2.Dərs-əsas tədris sistemi formasıdır
Bütün fənnlərdə olduğu kimi, biologiya fənnlərinin də tədrisində “dərs” əsas təlim prosesidir. Sinifdə dərsdə bütün biologiya fənnlərinin tədrisi prosesi həyata keçirilməsi təşkil olunur. Dərs-materialın məzmununun sistemliliyini təmin edən biologiya kursunun mövzularının müəyyən ardıcıllıqla qoyuluşunu təmin etməklə yerləşdirilir. Biologiya dərslərində müəllim bütün tədris metodlarından: sözlü; əyani və praktiki-istifadə edir. Müəllim dərsdə bitgi və heyvanları nümayiş etdirməklə və praktiki iş yolu ilə şagirdləri ayrı-ayrı orqanizmlərin daxili və xarici quruluşu ilə tanış edir. Lakin müxtəlif orqanizmlərin təbii şəraitdə birgə yaşamasının mümükünlüyünü, bitgi və heyvanların həyatı və inkişafı prosesini müşahidə etmək uzun müddət tələb etdiyindən bu prosesləri sinifdə dərs prosesində göstərmək mümkün olmur. Ona görə də biologiya tədrisi metodikasında dərsi tamamlayan xüsusi tədris formalarından istifadə olunur.
Dərs prosesi 2 tərəfli təlim formasıdır: Dərs prosesində tərəflərdən biri öyrədən-yəni müəllim, digəri isə öyrənən tərəf-şagirdlərdən ibarətdir. Təlim prosesinin səmərəliliyi hər iki tərəfdən asılıdır. Lakin dərs prosesində müəllim əsas simadır. Odur ki, dərsə müəllim ciddi hazırlaşmalı, qoyulmuş materialı şagirdlərə mənimsətməyi bacarmalıdır. Bunun üçün müəllimdən dərin savad, hərtərəfli elmi dünyagörüş. Metodiki cəhətdən ustalıq tələb olunur. Dərs prosesində müəllim özünün aydın dili və nitqi ilə, elmi mühakimələri ilə pedaqoji ustalığı ilə şagirdlərin diqqətini izah edəcəyi materiala, əsas momentə yönəltmək üçün sanki yaxşı bir aktyor, pult arxasında dayanan görkəmli drijor olmağı bacarmalıdır. Bu işdə müəllimin peşəkarlıq səviyyəsindən çox şey asılıdır. Təlimdə dərs formalarının müəyyən edilməsi mövzunun məzmunundan asılıdır. Materialın məzmununa görə 3 cür dərs forması-1)Sinif dərs forması 2) Ekskursiya-dərs forması 3) Tədris-təcrübə sahəsində əməli məşğələ dərs formasında aparılır.
Dostları ilə paylaş: |