Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan



Yüklə 0,88 Mb.
səhifə12/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   8   9   10   11   12   13   14   15   ...   57
Biologiyanın tədrisi metodikası

H.Zərdabinin işləri

İnqilabdan əvvəl Azərbaycanda gimnaziya, realni, ticarət, ali-ibtidai, rus-tatar (ibtidai) və.s. məktəblər var idi. O zaman təbiyyat fənnləri əsasən gimnaziyalarda və realnı məktəblərdə keçirilidi. Həmin məktəblərdə tədris rus dilində aparıldığı uçun 1920-ilə kimi Azərbaycan dilində biologiyaya dair dərslik, tədris vəaiti və elmi terminologiya olmamışdır. Həmin məktəblətdə biologiya dərsləri rus dilində yazılmış kitablar əsasında keçirdi. Bunlardan başqa ruhani və molla məktəbləri var idi ki, dindarların arası kəsilmədən apardıqları təbliğat sahəsində təbiətə dair mühazirə və mabahizələr aparmaq belə qeyri-mümkün idi. İrticanın ağır illərində (1907-1910) təbiətə dair mahazirə aparan və söhbətlər təşkil edən mütərəqqi fikirli şəxslər ciddi təqib olunurdu. 1905-ci ildə Azərbaycanda “üsuli-cədid” üzrə yeni məktəblər açılmağa başlayır. İndiki orta məktəblərə qismən yaxın olan bu məktəblərin tədris planına təbiyyat və coğrafiya fənnlərinin daxil edilməsi məsələsi irəli sürülür. Uzun mübahisədən sonra həmin məktəbin sonuncu iki sinifində coğrafiya dərslərinin keçilməsinə razılıq verilir. Ancaq təbiyyat dərslərinin tədrisi mələhər görülmür. Lakin buna baxmayaraq inqalabdan əvvəl Azərbaycanda təbiyyat elmlərinin yayılması və onun məktəblərdə tədrisi uğrunda mübarizə aparan mütərəqqi fikirli təbiətşünas alim və müəllimlərimiz az olmamışdır. Onların ən görkəmli nümayəndəsi H.Zərdabi (1837-1907) olmuşdur. Azərbaycanda təbiətşünaslıq elminin inkişafında N.Vəzirovun da xidməti az olmamışdır.

N.Vəzirovun Azərbaycan yer quruluşu texnikumunun tələbələ üçün “Meşə işlərinin aparılmasına dair əməli məşğələlər” adlı əsər yazmışdır. Təəssüf ki, o çap olunmamışdır. 1917-ci ilə kimi ana dilində dərs kitablarının olmaması Azərbaycanda təbiyyat fənnlərinin inkişafına xeyli mane olmuşdur. 1917-ci ilin ortalarında Azərbaycanda bəzi məktəblərin ana dilinə keçilməsi məsələsi meydana atılır. Ancaq ana dilində dərs verə bilən müəllimlər, məktəb proqramları, dərs kitabları həmin dövrdə yox idi. Bu göstərilənləri təmin etmək üçün məktəblərin tiplərini müəyyən etmək, tədris planları yaratmaq, terminologiya haqqında düşünmək lazım gəlirdi. İlk dəfə bu məqsədlə ana dilini bilən bir neçə təcrübəli müəllim səfərbərliyə alınır. Həmin müəllimlər rus dilində olan kitablardan istifadə etməklə dərs aparmağa başlayırlar. Bir müddər sonra Türkiyədən müxtəlif fənnlərə, o cümlədən təbiyyata aid dərsliklər gətirilir. Belə kitablardan “Elm nabatat” və “Təşrih” dərsliklərini misal göstərmək olar.1919-cu ildə musavat hökümətinin Maarif Nazirliyi tərəfindən dərsliklər tərtib etmək üçün xüsusi kommisiya yaradılır.

Bakıda birinci dəfə 1917-ci ildə 3 ali, ibtidai məktəb ana dilində dərs keçməyə başlayır. Burada 1-ci və 2-ci siniflərdən etibarən bütün fənnlər ana dilində keçirilir. M.Maqonayev, A.Terequlov, A.Orucəliyev, Ə.Hüseynov, S.Hacıbəliyev, C.İbrahimov, M.İsmayılov, C.Cəbrayılbəyli və bir çox başqaları bu məktəblərdə həm də dərs deməyə və həm də terminologiya ilə məşğul olub, dərs kitabları yazmaqla məşğul olurlar.

Belə görkəmli şəxslərdən biri də H.Zərdabi olmuşdur. H.Zərdabi Bakı gimnaziyasında müəllim olduğu illərdə xalqımızın savadlanması uğrunda geniş mübarizə aparmışdır.

Hətta o ilk Azərbaycan qəzeti olan “Əkinçi”nı (1875-ci ildə) nəşr etdirir. Bu qəzetdə tabiyyat elminin müxtəlif sahələrinə dair maraqlı məqalələr çap etdirir. Çap çinovnikləri Zərdabinin müəllilik fəaliyyətini təhlükəli hesab edərək onu Azərbaycandan Yekatirinodor (Krasnidar) gimnaziyasına müəllim göndərmək istəyirlər. Zərdabi isə xalqından, vətənindən ayrılmağı özü üçün, mümkün hesab etmir. O, təyinat haqqındakı əmri rədd edərək doğma kəndinə qayıdır və Ucarda vəkillik edir. H.Zərdabi 16 il kənddə qaldıqdan sonra yenidən Bakıya qayıdır. H.Zərdabinin təşəbbüsü ilə 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayı çağrılır və o qurultayın işində fəal iştirak edir. H. Zərdabinin fəaliyyəti çox cəhətlidir. O, həm də böyük təbiətşünas alimdir. Onun qəzet və jurnallarda çıxan məqalələrinin bir qismi “Bədəni salamat saxlamaq dəsturulməlidir” və “Torpaq, su və hava” adlı ilə iki kitab şəklində buraxılmışdır. Bu kitabın hər ikisi Zərdabinin vəfatından sonra Kiyevdə oxuyan islam tələbələri tərəfindən nəşrə hazırlanmışdır. Zərdabinin bu əsərləri ümumi tədris xarakteri daşıyır, və tamamilə yerli şəraitə uyğun məzmunda yazılmış. Onun bitkiçiliyə, zooogiyaya, heyvandarlığa dair bir sıra məqalələr də yazmışdır.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin