Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Biologiya tədrisi metodikasının elmi əsasları



Yüklə 0,88 Mb.
səhifə3/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   2   3   4   5   6   7   8   9   ...   57
Biologiyanın tədrisi metodikası

5.Biologiya tədrisi metodikasının elmi əsasları

Biologiya tədrisi metodikası bir elm kimi müəllimləri şəxsi təcrübələrinin nəticəsi haqqında söylənilən metodik baxışlardan elm səviyyəsinə qədər inkişaf etmişdir.Bu inkişafın əsasını pedaqoji incəsənətdən elmi ümumiləşdirməyə, subyektiv yaradıcılıqdan obyektiv elmi nəzəriyyəyə qədər aparılan tədqiqatlara əsaslanmaqla nail olmuşdur.Hər bir elm sahəsində olduğu kimi metodiki problemlərin həll edilməsi ilk öncə differensasiya yolu ilə getmişdir. Təbiətşünaslığın ümumi metodikasından xüsusi tədris metodikası ayrılmışdır ki. Bu da biologiyanın ayrı-ayrı kurslarının metodiki məsələlərinə işlənməsi yolu ilə baş vermişdir. Hal-hazırda bir elm kimi tədris metodikasında inteqrasiya dövrü, toplanmış bütüm materialların sintezi və ümumiləşdirilməsi dövrü başlanmışdır. Beləliklə əldə edilən elmi materiallar toplanaraq problemlər üzrə analiz edilir, ümumiləşdirilir və sistem halına salınaraq vahid elmi nəzəriyyə halına salınır. Biologiya tədrisi metodikası özünün 200 ildən artıq inkişafı dövründə praktikada yoxlanmış səmərəli tədris üsulları ehtiyatı toplanmışdır. Tədris üsulunun biologiya materiallarının tədqiq olunmasının özünəməxsus üsulları vardır. Biologiya tədrisinin tədqiqinə əsaslanan və kəşf olunan qanunauyğunluqlar əsasında biologiya tədrisi metodikası bir elm kimi müəyyənləşmişdir. Metodika özünün öyrənmə obyekti olan və biologiya tədrisinin öyrənməyin bütün məsələlərini əhatə edir. Məktəbdə tədris olunan digər fənlərdən fərqli olaraq biologiya tədrisi metodikasının özünəməxsus spesifik xüsusiyyətləri vardır. Müəllimin pedaqoji yaradıcılığı o vaxt böyük effekt verir ki, o güclü metodiki nəzəriyyəyə malik olsun. Beləliklə müəllim müxtəlif metodiki priyomlara ehtiyatına malik olmaqla tlim-tərbiyə işini səmərəli həyata keçirir.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin