Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Kinoseansları və onun həyata keçirilməsi



Yüklə 0,88 Mb.
səhifə50/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   46   47   48   49   50   51   52   53   ...   57
Biologiyanın tədrisi metodikası

4. Kinoseansları və onun həyata keçirilməsi

Kinoseanslar – tədris prosesində ən asan həyata keçirilə bilən tədris forması olduğu üçün orta məktəblərdə ondan daha geniş istifadə edilir. Belə ki, müəllim tədris etdiyi fənnlərlə əlaqədar olaraq tədris kino-filmləri və onlardan nə vaxt istifadə edəcəyini müəyyənləşdirilməli və şagirdləri siniflər üzrə kino göstəriləcək yerə aparmalıdır. Kino-seans xüsusi sinif otağında, biologiya laboratoriyasında və ya məktəbin klubunda göstərilməlidir. Kinoseans başlanmazdan əvvəl müəllim bunun nə məqsəd üçün baxılması haqqında şagirdlərə ətraflı məlumat verməlidir. Müəllimin izahatı adətən kadrların üzərində yazılmış sözlərə uyğun olmalıdır. Əgər kino səsli və ana dilidə gedirsə geniş izahata ehtiyac yoxdur. Kinoseans qurtardıqdan sonra müəllim şagirdlərlə yekunlaşdırıcı söhbət aparmalı və başa düşmədikləri və yaxud çətinlik çəkdikləri məsələləri başa salmalıdır. Məktəbdə kino dərsi məşğələlərini təşkil etmək üçün birinci növbədə biologiya müəllimləri özləri kinoaparatından istifadə etməyi bacarmalıdır. Bu iş o qədər də çətin deyildir. Belə ki, kinoaparatların pasportunda onlardan necə istifadə etmək qaydaları göstərilmişdir. Lazım gəldikcə kino idarələrinin mexaniklərindən məsləhət və göstərişlər almaq olar. Bu işə yuxarı sinif şagirdlərini cəlb etmək daha məsləhətdir. Kinofilm nümayiş etdirmək üçün müxtəlif aparatlar mövcuddur. Bu aparatların hamısını birdən əldə etmək mümkün olmadığından, onlardan birini (filmoskop, yaxud epidiaksop) almaqla məktəbdə kino tədrisi məşğələlərini həyata keçirmək olar.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin