Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Ekskursiya tədris sisteminin forması kimi



Yüklə 0,88 Mb.
səhifə53/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   49   50   51   52   53   54   55   56   57
Biologiyanın tədrisi metodikası

3.Ekskursiya tədris sisteminin forması kimi

Orta məktəblərdə tədris olunan biologiya fənnləri sinif dərs formasından başqa, tədris materialının ətraf mühitdə, təbii halda öyrətməyə xidmət edən tədris sistemi forması olan ekskursiya yolu ilə də həyata keçirilir. Deməli, biologiya fənnlərinin tədrisində lazım gəldikdə ekskursiya dərs formasından da istifadə olunur. Lakin qeyd etmək lazımdır ki, ekskursiya adi təlim üsulu olub, materialın ətraf mühitdə, təbii halda öyrədilməsinə yönəldilmiş, sinifdən kənar yerdə həyata keçirilən dərs formasıdır. Ekskursiyalar ancaq proqram materialları əsasında aparılır. Və bu ekuskursiyalarda şagirdlərin iştirak etmələri dərsdə olduğu kimi məcburidir. Təlim üsullarından danışılarkən ekskursiyalar izah edildiyi üçün burada ondan geniş bəhs etmirik. Qısaca qeyd etmək lazımdır ki, təlim ekskursiyaları 3 yerə ayrılır. 1) Qısa müddətli; 2) Bir günlük; 3) Uzun müddətli ekskursiyalar. Bütün bu növ ekskursiyaları həyata keçirmək üçün müəllim ekskursiyanın marşrutu və obyektini, ekskursiyanın planını, ekskursiyanın gedişini və yekunlaşdırılmasını düzgün həyata keçirməlidir.



IV. Ev işləri tədrisi sistemi forması kimi

Məlum olduğu kimi təlim prosesi müəllim və şagirdlərin birlikdə fəal çalışmaları ilə başa çatdırılır. Müəllim proqram materiallarını şagirdlərə başa salmaq üçün şifahi şəth üsulunun bütün növlərindən istifadə etməlidir. Lakin, müəllimin nəqli, müsahibəsi və müzahirəsi nə qədər maraqlı olsa da, yenə də izah olunmuş, materialın mükəmməl mənimsənilməsi üçün şagirdlər onların üzərində müstəqil iş üsullarından istifadə edirlər. Onlardan ən geniş tətbiq ediləni: Şaqirdlərin dərslik və kitablar üzərində müstəqiləriişləm, müstəqil təcrübələr qoyması, müsahibələr aparması, bitqi becərmək və heyvanlara qulluq etmək üzrə praktik işlədir. Bu müstəqil iş üsullarının bir hissəsi sinifdə müəyyən hissəsi isə canlı təbiət güşəsində, laboratoriyada, tədris- təcrübə sahəsində və ev şəraitində həyata keçirilir. Bu göstərilən müstəgil iş üsullarından ev şəraitində həyata keçirilən ev işlərinə dərslik və kitab üzərində iş, müstəqil təcrübə qoymaq, müşahidələraparmaq, bitqi becərməksə heyvanlara qulluq üzrə praktik işlər daxildir. Bu göstərilənlərlə yanaşı ev işlərinə yay tapşırıqları, qeyd və şəkil dəftlərinin aparılması işləri daxildir.

Dərslik və didər kitablar bilik mənbəyidir. Şqgirdlər kitab oxuduqca onların göruş dairəsi genişlənir. Tədris sistemi formalarına daxil olan ev işlərinin bir növü olan dərslik və kitab üzərində şagirdləri işləməyə alışdırmaq lazımdır ki, təcrübə göstərir ki, müəllim sinifdə dərsi nə qədər yaxşı izah etmiş olsa da, şagirdlər həmin materialı dərs zamanı tamamilə qavraya bilmir. Şagird evdə kitabdan həmin mövzunu oxuduqda dərsdə aldığı biliyi daha da möhkəmlənir və sinifdə yaxşı başa düşə bilmədiyi bəzi məsələlər kitabı oxuduqca aydınlaşır. Evə verilmiş oxu materialının üzərində necə işləmək və şəkillərdən necə istifadə etmək qaydası şagirdlərə yaxşı başa salınmalıdır. Ev işlərinin müəyyən qismini müstəqil müşahidələr aparmaq işləri təşkil edir. Təcrübə göstərir ki, şagirdlər biologiyadan sinifdənkənar vaxtda müstəqil müşahidələr aparmadıqda botanika, zoologiya və ümumi biologiya fənni üzrə bəzi materialları kifayət qədər mənimsəyə bilmirlər. Ev işlərinin müəyyən qismini praktik işlər təşkil edir. Bu iş formasında şagirdlər əməli9 işlərdə çalışırlar. Bu əməli işlərdə şakirdlərin fiziki fəaliyyəti mühüm yer tutur. Burada bitgilərin becərilməsi, ev heyvanlarına qulluq, mövsümü işlər və s daxildir. Ev işləri formasına göstərilənlərdən başqa yay tapşırıqları, qeyd və şəkil dəftərlərinin, müşahidə gündəliyinin və s-nin aparılması daxildir.

V. Sinifdən xaric dərs-tədris sistemi forması kimi

Biz qeyd etmişdik ki, məktəbdə tədris işinin əsas forması dərsdir. Sinifdənkənar işlər isə onun köməkçi forması hesab olunur. Sinifdənkənar işlər məzmun və formasına dörə müxtəlif olur. Məktəbdə təlim-tərbiyə işlərinin əsas təşkilat forması həyatla əlaqədar keçilən dərs formasıdır. Dərsin keyfiyyətlə keçilməsi və müvəffəqiyyətlə başa şatdırılması onun düzgün təşkilindən asılıdır. Dərsin əsas təşkil forması isə sinfin dərs forması və sinfdənkənar dərs formalarıdır. Sinif dərs forması sinifdə həyata keçirilir. Lakin dərsin elə formaları da vardır ki, onlar məhz sinifdə deyil, sinifdənkənar yerlərdə məsələn: canlı guşədə, tədris-təcrübə sahəsində, təbiət qoynunda, ekskursiyalarda, kino zalda, klubda və s. Yerlərdə həyata keçirilir. Təlimin bu cür təşkili formasına sinifdənkənar dərs formaları deyilir. Biologiya fənlərinin tədrisi ilə əlaqədar materialın ətraf mühitdə, təbii halda öyrətmək məqsədilə ekskursiyalar zamanı həyata keçirilən dərslərdən ibarətdir. Bu zaman dərslər sinifdən kənar yerdə (təbiətdə, istehsalatda və s.) aparılır. Bundan əvvəlki bölmədə ekskursiyalardan və kinodərslərdən danışıldığı üçün burada onlardan geniş bəhs etməyə ehtiyac yoxdur. Sinifdənkənar dərs formalarından biri də tədris-təcrübə sahəsində həyata keçirilən dərslərdir. Məktəbləblərimizdə elmlərin həyatla, təcrübə ilə, məhsuldar əməklə əlaqədar öyrədilməsinə, həsr edilən dərslərdən biri də Məktəbyanı tədris-təcrübə sahəsində əməli məşğələlərdir. Tədris-təcrübə sahəsindəki əməli məşğələlər botanika və zoologiya kursu ilə əlaqədar tədris olunur. Şagirdlər botanika və zoologiya dərslərində sinifdə aldıqları bilik və bacarıqları bu məşğələlərdə daha da təkmilləşdirirlər. Bütün bunlarla yanaşı sinifdənkənar tədris sistemi formasına dərnək məşğələləri, pioner düşərgələrində təbiət şunaslıq işləri, kütləvi ictimai-faydalı işlər və tədbirlər, məktəblərdə “Qış günləri” təşkili və keçirilməsi, habelə “Bioloji sərgi” lərin təşkili kimi sinifdənkənar iş formaları daxildir.



VI. Tədris formalarının qarşılıqlı əlaqəsi
Tədris formaları arasındakı qarşılıqlı əlaqəni aşağıda göstərilən sxemdən aydın görmək mümkündür.

Biologiya tədrisi formalarının sxemi.

Sxemdən göründüyü kimi tədris işinin dərs forması ilə başqa formaları arasında birbaşa-düzümə və əksinə baş verən qarşılıqlı əlaqə olduğunu aydın görmək mümkündür. Sxemdən döründüyü kimi fənnin tədrisi işinin bütün formalarının təşkilinin , təlim-tərbiyənin mərkəzi nüvəsini “dərs” təşkil edir. Biologiya tədrisi formaları sxemi həyata keşirilən birbaşa və əks əlaqələrin yeri və əlaqəsini aydın əks etdirir. Sxemdən aydın olur ki dərs prosesi ekskursiya, ev işləri və dərsdənkənar tədris işləri ilə birbaşa-düzünə əlaqədar olduğu kimi, sinifdənkənar məşğələlər və ictimai-faydalı əməklə əks əlaqəyə malikdir. Sxemdən həm də aydın olur ki, dərs prossesini sinifdə, təbiətdə, məktəbyanı sahədə həyata keçirmək olar. Dərsin sinifdənkənar formasını sinifdə, k/t. Istehsalatında, canlı guşədə və məktəbyanı sahədə, dərsdənkənar formaları isə k/t. Istehsalatı istisna olmaqla sinifdə, təbiətdə, canlı guşədə və məktəbyanı sahədə həyata keçirmək olar. Hər bir dərsin həyata keçirilməsi müəllimdən ciddi hazırlıq tələb edir.

Müəllimin dərs hazırlığına daxildir: 1) Dərsin plan və konspektinin tərtib edilməsi; 2) Dərs üçün əyani vəsaitin hazırlanması; 3) Tədris üsulunun seçilməsi; 4) Tədris materialının seçilməsi. Bütün bu göstərilənləri əsas götürməklə birlikdə müəllim dərsə hazırlaşmaq işini həyata keçirməlidir. Öz-Özlüyündə aydındır ki, müəllimdən dərsin elmi mənasını geniş bilmək və məktəb dərsliyinin fikrinə tənqidi yanaşmaq bacarığı tələb olunur. Dərsə hazırlıq işidə müəllimdən birinci tələb olunan məsələ ondan ibarətdir ki, o dərsə aid elmi məlumatları lazım gələn elmi əsərlərdən seçib toplamalıdır. 2-ci az əhəmiyyətli olan məsələ isə ondan ibarətdir ki, müəllim seçdiyi bu elmi məlumatları dərsin tələbi səviyyəsində, dərsliyə uyğun təlabat formasına pedaqoji cəhətdən yenidən işləyərək əsas məsələləri ayırmaqla onların məntiqi qoyulusunu, məzmununu, həcmini və tərbiyəvi əhəmiyyətini ayırmağı bacarmalıdır. Müəllim müəyyən etməlidir ki, hansı anlayışlar həmin dərs üçün gərəklidir, və ya hansı anlayışlar gələcək inkişaf üçün gərəklidir. Bu işdə müəllimə məktəb dərsliyi vacib köməklik qöstərir. Ancaq dərslik müəllim üçün bilik mənbəyi olmamalldır. Müəllimin dərsliyə baxması ondan ötrü lazımdır ki, müəyyən etsin ki, dərslikdə nəyin olub olmadığını müəyyən etsin, şagirdlər nəyi evdə oxumalıdır, materialın hansı hissələri şagirdlər üçün çətin dərk ediləndir. Bütün bunları dərsin keçirilməsi prosesində müəllim bunların hamısını nəzərə olmalıdır.


XV mövzü: Müəllimin dərs planları

Plan

1.Müasir dərsin planı (gündəlik)

2.Dərsə verilən tələblər

3.Müəllimin dərsdəki təlim fəaliyyəti

4.Dərsin əlamətləri

5.Dərsin tipləri



I. Müasir dərsin planı


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin