərsə yer verilir.

IV bölmə: Yastı,yumru, halqalı qurdlar tipləri-6 saat. Bu bölmədə ayrı-ayrılıqda yastı, yumru və halqalı qurdlar tipi, parazit həyat tərzi ilə ələqədar quruluş və həyat fəaliyyəti, heyvandarlığa və sağlamlığa onların vurduğu ziyan, onlarla qarşı mübarizə tədbirləri, Soxulcan və başqa halqalı qurdlar, yaşayış, xarici quruluşu, hərəkəti, ikiyanlı simmetriya, daxili quruluş, toxuma və orqanlar sistemi, regenerasiya, çoxalma, torpaq əlgəlmədə soxulcanın rolu məsələləri öyrədilir. Bu bölmədə bir labarator işi və 1 saat olmaqla ümumiləşdirici dərs saatı icra olunur.

V bölmə: Molyuska tipi-3 saat. Bu bölmədə gölməcə ilbizi yaşayış mühiti, xarici quruluşu, qidalanması, tənəffüsü və çoxalması, molyuskaların müxtəlifliyi, onların təbiyətdə və insan həyatında rolu məsələri tədris olunur. Bu bölmədə bir labarator işi, 1 saat ümimiləşdirici dərs və 1 saat olmaqla təbiətə ekskursiya işləri həyata keçirlməlidir. Bütün bu göstərilən beş bölmə ilə VII sinif zoologiya proqramına yekun vurulur və kursun sonunda 1 saat yay tapşırığı verilir. Ev tapşırığına ev heyvanlarının (qoyun, keçi inək, qaz və s) qidasını təşkil edən bitgiləri tanımaq, yabani və mədəni bitgilgilərin böyuməsini müşahidə etmək, heyvanlar tərəfindən(zərərli həşərat, quş, vəhşi heyvan ) zədələnmiş bitkiləri təsvir etmək, ev və k/t. Heyvanlarına qulluq və s. Məsələlər və eləcə də bitdi həşarat kolleksiyaları toplamaq daxildir.

II. VII sinif şagirdlərinə verilən əsas tələblər.

VII sinif şagirdləri növ, fəsilə, sinif, tip haqqında ilk təsəvvürə malik olmalı, çiçəkli bitkilərin fəsilə və siniflərin, heyvanlar tiplərinin başlıca əlamətləri, yerli şərait üçün xarakter olan yabanı, mədəni bitkilərin əsas növlərini , bu bitkilərini, bu bitkilərin təbiətdə və x/t-də rolunu, nəsli kəsilmək təhlükəsi olan bitkilərin; eləcə də bakteriya, göbələk və şibyələrin müxtəlif bölmələrini, onların qurluşunu, heyvan növlərinin xarici quruluşunu, ətraf mühitlə əlaqəsini, heyvanların daxili qruluşundakı mürəkkəbləşmə əlamətlərini, eləcə də heyvanların təbiətdə, insan həyatında, x/t-dakı rolunu bilməlidir. Bu göstərilənlərlə yanaşı VII sinif şagirdləri həm də aşağıdakıları bacarmalıdır: 1) Mühüm əlamətinə görə öyrənilmiş fəsiləyə mənsub olan k/t. əhəmiyyətli bitki növünü (yerli məhsullar) tanımağı; 2) Təyinedicidən istifadə etməklə bitkiləri müəyyən etməyi, 3)Tədris-təcrübə sahəsində iş görməyi,bioloji biliklərdən becərmə işində istifadə etməyi; 4) Təbiətlə davranış qaydalarına riayət etməyi, təbiətdə, kolleksiyada, şəkildə, cədvəldə öyrənilmiş heyvanı tanımağı; 5) Tipik xarakteristika tətbiq etməyi, bir qrupdan olan heyvanları müqayisə etməyi; 6) Mündəricatın köməyi ilə dərslikdən istifadəni, mətn və şəkillər üzrə işlənməyi, §-dakı əsas məsələləri ayırmağı, suallara cavab tapmağı və nəhayət, 7) Bioloji terminlərə aid lüğətlə işləməyi bacarmalıdır.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin