Azərbaycanda biologiya tədrisinin inkişafı H.Zərdabinin işləri
XIX əsrin ortalarında biologiya elminin vəziyyəti
Artıq XIX əsrin sonuna yaxın, daha doğrusu XIX əsrin II yarısından etibarən biologiyadan yeni dərsliklər (Mixaylov, Rayebski,Senther və.s) yazılır. Bu dərsliklər alman pedoqoqu Avqust Hyubenin (1804-1873) təbiiyatına aid kitabı əsasında yazılmışdır. Hyuben biologiyanın tədrisi metodikasına aid ilk əsərində metodik cəhətdən maraqlı fikirlər irəli sürür. Onun fikrincə biologiya fənnlərinin tədrisində bir sıra imkanlar vardır. Bu fənnlər şagirdlərin hiss üzvlərini inkişaf etdirir, inlarda müşahidəçilik və tədqiqatçılıq həvəsi oyadır, müstəqil işləmə hazırlayır. Odur ki, o bu məqsədlə müqayisəli üsulu əsas götürürdü. Lakin bununla bərabər Lyuben yazdığı əsərlərdə bir sıra nöqsanlara da yol vermişdir. A..Lyuben məktəblərdə keçirilən biologiya fənnini təbiət elmlərindən ayırır və təklif edirdi ki, şagirdlər özləri “təbiətin məhsulları” üzərində müşahidə aparmaq və yazmaqla onu öyrənməlidirlər. Lyubenin bu kitablarında bilik sistemli verilmədiyi üçün şagirdlər orada yazılmış materialı əzbərləməklə məşğul olurdu. Ona görə də şagirdlər dərsə maraqla qulaq asmır və onu çətinliklə öyrənirdilər. Bu hal məktəblərdə uzun müddət davam etmişdir. Odur ki, dövrün qabaqcıl pedaqoqları təbiyyatın dərslərinin “Lyuben sistemi” ilə keçilməsinin nöqsanlı olmasını göstərməklə yanaşı onu tənqid edirdilər. Belə şəxslərdən biri görkəmli rus pedaqoqu Aleksandr Yakobleviç Herd (1841-1888) və başqaları “Lyuben sistemi”ni kəskin tənqid edən olmuşlar. Bu pedaqoqlar göstərir ki, “Lyuben sistemi” kitablarında keçirilen dərslər şagirdlərdə materialist görüşün inkişafına imkan vermir və onların təbiəti öyrənməyə olan marağını söndürür. Bu dövrdə biologiya elminin insan şüurunda yaratdığı dəyişilmələri dərk edən, insanlarda materialist dünyagörüşü aşılamaqla onları inqilabi aparıb çıxara biləcəyini görən mürtəce qüvvələr biologiya fənnlərinin tədriq planından çıxarılmasına cəhd edirdilər. Odur ki, biologiya fənnləri tədris planına bir neçə dəfə daxil edilir və çıxarılır. (1828-1852 illər). Lakin hakim dairələr Rusiyada kapitalizmi inkişaf etdiyi bir dövrdə biologiya fənnlərinin tədris planında çıxarılmasını inkişaf yolunun mümkün olmadığını yəqin edərək kimsələrin müqavimətinə baxmayaraq bu fənnlərin məktəblərə qaytarmalı olurlar. Lakin bu dəfə biologiya fənnlərini “Zərərsizləşdirməyə” başlayırlar. Bu tədbirin mahiyyəti ondan ibarət idi ki, biologiya dərsləri ümumtəhsil məktəblərinin təhsil sisteminə daxil edilsin. Lakin bu fənnlərdən dini məqsədlər üçün istifadə edilsin.