Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


XIV mövzu: Biologiya tədrisi sisteminin formaları



Yüklə 0,88 Mb.
səhifə51/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   47   48   49   50   51   52   53   54   ...   57
Biologiyanın tədrisi metodikası

XIV mövzu: Biologiya tədrisi sisteminin formaları

müəllimin dərsə hazırlaşması

Plan

1.Tədris sistemi formaları haqqında ümumi məlumat

2.Dərs-əsas tədris sistemi formasıdır

3.Ekskursiya tədris sisteminin forması kimi

4.Ev işləri tədris sistemi forması kimi

5.Sinifdənxaric dərs-tədris sistemi forması kimi

6.Tədris formalarının qarşılıqlı əlaqəsi
1.Tədris sistemi formaları haqqında ümumi məlumat

Biologiyanın tədrisi o halda səmərəli hesab oluna bilər ki, müəllim və şagirdlər təlim-tərbiyyənin bütün formalarında məqsədyönlü iş həyata keçirmiş olsunlar və bu iş bioloji anlayışların vahidliyini, dialektik-materialist dünyagörüşün inkişaf etdirilməsini, dərketmə və müstəqil praktik işlərin həyata keçirilməsi vərdişlərinin qazanılmasına xidmət etmiş olsun. “Sistem” sözü yunan sözü olub – anlayışların, hadisələrin və əşyaların vahid halda məntiqi ardıcıllıqla birləşməsi mənasını verir. Sistem sözü dedikdə - qarşılıqlı əlaqədə olan hissələrin hərəkəti və qanunauyğun yerləşməsinin nəzərdə tutulmalıdır. Metodikada sistem-təlimin-tərbiyyənin inkişafı prosesinə və tamlığı prinsipinə əsaslanır. Məktəblərdə şagirdlərin təlim və tərbiyəsi tədris prosesinin müəyyən formalarının təşkilinə əsaslanmaqla həyata keçirilir. Təlim forması dedikdə-bu müəllim tərəfindən təlim-tərbiyə prosesində istifadə olunan və həyata keçirilmə şəraitindən asılı olmayaraq (sinifdə, təbiətdə) şagirdlərin öyrənmə-dərketmə fəaliyyəti analşılır.

Bütün fənlər üçün məktəblərdə öyrənilən tədris işinin əsas forması dərsdir. Dərsdə məlum dövlət proqramına və müəyyən dərəcədə dərsliyə əsaslanan təlim materialı tədris olunur. Şagirdlərin dərsdə iştirakı məcburidir-mütləqdir. Biologiya tədrisi metodikasında tədris işinin xeyli formaları müəyyənləşdirilmişdir. Bitgilərin həyatını, heyvan və insanları, eləcə də təbiətin inkişaf qanunauyğunluqlarının bəhs edən məktəb biologiya kursunun məzmununda bu fənnin məktəblərdə tədrisi sisteminin özünəməxsusluğu müəyyən edilir. Məktəblərdə biologiya tədrisinin əsas forması olan dərsə-məktəb praktikasında tarixən yaranan əlavə tədris işi formaları da yaranmışdır. Yarandığı ilk dövrlərdə məcburi hesab edilməyən sinifdənxaric, məktəbdən kənar dərslər və ekskursiyalar getdikcə yavaş-yavaş dərsin müəyyən çətinliklərini nəzərə alaraq onların da tərkib komponenti kimi dərsin diqqət mərkəzinə gəlməsinə səbəb oldu. Hazırda biologiya fənnlərinin tədrisi işinin təşkilində məktəb praktikasında və metodikasında qəbul olunmuş aşağıda göstərilən tədris sistemi formaları vardır:

1)Dərs və onunla məcburi bağlı olan ekskursiyalar;

2)Ev işləri

3)Məcburi dərsdənkənar işlər (canlı təbiət guşəsində, tədris-təcrübə sahəsində, təbiətdə)

4)Məcburi olmayan sinifdən kənar dərslər (fərdi, dərnək və kütləvi)


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin