1.Nəql etmə üsulu. Şifahi şərhin ən yüngül v sadə növüdür. Nəql etmə zamanı materialı müəllimin özü şərh edir, şagirdlər isə qulaq asır. Məs: Botanikadan VI sinifdə “İnsanın həyatında bitkilərin əhəmiyyəti” və.s. bu kimi mövzuları keçən zaman nəql etmə üsullarından istifadə edilməsi məsləhət görülür. Bu üsul aşağı siniflərdə (IV-V-VI və qismən VII siniflərdə) tətbiq olunur. Nəql etmə zamanı materialın ardıcıl, sistematik, şagirdlərin başa düşəcəyi sadə dildə və qavrıya biləcəyi həcmdə şərh edilməsi mühüm şərtdir. Nəql yorucu olmamalıdır. Müəllimin yaxşı nəql etməsi şagirdlərin dərsə olan marağını daha da artırır. Müəllim nəql etmə zamanı bəzi hallarda nəqli kəsib başqa üsuldan məsələn:-müsahibə tərbiq etməklə yenidən nəql etməyə qayıda bilər. Dərsdə müəllim çox zaman müəyyən bioloji hadisə, qanun-qaydaları nəql etmə anları dəlil və sübutlarla şagirdlərə başa salmalıdır. Belə hallarda o bir qədər geniş izahat verməli olur. Bu müəllimin izahı üsulu adlanır. Odur ki, bir cox müəllimlər müəllimlərin şərhini 2 yerə - izah və nəql növlərinə ayırırlar. Lakin təcrübədə çox zaman bu növlər birlikdə tətbiq olunur.Bu iki növ üsul arasında qəti sərhəd qoymaq olmaz. Onlar bir-birini əvəz edir və yaxud hər ikisi birlikdə aparılır. Müəllimin nəql etməsi və izahı aşağıdakı tələblərə əməl olunmalıdır.
1.Nəqlin movzusu, məzmunu və həcmi müəyyənləşdirilməsi;
2.Müəllim bu dərsə daha yaxşı hazırlaşmalıdır.
3.Müəllimin nəql ardıcıl, sistemli və plan üzrə aparılmalıdır;
4.Nəql maraqlı söylənməli və izahat qurtarana kimi şagirdin diqqəti ona cəlb olunmalıdır;
5.Müəllimin nitqi düzgün, savadlı, sadə, aydın, canlı və obrazlı olmalıdır;
6.Müəllim nəqli və izahi mümkün qədər müxtəlif və illüstrativ vasitələr (tablo, şəkil, preparat, canlı bitki və heyvan və.s.) və təcrübə demonstrasiyaları ilə bərabər başa çatdırılmalıdır.
Materialın həcmindən asılı olaraq müəllimin nəqli və izahına 10-25 dəqiqədən az vaxt sərf olunmamalıdır.
2.Mühazirə metodu Mühazirə üsulu ilə nəql etmə üsulu bir-birinə çox oxşayır.Bu üsulların aşağıdakı fərqi , mühazirə üsulunun uzun müddətli (35-40 dəqiqə) olmasındadır. Ona görə də bu üsul ən çox yuxarı siniflərdə (VIII-IX-X-XI) tətbiq olunur.
Mühazirənin maraqlı keçməsi onun oxunmasından asılıdır. Odur ki, şagirdlərin diqqətini dərsə yaxşı cəlb edə bilmək üçün müəllim dərsə ciddi hazırlaşmalıdır. Eyni zamanda mövzuya aid maraqlı və həyati materiallardan istifadə etməklə onu ardıcıl, sistemli izah etmək lazımdır. Mühazirə sadə və aydın dildə oxunmalı,lazım gəldikdə illustrasiyalar, demonstrasiya və təcrübələr göstərilməlidir. Mühazirə yorucu olmamalıdır.
Məktəb mühazirəlırinə 35-40 dəqiqədən çox vaxt sərf edilməməlidir. Qalmış vaxt (5-10dəqiqə) şagirdlərin suallarına cavab verməyə, dərsin möhkəmləndiril-məsinə və evə tapşırıq verməyə sərf olunmalıdır. Mühazirə üsulu başqa təlim üsulları ilə yanaşı və keçilən mövzunun məzmunundan asılı olaraq lazım gəldikdə tətbiq edilməlidir.
Dostları ilə paylaş: |