Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


II.Biologiya tədrisi üsullarının təsnifatı və əsas qrupları



Yüklə 0,88 Mb.
səhifə32/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   28   29   30   31   32   33   34   35   ...   57
Biologiyanın tədrisi metodikası

II.Biologiya tədrisi üsullarının təsnifatı və əsas qrupları

Hal-hazırda məktəblərimizdə biologiya dərslərinin tədrisində sınaqdan çıxmış aşağıdakı təlim metodlarından istifadə olunur: 1)Müəllimin şifahi şərhi; 2)Müsahibə; 3) İllustrasiya və demonstrasiya; 4) Ekskursiya; 5) Laboratoriya məşğələsi; 6) Təkrar və çalışmalar; 7)Kitab üzərində iş. Biologiya fənlərinin tədrisində tətbiq olunan bu təlim metodları iki əsas qrupa bölünür: 1)Müəllimin şifahi şərhi metodu: 2) Şagirdlərin müstəqil işləmələri metodları.

1.Müəllimin şifahi şərhi metoduna 1)müəllimin nəqli və izahı, 2)müzakirəsi, 3) müsahibə və ;4)ekskursiya zamanı verdiyi izahlar daxildir. Bunlardan başqa, şübhəsi ki, təbiyyat müəllimi şifahi şərh zamanı təcrübələrin nümayiş etdirilməsindən və illüsrtativ materiallardan istifadə etməlidir. Odur ki, demonstrasiya metodu da bu qrupa aid edilməlidir.

2. Şagirdlərin müstəqil işləri üzrə təlim metodlarına 1)laborator işləri və 2)praktik məşğələlər; 3) təkrar və çalışmalar; 4)kitab üzərində iş metodları daxildir. Bunlardan başqa təlim-tərbiyə işlərində sinifdən və məktəbdənkənar vaxtda aparılan köməkçi təlim iş üsulları formalarından da (dərnək məşğələləri, canlı tabiyyatgüşəsində iş və.s.) istifadə olunur. Dərsin məqsədindən, şagirdlərin yaş və bilik səviyyəsindən, tədris materialarının mürəkkəb və çətinlik dərəcəsindən asılı olaraq, göstərilmiş təlim metodlarının hər birindən yeri gəldikcə istifadə edilməlidir. Təbiyyat müəllimləri bir dəsrdə bu metodların bir neçəsindən istifadə etməyi bacarmalıdır. Məs: müəllim bir dərsdə həm şərhi etmə, həm müsahibə və həm də demonstrasiya və illüsiya üsullarından və habelə başqa təlim metodlarından istifadə edə bilər. Bunu aşağıdakı misal üzərində izah etmək olar: Müəllim VI sinifdə botanikadan “Təbiətdə və k/t-da bitkilər” mövzusunu keçərkən bitkilərin müxtəlifliyini şərh etməklə bərabər birillik, ikiillik və çoxillik bitkilərin şəkil və tabloları üzərində onların orqanlarını ( kök, gövdə, yarpaq, çiçək, meyvə və toxum) şagirdələrə göstərilməlidir. Eyni zaman həmin bitkilərin herbari və kolleksiyaları sinifdə nümayiş etdirilməlidir. Məşğələnin sonraki mərhələsində materialın möhkəmləndirilməsi və şagirdlər tərəfindən necə mənimsənildiyini müəyyənləşdirmək üçün müsahibə aparmalı və dərsi yekunlaşdırılmalıdır. Dərsin sonunda isə keçilmiş möczuya aid şəkillərin evdə “Botanika dərslərinə” və kitab üzərində işləmək qaydası ilə şagirdləri tanış etmək və onlara tapşırıq verilir. Beləliklə, müəllim mövzunu şagirdlərə başa salmaq üçün bir dərsdə bir neçə üsuldan (şifahi şərh, illüstrasiya və demonstrasiya, müsahibə, təkrar və çalışmalar, kitab üzərində iş) istifadə etmiş olur. Tədris prosesində bu və ya digər təlim üsullarınln seçilməsi, öyrədiləcək materialın məzmunundan asılıdır. Dərslə əlaqədar olan təcrübələr və müşahidələr, ekskursiyalar müəllimin rəhbərliyi altında təbiətdə, canlı təbiət guşəsində, tədris-təcrübə sahəsində, təsərrüfatlarda aparılmalıdır. Qeyd etdiklərimizdən belə ümumi nəticə çıxartmaq olar ki, tədris prosesində ancaq müxtəlif üsulları tərtib etməklə öyrəniləcək materialı şagirdlərə qarşı başa salmaq olar.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin