I. Təlim prinsipləri haqqına ümumi məlumat
Biologiya dərslərində formalizmin qarşısının alınması, öyrədilən materialın şagirdlər tərəfindən dərin mənimsənilməsinin təmin olunması, təbiət haqqında düzgün elmi baxış və dialektik materialist dünyagörüşün yaranması üçün didaktik prinsiplərə ciddi əməl olunmalıdır. Biologiya fənlərinin tədrisində aşağıda göstərilən didaktik prinsiplərin həyata keçirilməsi əsas götürülür: 1)Təlimin tərbiyəediciliyi prinsipi, 2)Tədris materialının elmiliyi prinsipi; 3)Tədris materialının sistemliliyi və ardıcıllığı prinsipi; 4)Tərdis matrialının aşılanması prinsipi; 5)Təlimdə predmetik və əyanilik prinsipi; 6)Biliyin şüurlu mənimsənilməsi prinsipi; 7)Təlimin quruculuq təcrübəsi və məhsuldar əməklə əlaqələndirilməsi prinsipi.
Bu prinsiplər şagirdlərin yaş xüsusiyyətlərinə və səviyyələrinə müvafiq tətbiq olunur. Təlimdə biliyin düzgün, elmi, məfkurəvi, sosial quruluşla əlaqədar öyrənilməsi əsas götürülür. Bütün bunlar haqqında pedaqogika kursunda geniş məlumat verildiyi üçün həmin prinsiplərin bəziləri haqqında qısa məlumat verməklə kifayətlənmək olar.Bu prinsiplərdən biri də əyanilik prinsipidir.
II. Təlim prosesinin vəzifələri
Biologiya fənlərinin orta məktəb təhsil sisteminə daxil edilməsi təsadüfi bir hal olmayıb, cəmiyyətin tələbindən doğan bir zərurət olmuşdur. Müasir dörvdə biologiya fənlərinin sürətlə inkişaf etməsi müxtəlif təbiət fənlərinin inkişaf etməsi ilə əlaqədardır. Bu isə özlüyündə bioloji biliklərə olan təlabatı daha da artırır. Təbabət və k/t-nın inkişafında, kosmosun fəth edilməsində biologiya elmi böyük əhəmiyyət kəsb edir. Əsrimizə biologia əsri adı verilməsi bu baxımdan əbəs deyildir. Hazırda zülalın sintez mexanizmi, materiya və enerjinin mübadiləsi, irsiyyətin maddi əsasları və genlərin quruluşu haqqında çox böyük nailiyyətlər əldə edilmişdir. Elektron mikroskopu, biokimyəvi və biofiziki üsulların tətbiqi sayəsində hüceyrənin və orqanizmin quruluşu daha dərin öyrənilməyə başlanılmışdır. Bu metodlar sayəsində mikroorqanizmlərin, xüsusən virusların xassələrini öyrənmək sayəsində çox əhəmiyyətli kəşflər meydana çıxır. Genetikanın inkişafı sayəsində insanlar arzu edilən xassələrə malik mikroorqanizm növləri yaradacaqdır. Bu mühüm məsələlərə biologiya tədrisi ilə məşğul olan müəllimlərin tanış olmaları vacibdir. Hazırda bioloji təhsil sanitar-gigiyena maarifinin yayılmasında da böyük rol oynayır. Bunlarla yanaşı olaraq biologiya fənlərinin tədrisi zamanı şagirdlərin təbiətə marağı artır, onlarda müşahidəçilik, estetik zövq, təbiətə məhəbbət və vətənpərvərlik hissi inkişaf edir. Eyni zamanda şagirdlərdə təbiətin mühafizəsi və yaşıllaşdırma işlərinə, şüurlu münasibət hissləri aşılanır. Məhz buna görə də biologiya fənlərinin tədrisi mühüm təlim-tərbiyəvi əhəmiyyətə malikdir. Şagirdlər bioligiya fənlərinin təlimi prosesində biologiya elminin əsaslarını və onun qanunauyğunluqlarını öyrənir və bu biliklərin həyata tətbiqi yollarının həyata keçirilməsi ilə tanış olur və bir sıra faydalı praktik vərdişlər qazanırlar.
III. Biologiya dərslərində əyanilik prinsii və onun
əhəmiyyəti
Təbiət hadisələrinin canlı və cansıs obyüktlər üzərində öyrənilməsi təlim prosesində mühüm əhəmiyyət kəsb edir. Bioligiya dərslərinin əyani keçilməi bu baxımdan təlimin keyfiyyətini xeyli yüksəldir. Təlim prosesində əyaniliyin zəruri olmasını hələ XVII əsrdə Yan Amos Komenski (1592-1670) göstərmişdir. Daha sonra təlimdə əyaniliyin əhəmiyyəti və mahiyyəti böyük rus filosofları və pedaqoqları (Belinşki, Uşinski, Herd və başqaları) tərəfindən daha ətraflı istənilmişdir. Bioligiyanın tədrisi üsulunda əyani təlim iki varianta çevrilir. Predmetik təlimdə - şagirdlər predmetin özü ilə və yaxud təbiət hadisələri ilə bilavasitə tanış olurlar. Bitki bə heyvanların həyatı, bioloji xüsusiyyətləri, inkişafı və.s. haqqında ancaq əyanilik prinsipindən istifadə etməklə şagirdlərə tam və dərin bilik vermək mümkündür. Şagirdlər bitki və heyvanların quruluşunu, həyatını tablo, şəkil, model, herbari, kolleksiya və canlı obyektlər üzərində öyrənməklə bu məlumatı tez və asanlıqla başa düşür, onu uzun müddət hafizəsində saxlayırlar.Uşinski deyir: “Uşaq təbiəti aydın bir surətdə əyanilik tələb edir...Siz uşağa sadə və fiziki izah edirsiniz, o sizi ço tez anlayır”. Bu onu göstərir ki, əyanilik biliyi asan yolla şagirdə başa salmağı təmin edir.Bundan başqa əyanilik əşya və hadisələr haqqında təsəvvürün dürüstləşməsinə, möhkəm mənimsənilməsinə, təfəkkürün, nitqin inkişafına və uşaqların fəallaşmasına kömək edir. Beləliklə də təlim prosesinin keyfiyyəti yüksəlir. Ona görə də biologiya fənlərinin tədrisi prosesində həmişə əyanilik prinsipinə əməl olunmalıdır.
IV. Əyanilik prinsipinin təsnifatı və növləri
Təlim prosesində tətbiq olunan əyanilik metodunu ümumi pedaqoji prinsip olan əyanilik prinsipi ilə qarşılaşdırmaq olmaz.Bu anlayışlar tamamilə bir-birindən fərqlidir. Əyani vəsaitlər demək olar ki, bütün dərslərdə istifadə olunur, lakin bu o, demək deyildir ki, bütün bunlar əyanilik metoddur.Dərs zamanı söz metodundan istifadə edilərkən tərbiq olunan əyani vəsait nümayişetdirmə xarakteri daşıyır və bu müəllimin sözünü təsdiq etməyə xidmət edir. Məs: Alimlərin tərcümeyi-halı, onların kəçfləri haqqında və ya olduğu kimi göstərilməsi mümkün olmayan bitki və heyvanlar haqqında danışarkən müəllim müvafiq şəkillər, tablitsalar, rəsmlər və.s. göstərir. Bu zaman məlumat mənbəyi olaraq müəllimin hekayəti, danışığı, aydınlaşdırması olan sözdən ibarətdir. Amma dərsdə əyanilik metodu əsasında keçdikdə isə əyani vəsaitlər başqa rol oynayır. Yalnız onlar-təcrübələr, canlı obyektlər, kino, tablitsalar və.s. məlumat mənbəyi rol oynayır. Bu zaman şagirdlər üçün müəllim sözü deyil, bütün bu əyani vəsaitlər əsas rol oynayır. Elə bu xüsusiyyətinə görə də əyani vəsaitlərdən əyanilik metodunda istifadə edilməsi fərqlənir. Əyanilik metodunun tətbiq edilməsi şagirdlərdə fikirləşmək, ağılla dərketmək, duymaq fəallığı oyatmalı və inkişaf etdirməlidir. Düzgün qoyulmuş sual və suallar sistemi şagirlərdə nümayiş etdirilən obyekt və təcrübələrə diqqət yönəldir-istiqamətləndirir, onları müşahidə etməyə, müqayisə etməyə, nəticə çıxarmağa və ümumiləşdirmələr etməyə məcbur edir. Biologiya dərslərində istifadə olunan əyanilik 2 yerə ayrılır: 1)Təbii əyanilik buraya canlı təbiət nümunələri bitki, heyvan obyektləri və.s daxildir. 2) Təsviri əyanilik-buraya tablitsa, sxem, mulyaj, kino və.s əyani vəsaitlər daxildir.
Əyanilik metodunun nümayış etdirilməsinə aşağıdakı növlər daxildir.1) Təcrübələr; 2) Təbii obyektlər; 3)Təsviri vəsaitlər:
Biologiya dərslərinin tədrisində təbii əyani vəsaitlərin nümayiş etdirilməsinin çox böyük əhəmiyyəti vardır. Belə ki, bu təbii əyani vəsaitlər – canlı bitki, canlı heyvan və.s. şagirdlərdə canlı obraz təsəvvürü yaradır. Belə canlı təsəvvür yarada biləcək canlı obyekt bitki nümunələrindən istifadə olunmasıdır. Ona görə də botanika dərslərinin əksəriyyəti əyanilik metodu tətbiq edilməkdə aparılır. Canlı heyvan nümayəndələrinin nümayış etdirilməsi zoologiya dərslərində tətbiq edilir. Bu zaman orta böyüklükdə olan obyektlərdən-quşlardan, məməlilərdən istifadə olunması daha əlverişlidir. Daha kişik heyvanlardan – məs: qurbağa, kərtənkələ və.s. şüşə banka və ya stəkana salınıb, kətanla bağlanmış vəziyyətdə stol paylanaraq və ya sinifdə gəzdirilərək göstərilir. Xeyli böyük əyani vəsaitlər çulela və ya sklet dayaq üzərində yerləşdirilir və xüsusi olaraq işıqlandırılır. Mulyay və modellər də analoji olaraq nümayiş etdirilir. Təcrübə və onların nəticələrinin nümayiş edirilməsi bütün siniflərdə həyata keçirilir. Təcrübələr müxtəlif şagirdlərə tapşırılmaqla və müxtəlif avadanlıqlardan asılı olaraq müxtəlif varıantlarda qoyula bilər. Bir sıra botanika dərslərində müəllim və ya şagird qabaqcadan aparılmış təcrübələri nümayiş etdirirlər. Bu zaman təcrübəni nümayiş etdirən həmin təcrübənin qoyulma şəraiti haqqında danışır. Bu zaman təcrübəni müşahidə etməklə çıxatılacaq nəticə barədə əvvəlcədən sual qoyulur. Nəticə isə şagirdlərdən sorğu aparmaqla dəqiqləşdirilir. Mikroskopik obyektlərin nümayış etdirilməsi bütün tədris olunan biologiya kurslarında tətbiq edilir.
Təsviri əyani vəsaitlər – tablitsa, rəsm əsərləri, cədvəl, sxem və.s. şagirdlərdə öyrənilən obyektin rəngi, qurulu, forması, onları əhatə edən mühit haqqında təsəvvür yaradır. Bu zaman çətinlik ondan ibarətdir ki, obyektin böyüklüyü haqqında düzgün nəticə çıxarmaq olmur. Belə ki, bir halda bu əyani vəsaitlərdən ya obyekt kişildilmiş, ya da böyüdülmüş halda göstərilir. Bundan başqa biologiya dərslərində tətbiq olunan əyani vəsaitlərdən biri də şəkil çəkmək vasitəsilə nümayiş etdirili. Müəllimin lövhədə çəkdiyi şəkil materialı ardıcıl, sistemli tam izah etməyə imkan verir və bu zaman şagirdlərin fikrini asan izləyir və lazım gələn anda müəllimin danışdığı və göstərmək istədiyi hissəni izləyə bilər. Biologiya dərslərində ən mühüm yerlərdən birini də tədris kinofilmlərinin etdirilməsi tutur. Bu üsul əyani vəsaitlərin nümayiş etdirilməsindən bir sıra üstünlüklərə malikdir. Belə ki, bu zaman hadisənin göstərilməsi, hərəkət və bütün proses nümayiş etdirilir.
IX mövvz: Biologiya dərslərinin tədrisində istifadə olunan metodlar. Şifahi şərh metodu və onun növləri
Plan:
1. Biologiya fənlərinin tədrisi üsulları haqqında ümumi məlumat
2. Biologiya tədrisi üsulunun təsnifatı və əsas qrupları
3. Şifahi şərh metodu və onun növləri
4. Ekskursiya zaman müəllimin verdiyi izahat
Dostları ilə paylaş: |