III. VIII sinif zoologiya proqramının bölnmələri
VIII sinifdə də zoolodiya kursunun tədrisi həftədə 2 saat olmaqla davam etdirilir. Bu sinifdə zoologiya proqramına 68saat olmaqla aşağıdakı bölmələr daxildir;
1 bölmə: Heyvanlar (davamı) buğumayaqlılar tipi-13 saat.
Bu bölmədə heyvanlar aləminin üç sinfi: 1) Xərçəngkimilər, 2) Hörümçəkkimilər və həşaratlar sinfi tədris olunur; 1) Xərçəngkimilərin yaşayış mühiti, quruluşu, xüsusiyyətləri və çoxalması; 2) Hörümçəkkimilərin xarici quruluşu, qidalanması, tənəffüsü, gənələrin xarici quruluşu, zərər verən gənələr, onlarla mübarizə, parazit gənələr, onlarla mübarizə və qorunma tədbirləri; 3) Həşəratların quruluşu, çoxalması, əsastipləri: pulcuqqanadlılar, ikiqanadlılar, pərdəqanadlılar, onların xarici quruluşu, çoxalma və inkişafı, ipəkqurdu, otaqmilçəyi, yolxucu xəstəliklər, bal arısı-arı ailəsi, beçəvermə arxlarda rəqs, qışlama, arıçılıq, instinq məsələləri tədris olmaq. Bu bölmədə bir laboratoriya işi və 1 saat təbiətə ekskursiya təşkil edilir.
II bölmə: Xardalılar tipi-44 saat məlum olduğu kimi Xardalılar tipi 1) Neştərçələr sinfi-1 saat, 2) Balıqlar sinfi-7 saat, 3) Suda-quruda yaşayanlar sinfi-4 saat, 4) Sürünənlər sinfi-4 saat, 5) Quşlar sinfi-12 saat, 6) Məməlilər sinfi-13 saat olmaqla bölünmüşdür.
1)Neştərçələr sinfi öyrənməklə ibtidai xordalı heyvanların quruluşu, onurğası və onurğalıların oxşarlığı neştərçə timsalında öyrənilir. 2) Balıqlar sinfində- balıqların yaşayış mühiti, xarici quruluşu, skelet və əzələləri, bədən boşluğu, sinir sistemi, hiss orqanları, refleks və davranış, çoxalma, kürütökmə, inkişaf və nəsl qayğisı, miqrasiya, balıqların müxtəlifliyi, balıqcılıq, əhəmiyyəti, mühafizəsi məsələləri tədris olunur. 3) Suda-quruda yaşayanlar sinfi-Qurbağa, xarici və daxili quruluşu, sinir sistemi, hiss orqanları, çoxalma və inkişafı, suda-quruda yaşayanların müxtəlifliyi, mənşəyi, əhəmiyyiti, mühafizəsi öyrədilməlidir. Burada həmdə onların ilk quru heyvanları olması əsas götürülməlidir. 4) Sürünənlər sinfi-Kərtənkələ, yaşayış mühiti quruluşu, qədim sürünənlər onların xarakteristikası tədris olunur. 5) Quşlar sinfi –uçmaq ilə əlaqədar xarici qurluşu, skleti, əzəzələləri, daxili quruluşu, maddələr mübadiləsi, sinir sistemi, çoxalması, inkişafı, nəsl qayğısına qalma, mövsümü hadisələrə uyğunlaşmalar tədris olunur. 6) Məməmlilər sinfi-xarici quruluşu, skeleti, əzələləri, daxili quruluşu, maddələr mübadiləsi, sinir sistemi, hiss orqanları, çoxalma və inkişafı, nəsl qayğısına qalma, yuxulama, köçmə, miqrasiysa, məməlilərin mənşəyi, dəstələri- kisəlilər, həşərat yeyənlər, yarasalar, gəmriçilər, yırtıcılar, kürəkayaqlılar, balinakimilər, dırnaqlılar və primatlar, onların təbiətdə, insan həyatında və x/t dakı rolu məsələləri öyrədilir.
III bölmə: Heyvanlar aləmini təkamulu-5 saat. Burada heyvanlar aləminin tarixi inkaşıfını sübüt edən –anatomik səbəbləri- irsiyyət, dəyişgənlik, təbii seçmə haqqında Ç.Darvin təlimi, təkhüceyrəlilərin, coxhüceyrəlilərin mənşəyi, heyvan qruplarının quruluşu, insanlarla heyvanlar arasında qohumluq məsələləri öyrədilir.
IV bölmə: təbii qriplaşmalar:-4 saat. Proqramın bu bölməsində orqanizmlərin yaşadığı ekoloji mühit, ekoloji amillər, amillərin bitgi və heyvanlara təstiv, mövsümü hadisələr, təbii qruplaşmalar (meşə, çəmən, gölməsə misalında) bakteriya, göbələk, bitgi və heyvanların rolu, qruplaşmada təbii əlaqə, qida zənciri, təbii qruplaşmanın insan həyatındakı rolu, təbiyətin mühafizəsi məsələləri tədri olunur. Bütün bu göstərilənləri daha yaxşı yerunə yetirmək üçün VIII sinif zoologiya proqramında buğumayalılar tipində f labarator işi və f saat ekskursiya, xordalılar tipində 2 labarator işi, Quşlar sinfində 2 labarator işi, Məməmilət sinfi ilə əlaqədar f sast ekskursiya və 2 saat ümumiləşdirici dərs, nəhayət kursun sonunda isə f saat ekskursiya həyata keçirilməlidir.
IV Zoologiya fənni üzrə fənnlərarası əlaqə.
Orta məktəbin VII və VIII siniflərində tədris olunan zoologiya fənni üzrə fənnlərarası əlagəyə geniş yer verilir. Bu fənnlərarası əlagəni aşağıdakı misallardan aydın görmək mümkündür. Təkhüceyrəli heyvanların (VII sinif) balıgların (VIII sinif) həyat fəaliyyəti haggındakı biliklər, təbiətdə suyun əhəmiyyəti, heyvanların həyatı üçün lazım olan şərait (V sinif təbiyyətşünaslıq) həmçinin diffuziya aid bilik (VII sinif fizika) təməli əsasında, kimyavi tərkib haqqıindakı biliklər kimya elmləri əsasında inkişaf etdirilir. Bağırsaqboşluqların müxtəlifliyi Mərcan adaları, onların mənşəyi (VI sinif) coğrafiyadan verilmiş biliklərdən istifadə olunmaqla verilir. Soxulcanın qurluşu nəzərdən keçirilərkən torpaq, onun tərkibi, strukturu (V sinif təbiətşunaslıq) (VI sinif botanika) həşaratın praktik rolu, k/t bitkilərinə ziyanvericiləri və onlarla mübarizə (VII sinif) əmək təlimi haqqında məlumatlara əsaslanır. Balıqların əhəmiyyəti, qorunması, təbii sərvətlərdən istifadə (VIII sinif) coğrafiya haqqında biliklər əsasında öyrənilir. Məməlilərin öyrənilməsi, k/t heyvanlarına qulluq (VII əmək təlimi), vəhşi heyvanlar, kisəlilərin quruluşu, çoxalma və yayılması (VII sinif) coğrafiya haqqında biliklər nəzərə alınmaqla öyrədilir. Heyvanlar aləminin təkamülü, geoxronoloji cədvəl (VII sinif) coğrafiya, təbii qruplaşmalar, onların mühafizə olunması (VIII sinif) coğrafiya haqqındakı biliklərə əsaslanır. Heyvanlar aləminin müxtəlifliyi , təkamülü mühafizəsi, onlardan səmərəli istifadə olunması haqqında biliklər X və XI siniflərdə biologiya kursunda inkişaf etdirilir.
V. VIII sinif şagirdlərinə verilən əsas tələblər
Orta məktəbin VII və VIII siniflərində tədris olunan zoologiya fənnini öyrənən hər bir VIII sinif şagirdi aşağıda göstərilənləri bilməli və bacarmalıdır: 1)Mühitlə əlaqədar olaraq heyvanların xarici quruluşu xüsusiyyətlərini bilməlidir; 2) Balıq, quş və məməli skeletlərinin quruluş xüsusiyyətlərini bilməlidir: 3) Funksiyalarından asılı olaraq daxili orqanlar sisteminin quruluşunu bilməlidir; 4)Onurqalı heyvanlar misalında qandamar, tənəffüs, sinir sistemlərinin mürəkkəbləşməsini; 5)balıq, quş, məməlilərin davranış xüsusiyyətlərini; 6)Öyrənilmiş sinif və tiplərin ümumi xarakteristikasını; 7)Təbii qruplaşmada heyvan, bitgi və cansız təbiət arasında qarşılıqlı münasibəti; 8) Heyvanlar aləminin təbiətdə, insan həyatında, təsərrüfatda əhəmiyyətini, onların mühafizə tədbirlərini bilməlidir. Bunlarla yanaşı hər bir VIII sinif şagirdi aşağıda göstərilənləri bacarmalıdır. 1)Öyrəndiyi əsas heyvanları təbiətdə, kolleksiya tanımağı, 2) Şəkildə, cədvəldə balıqların, məməlilərin orqanlar sistemini müəyyən etməyi; 3)Təbii qruplaşmada orqanizmlərin birgəyaşayışa uyğunlaşmalarını, qida zəncirini tərtib etməyi, 4)Əsas tiplərə mənsub olan heyvanları müqayisə etməyi, qohumluq əlaqələri haqqında nəticə çıxarmağı, 5) Akvariumda balıqların, quş və ev heyvanlarının davranışını müşahidə etməyi; 6) Təbiətdə davranış qaydalarına riayət rtmeyi və ən nəhayət; 7)Öyrənilən materiala aid plan tərtib etməyi, laborator işlərində və mətnlərdən rəhbərlik kimi istifadə etməyi sxem, cədvəl tərtib etmək üçün mətnlərdən məlumat tapmağı bacarmalıdır.
VIII mövzu: Biologiya dərslərində əyanilik prinsipi və onun əhəmiyyəti
Plan
1. Təlim prinsipləri haqqında ümumi məlumat
2. Təlim prosesinin vəzifələri
3.biologiya dərslərində əyanilik prinsipi və onun əhəmiyyəti
4. Əyanilik prisipinin təsnifatı və növləri
Dostları ilə paylaş: |