Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Tədris materialının elmiliyi və mənimsənilməsi



Yüklə 0,88 Mb.
səhifə16/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   12   13   14   15   16   17   18   19   ...   57
Biologiyanın tədrisi metodikası

4.Tədris materialının elmiliyi və mənimsənilməsi

Təlim prosesində elmilik mühüm yer tutur. Bütün orta məktəblərdə başqa fənlərlə yanaşı olaraq biologiya fənlərinin tədrisi zamanı bu elmin əsasları öyrədilir. Şagirdlər botanika, zoologiya dərslərində bitgi və heyvanlar aləminin, bioloji xüsusiyyətləri inkiçafı qanunu və qanunauyğunluqlarını biologiya elmlərinin nailiyyətləri əsasında öyrənirlər. Ölkəmizin məktəblərini təşkil edilməsinin ilk dövrlərində təlimdə elmiliyə mühüm yer verilmişdir. Partiyanın MK-nın sentyabr 1931-ci il və 25 avqust 1932-ci il tarixli qərarlarından sonra orta məktəblərdə biologiya fənlərinin əsaslarla tədris olunmasına daha çox fikir verilməyə başlanmışdır. Biologiya fənlərinin tədrisində ilin elmi və sistemli öyrədilməsi onu şagirdlərə anlaşıla biləcək halda başa salınmasından çox asılıdır.

Biologiya dərslərində təlim tərbiyyə məsələləri şagirdlərə lazımı səviyyədə aydınlaşdırılmazsa, onu təcrübədə tədbiqində müəyyən anlaşılmazlıq meydana çıxar. Ona görə biologiya fənlərində nəzəri biliyin və əməli vərdişlərin şagirdlərin yaş xüsusiyyətinə, inkişaf və ümumi hazırlıq səviyyəsinə uyğun və anlaşıla biləcək tərzdə verilməsi vacibdir. Bu prinsipin bütün dərsliklərdə olduğu kimi biologiya fənnlərində də nəzərə alınması mütləq lazımdır. Lakin buna baxmayaraq dərsliklərdə, o cümlədən təbiiyyətə aid dərs kitablarında yenə də bir sıra nöqsanlara yol verilir. Belə ki, dərsliklər lazım olmayan materialların həddən artıq yüklənmişdir. Odur ki, müəllim tədris materiallarını diqqətlə nəzərdən keçirməli və kitablardakı materialı şagirdlərin anlaya biləcəyi sadə dildə, tam, konkret aydın və sistemli surətdə başa salmalıdır. Eyni zamanda dərsdə ikinci dərəcəli əhəmiyyətə malik olan tədris materialları ilə şagirdləri həddən artıq yükləməyə yol verilməməlidir. Bu hal materialın anlaşılmamazlığına və şagirdlərin həvəsdən düşməsinə səbəb ola bilər. Odur ki, tədris prosesi zamanı bu göstərilən şərtlər əldə rəhbər götürülməlidir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin