Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan



Yüklə 0,88 Mb.
səhifə56/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   49   50   51   52   53   54   55   56   57
Biologiyanın tədrisi metodikası

Yeni biliyi öyrədən dərs: Bu dərsin əsas məqsədi yeni bilik öyrətmək olduğundan ən çox yayılmışdır. Məlumdur ki, dərs üçün sabit dəyişməz bir qanun təklif etmək xeyir verməz. Bəzi müəllimlər bu dərsi belə aparırlar. Dərs ev tapşırığının verilməsi ilə başlayır, ya da bilavasitə yeni mövzunun öyrədilməsi ilə başlayır. Yeni biliklər əlaqəli şəkildə yeri gəldikcə keçmiş biliklər də yoxlanılır və ya təkrar edilir.

Təkrarlama dərsi: Bəzən iri mövzunu rüb ərzində ya da tədris ilinin sonunda keçilmiş mövzuları şagirdlərin hafizəsində canlandırmaq və sistemə salmaq məqsədi ilə təkrar etdirilir. Tədris praqramlarında təkrarlama dərsləri üçün xüsusi saatlar ayrılır.

Çalışma dərsi : Bu dərsdə şagirdlərdə bacarıq və vərdişlər yaratmaq məqsədi əsas götürülür. Bu dərs həm də şagirdlərin qazandığı bilikləri möhkəmləndirir. Çalışma dərslərində müəllim şagirdlərin müstəqil işləmələrinə nail olmalıdır.

Yoxlama dərsi: Burada əsas məqsəd şagirdlərin qazandıqları bilikləri yoxlayıb qiymətləndirməkdir. Yoxlama dərsləri iki üsulla: 1) Sual cavab aparmaqla, 2) Ya da yazılı yoxlama işi aparmaqla həyata keçirilir.

Hal hazırda müasir təhsil sistemində 1972-ci ildən başlayaraq “İnteraktiv təlim” metoduna geniş yer verilir. Bu metodla aparılan dərs dörd əsas mərhələdən ibarətdir. 1) Hazırlıq mərhələsi: bu mərhələdə sinif şagirdləri qruplara bölünür və dərsə hazırlıq mərhələsi həyata keçirilir. 2) Düşünmə mərhələsi: bu mərhələdə şagirdləri düşündürmək üçün problem sual qoyulur və hər qrupda olan şagirdlər qoyulmuş sual ətrafında düşünürlər. 3) Beyin həmləsi mərhələsi: bu mərhələdə hər bir şagird qoyulmuş problem ərtafında öz fikrini bildirir-qrupun rəhbəri isə fikirləri ümumiləşdirərək yekun qərar verir. 4) Yekun mərhələsi: bu mərhələdə müəllim şagirdlərin verdikləri cavablara əsaslanaraq “Asse ” qaydası ilə beş dəqiqəlik izzahat aparmaqla şagirdlərin cavabını ümumiləşdirərək dərsi yekunlaşdırır. Deməli İnteraktiv təlim metodunda hər iki tərəf –müəllim və şagirdlər fəal iştirak edirlər.







Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin