Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Kino dərslərinin formaları. Kinodərsləri



Yüklə 0,88 Mb.
səhifə48/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   44   45   46   47   48   49   50   51   ...   57
Biologiyanın tədrisi metodikası

2. Kino dərslərinin formaları. Kinodərsləri

Orta məktəbdə biologiya fənnlərinin tədrisi zamanı kinofilmlər müxtəlif formada istifadə edilir. Bu kinofilmin məzmunundan və onun metrajından asılıdır. Biologiya fənnlərinin tədrisi prosesində müxtəlif formalı kinofilmlər aşağıdakılardır: 1) Kino dərsləri; 2) Kino mühazirələri: 3) Kino seansları

Bu kinofilm formalarının hər birindən yeri gəldikcə istifadə edilir.

Kinodərsləri – Kinodərsləri xüsusi sinif otaqlarında, kinolaboratoriyalarda və yaxud biologiya kabinetində aparılmalıdır. Materialın məzmunu və həcmindən asılı olaraq müəllim kinofilmdən aşağıda göstərilən məqsədlər üçün istifadə edə bilər:

1)Dərsdə izah ediləcək ayrı-ayrı məsələləri aydınlaşdırmaqda – məs: “Toxumun cücərməsi”, “Qaramal cinsləri” və s.

2) Yeni materialın izahında. Məs: “İ.V.Miçurinin işləri”, “Tərliyin həyati, çoxalması və inkişafı” mövzularını kinofilm əsasında keçmək olar;

3) Bir neçə saat müddətində keçiləcək və ya keçilmiş materialları kinofilm vasitəsilə dərsdə nümayiş etdirmək olar. Məs: Zoologiyadan “Gəmricilər”, “k/t heyvanları” mövzusunu keçməyə başlarkən və yaxud keçib qurtardıqdan sonra bunlara aid olan kinofilmləri göstərmək olar;

4) Keçilmiş materialın təkrarı və möhkəmləndirilməsi məqsədilə də kinofilmlərdən istifadə edilir. Məs: “Bitgilərin vegetativ çoxalması”, “İbtidai bitgilər”, “Çiçəkli bitgilərin çoxalması”, “Heyvanların əhliləşdirilməsi” və s. mövzuların təkrarlarını bu mövzulara aid olan kinofilmlər üzərində aparmaq olar. Kinodərsinin kino seansından və kinomühazirədən fərqi orasındadır ki, burada lenta və kadr müəllimin danışığına tabe etdirilir. Belə ki, müəllim dərsi söylədikcə lazım gələn yerdə işığı söndürərək aparatı işə salır və kadrı hissə-hissə göstərir. Beləliklə, hər bir şəklin göstərilməsinə təxminən 2-3 dəqiqədən artıq vaxt sərf edilmir. Bundan başqa müəllim lazım bilirsə kinodərsini sual-cavabla da apara bilər. Təcrübə göstərir ki, mütəşəkkil aparılan kinodərsləri praktiki məşğələləri də əvəz edə bilər.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin