XIII mövzu: Kino dərsləri və onun formaları.
Plan.
1.Biologiyadan kino dərsləri haqqında ümumi məlumat
2. Kino dərslərinin formaları. Kinodərsləri
3. Kino mühazirələri haqqında məlumat
4. Kinoseansları və onun həyata keçirilməsi
1.Biologiyadan kino dərsləri haqqında ümumi
məlumat
Orta məktəbdə tədris olunan biologiya fənnləri üzrə nəzəri bilik və əməli bacarığın şagirdlərə əyani formada başa salınmasında kino dərsləri müstəsna əhəmiyyət kəsb edir. Tədris prosesində elə hallar olur ki, müəllim proqramın tələb etdiyi, lakin başqa əyani vasitələrlə əvəz edilməsi mümkün olmayan bəzi məlumatları kino kadrları vasitəsilə şagirdlərə çatdıra bilər. Məs:Kinoekranda təbiətdəki müxtəlif hadisələri, mikroskopik aləmi, müxtəlif ölkələrdəki bitgi və heyvanların yayılması, yaşayış tərzi, mürəkkəb texniki prosesləri və habelə başqa mühüm məsələlərlə şagirdləri tanış etdirmək mümkündür. Kinonun köməyi ilə təbiətdə tədricən baş verən bəzi prosesləri (bitginin böyüməsi və inkişafı, çiçək açması, həşəratın inkişafı, mitoz bölünmə və s.) nəzərdə keçirmək olar. Bundan başqa kinofilm dünyanın müxtəlif yerlərindəki bitgi və heyvanları onların yaşadığı mühitlə birlikdə öyrənməyə imkan verir. Bu da şagirdlərdə dərsə olan maraq və həvəsi artırır. Odur ki, məktəblərimizdə tədris kinofilmlərindən istifadə edilməsinə xüsusi fikir verilir. Tədris prosesində biologiya fənnlərindən istifadə olunan tədris kinofilmləri məzmunundan və metrajından (böyük, kiçikliyindən) asılı olaraq müxtəlif formada istifadə edilir.
Dostları ilə paylaş: |