Азярбайжан ялйазма китабы тарихи програмы


XƏTTATLIQ SƏNƏTİ VƏ AZƏRBAYCAN XƏTTATLARI



Yüklə 218 Kb.
səhifə4/5
tarix25.12.2016
ölçüsü218 Kb.
#3192
1   2   3   4   5
XƏTTATLIQ SƏNƏTİ VƏ AZƏRBAYCAN XƏTTATLARI
Orta əsrlərdə mədəniyyətin ən vacib sahəsi olan və yüksək qiy­­mətləndirilən xəttatlıq sənəti. Xəttatlığın in­cə­sə­nə­tin mühüm nö­vü olmaqla bərabər, kitab sənətinin də ayrılmaz tər­kib hissəsi olması.

“Xəttat” və “katib” anlayışları. Yazını sənət nümunəsi ki­mi ya­­zanların xəttat, yazının sadəcə yazılmasına, mətnin çoxal­dıl­ma­sı­na əsas fikir verənlərin katib adlandırılması.

Azərbaycan əlyazma kitabının yaranmasında əsas yer­lər­dən birinin xəttata məxsus olması. Bədii xəttatlıq nü­mu­nə­lərinin və me­mar­lıq abidələri üzərində yazılan dekorativ ya­zı­ların müsəlman şər­qin­də qrafik sənətin əsas sahəsi olması. Ya­zı­nın asan yazılması və bədiiliyi tələblərinə riayət edən istedadlı xət­tatların xəttatlıq sənətini tarixən inkişaf etdirməsi və bu­nunla da onların ideya-estetik və mə­də­ni-praktiki funksiyaları yerinə yetirməsi.

VII-VIII əsrlərdən islam dinini qəbul etmiş xalqların ey­ni za­manda ərəb əlifbasınan istifadə etməyə başalaması, buna gö­rə də həmin dövrdə Azərbaycan, Türkiyə və bir sıra digər mü­səlman öl­kə­lə­rində yazının ərəb əlifbası əsasında inkişaf etməsi.

İlk dövrlərdə ərəb yazısının iki əsas növünün, “kufi” ad­la­nan rəsmi və “nəsx” adlanan adi xəttin mövcud olması. Kufi xət­tinin XI əsr­dən eti­ba­rən tədriclə ümumi istifadədən çıxaraq, me­marlıq abidə­lə­ri, pul sik­kə­lə­ri üzərindəki epiqrafik yazılarda, bə­­zi məişət əşya­ları­nın bədii tərtibatı üçün istifadə edilməsi. XII əs­rin birinci yarısın­dan qonşu ölkələr arasında ti­carət və digər əla­qələrin inkişafı ilə əla­qədar olaraq, “nəsx” xəttinin gün­dəlik ya­zı üçün işlədilməsi. Bu xət­tin əsasında klassik “sittə” (“al­tı­lıq”) xətlərinin (süls, nəsx, mühəq­qəq, reyhani, tövqi, rüqə) mey­dana çıxması.

Nəsx və süls xətlərinin müəllifi X əsr ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muq­la; mühəqqəq və reyhani xətlərinin müəllifi XI əsr ərəb xəttatı İbn Bəvvab; tövqi və rüqə xətlərinin müəllifi XIII əsr Bağdad şa­iri və xəttatı Əbulfəzl Hazən Dinavəri.

Daha sonra meydana çıxmış təliq xəttinin tövqi və rüqə xət­ləri əsasında İran xəttatı Tac Səlmani tərəfindən yaradılması və di­gər İran xəttatı Əbdülheyy Astrabadi tərəfindən tək­mil­ləş­di­rilməsi.

XIV əsrdə Azərbaycan xəttatı və rəssamı Mirəli Təb­ri­zi­nin nəsx və təliq xətləri əsasında nəstəliq xəttinin əsasını qoy­ma­sı. Gö­zəllikdə nəsxlə, iti yazılmaqda təliqlə rəqabət aparan bu xət­tin tez bir zamanda geniş yayılması. Bu­nun kitab, eləcə də xəttatlıq sənətinin ta­rixində bir çevriliş ol­ma­sı. Nəstəliqin Azərbaycan və İrandan baş­qa, Hindistan, Əf­qa­nıs­tan və Pakistanda çox geniş yazılması. Bu xət­tin hakim möv­qe tutmasına baxmayaraq, Azərbaycan xəttatlarının nəsx, süls, rey­hani, tövqi, mühəqqəq, təliq və s. xətlərdən də istifadə et­mə­si. XII əsrdən Quranın bir qayda olaraq nəsxlə yazılması. Son­ralar Azərbaycan xəttatlarının təliqin əsasında daha iti ya­zılan, az yer tutan, dəftərxana işlərində daha geniş tətbiq edilən şi­kəstə xəttini yaratması.

Orta əsrlər incəsənətinin bir növü kimi bədii yazının öz döv­rünün bədii-estetik və praktiki ehtiyaclarını ödəməsi. Onun döv­rün sosial-siyası və mədəni şəraitindən asılı olaraq in­ki­şaf etməsi və dəyişməsi. Bu prosesdə ərəb qrafikasından is­ti­fa­də edən bir sıra türk və fars sənətkarlarının iştirakı. Həmin sə­nət­kar­­ların onlara qədər mey­dana çıxmış xətləri tək­mil­ləş­dir­mək­lə kifayətlənməyib, bir sıra yeni xətləri yaratması. Məsələn, qeyri-ərəb xətt ustaları tərəfindən təliq, nəstəliq və şikəstədən baş­qa, siyaqət, icazət, divani, divani-cali, rüqə, qırma xətlərinin də meydana çıxarılması.

XIV-XVII əsrlərdə klassik xətlər əsasında müxtəlif ta­ri­xi şəraitlərdə və lokal ocaqlarda meydana çıxan xətt növlərinin qə­dim yerli mədəniyyətlərin təsiri ilə şərtlənən yerli xü­su­siy­yət­lər­lə fərq­lən­məsi. Yeni xətt növləri yaradan xalqların qədim ya­zı element­lə­ri­nin bu xətlərin xarakter və inkişafına müəyyən tə­sir göstərməsi. İran­da yaranmış təliq xəttinin və Tür­küs­tanda meydana çıxan siyaqət xət­tinin qədim İran (Pəhləvi) və qədim uyqur yazısına məxsus cəhət­lə­rə malik olması.

«Sittə» («altılıq») və nəstəliq xətlərinin bədii xü­su­siy­yət­ləri.

Ustad xəttatların pedaqoci sistemləri. Bədii xəttatlıq nə­zəriy­yəsinin əsasını qoyan X-XI əsr ərəb xəttatları Əbu Əli Məhəmməd İbn Muqla, Əbul-Həsən Əli ibn Hilal İbn Bəv­vab. Onların ənənələ­rini inkişaf etdirən və nəzəri cəhətdən ümu­miləşdirən XIII əsr xəttatı Xacə Camaləddin Yaqut Mös­tə­si­mi; onun tərəfindən xəttatlıq sənəti­nin əsas müddəa və qay­da­la­rının formalaşdırılması.

Xəttatlığı bədii yaradıcılığın bir növü hesab edən or­ta əsrlər ərəb pedaqogikasının (Camaləddin Yaqut) sənətin bu nö­vünün öyrə­dil­məsi və səmərəli mənimsənilməsi üçün qeyd et­diyi üç vacib amil: düzgün pedaqoci tərbiyə, çoxlu təmrinlər və ruhun təmizliyi. «Ruhun təmizliyi» dedikdə, dini-etik tə­səv­vü­rə görə, xəttatlıqda böyük rol oynayan sənətkarın mənəvi-əx­la­qi simasının nəzərdə tutulması.

XVI əsrdə şəhər mədəniyyətinin və ədəbiyyatın daha da in­kişafı, bədii xətlə yazılmış əlyazmalara tələbatın artması ilə bağ­lı xət­tatlıq haqqında nəzəriyyənin də inkişaf et­mə­si, xəttatlığa və bu sənətin materiallarına dair nəsrlə və nəzmlə ya­zılmış əsərlərin mey­da­na çıxması. Bunun müxtəlif xətlərlə ya­zan yeni istedadlı sənət­kar­la­rın hazırlanmasına xeyli dərəcədə sə­bəb olması. «Altılıq» xətlərə həsr edilmiş, heratlı şair və xət­tat, Məcnun təxəllüslü Mahmud Çap­nə­vi­sin h.940-cı ildə (1533-1534) farsca nəzmlə yazdığı («Rəs­mül-xətt») əsəri və Fətullah ibn Əhməd ibn Mahmudun nəsrlə yaz­dığı ri­salə.

Nəstəliq xəttinə həsr edilmiş risalələr: Sultanəli Məş­hə­di­nin «Siratüs-sütur» (1514), Mirəli Hərəvinin «Medadül-xü­tut», Mir İmad Qəzvininin «Ədəbül-məşq» adlı, Babaşah İs­fa­ha­ni­nin nəzmlə yaz­dığı əsərləri. Bu əsərlərdə xəttatlığın ta­ri­xi, nəzəri və praktiki mə­sə­lələrinin nəzərdən keçirilməsi.

XVI əsrin sonlarına qədər xəttatlıq sənətinin öy­rə­nil­mə­si­nin bir-birini tamamlayan iki üsulla: ustad xətlərinin mü­şahidəsindən iba­rət «nəzəri», yazı nümunələrinin diqqətlə kö­çürülməsindən ibarət «qələmi» metodları ilə həyata ke­çü­rül­məsi.

XVI-XVII əsrlərdə yaşamış görkəmli xəttat Mir İmad Qəz­vi­nin «Ədəbül-məşq» əsərində xəttatların özlərinə məxsus ya­zı üslubu­na, xəttə malik olmalarını təkidlə təbliğ etməsi.

Xəttatlığın tətbiqi sahələri. Orta əsrlərdə sənətin di­gər növlə­ri­nin (poeziya, musiqi, rəqs və s.) nümayəndələri ilə bir­likdə xəttat­ların da hakimlərin və onların canişinlərinin sa­ra­yı­na cəlb edilməsi. Xəttatların əsasən cəmiyyətin feodal tə­bə­qə­si­nə xidmət etməsi. Sa­ray­da xəttatların katib və münşi (katib-kar­güzar) vəzifəsini yerinə yetirməsi, onların işgüzar məktublaşma və tə­sərrüfat hesabatının apa­rıl­ması ilə məşğul olması. Bundan baş­qa, onların kal­liqrafik xətlə müxtəlif tarixi, poetik əsərləri kö­çürməsi, or­namental naxışlarla və rəngarəng mi­nia­tür­­lərə bəzədilən əl­yaz­ma­lar yaratması.

XIV əsrə qədər dini və dünyəvi məzmunlu əlyazmaların əsa­sən nəsx və süls, XIV əsrdən təliq hətti ilə köçürülməsi. XIV əs­rin son­­larından bir sıra üstünlüklərə malik, dövrün sürətlə in­ki­şaf edən mə­­dəni-estetik tələblərinə daha artıq dərəcədə cavab ve­rən nəstəliq xət­­tinə üstünlük verilməsi. Quran nüs­xə­lə­ri­nin əvvəlki kimi nəsx­lə kö­­çürülməsi.

XIV-XVII əsr Azərbaycan xəttatları. Orta əsrlər Azər­bay­canında xəttatlar və dekorativ yazı ustaları şəcərəsinin xəttatlıq tari­xin­də «ustadani-sittə» (altı yazı növünün ustadları) adlanan görkəmli sə­nət­karlar­dan biri olan Mübarəkşah Zərrinqələmə gedib çıxması. Altı xət­t ustalarının XIII əsr ərəb xəttatı Camələddin Yaqut Möstəsi­min şa­girdi olması. Mübarəkşah Zərrinqələmin şagirdləri – XIV əs­rin gör­kəmli xəttatı Abdulla Seyrafi Təbrizi və Pir Yəhya Su­fi. Ab­dul­la Sey­rafinin şagirdi – Əmir Teymur sarayının münşisi Bəd­rəddin Mə­həm­məd Bəndgir Təbrizi. Onun davamçıları – Möv­la­na Sədəddin Təb­rizi, Müinəddin Təbrizi, Şəmsəddin Məşriqi Xətai, Əb­dürrəhim Xəl­vəti, Nemətullah ibn Məhəmməd Bəvvab və b.

Nəstəliq xətti ilə yazan Azərbaycan xəttatlarının ustadı, bu xə­ttin yaradıcısı, istedadlı şair Xacə Mirəli ibn İlyas ət-Təbrizi (1330-1405). Onun şagirdləri – Bədrəddin Bəndgir, onun oğlu Mir Abdulla ibn Mirəli. Bu mək­təbin sonrakı davamçıları – Cəfər Təbri­zi, Əzhər Təb­rizi, Şah Mahmud Zərrinqələm Xafinəvis, Sultanəli Məş­hədi, Sul­tanəli Qaini və b.

XVI əsrin əvvələrindən sonlarına qədər xəttatlığın və digər sə­nət sahələrinin görkəmli ustalarının Səfəvi mədəniyyət mərkəzləri ilə sıx əlaqədə olması, onların hakimlər və canişinlər tərəfindən əl­yaz­malar köçürmək və binalar üzərində dekornativ yazılar yazmaq üçün dəvət edilməsi. Bunun Səfəvi Azərbaycanında yazı sənətinin və miniatür rəssamlığın inkişafına təkan verməsi. Şah İsmayıl və Şah Təhmasib sarayında çalışan xəttatlardan xırda nəstəliq us­ta­sı Şah Mahmud Nişapuri. Şah Təhmasib və şahzadə Bəhram Mirzə sa­rayında işləyən Dust Məhəmməd Hərəvi və Mir Seyid Əhməd Məş­hədi. Onların şagirdi - XVI əsrin ikinci yarısında yaşamış gör­kəm­li sənətkar, «Mehin ustad» («Böyük ustad») təxəllüslü Mə­həm­məd Hüseyn Təbrizi. Onun davamçıları, XVI-XVII əsrlərdə fəa­liy­yət gös­tərmiş görkəmli xəttatlar – Məhəmməd Rza Təbrizi, Əli Rza Təb­­rizi, Mir İmad Qəzvini, Mir Məhəmməd Hüseyn Təbrizi, Mə­həm­məd Əmin Ərdəbili və b.




ƏLYAZMA KİTABININ DEKORATİV BƏZƏDİLMƏSİ

Günümüzə gəlib çatmış ən qədim əlyazmaların Azər­bycanın Hü­lakülər dövlətinə daxil olduğu XIII əsrin sonları - XIV əsrin əv­vəl­lərinə aid olması.Uzaq və Yaxın Şərqin mədəniyyət və incəsənəti ilə əlaqələr mövcud olduğundan bu zaman Təbrizdə yaradılan əl­yaz­ma­ların tərtibatında və miniatürlərin üslubunda xarici təsirin özünü gös­tərməsi. Elmə məlum olan ən erkən Azərbacyan əlyazmalarında is­tər yazı üslubu, istərsə də miniatürlərin xarakterinə görə ərəb-Me­so­potomiya, Çin-uyğur təsiri. Marağa və Təbrizin saray ema­lat­xa­na­la­rında yaradılmış bəzi əlyazmaların – İbn Bəxtişunun «Mənafiül-hə­­yə­van» (1297-1299) və Rəşidəddinin «Camiüt-təvarix» (1307-1314) kitablarının vərəqlərinin tərtibində və yazının xarakterində XII-XIII əsr ərəb əlyazmaları ilə müəyyən eyniliklərin mü­şa­hi­də olunması. Əlyazmaların miniatürlərində özünü göstərən Me­so­po­ta­miya və Elxanilər dövründə artan Çin-uyğur təsiri.

Dövrümüzə çatmış bədii tərtibatlı ilk dini məzmunlu əl­yaz­ma – 1210-1225-ci illərdə köçürülmüş, Təbərinin Qurana yazdığı şərh. XIV əsrdə Şirvanda köçürülmüş dini məzmunlu «Misabehüs-sün­nə» əlyazması (1332). Tərtibatının zərifliyi və kamilliyinə görə bu əlyazmanın XIV əsrin əvvələrində Azərabycan kitab sənətinin gö­zəl bir nümunəsi olması.

XV-XVII əsrlərdə Azərbaycanda nəfis əlyazma kitabının ya­ranmasında xəttatlarla yanaşı iştirak edən miniatürçü rəssamlar, nəq­qaş-müzəhhiblər, bədii cild ustaları.

XV əsrin sonlarından əlyazmaların dekorativ tərtibatının ləv­vahlara tapşırılması, onların kitab üzərində işi davam etdirməsi. Ey­ni zamanda nəqqaş və müzəhhib işini icra edən bu ustaların sə­nə­ti­nin bədii yaradıcılığın ən incə sahələrindən biri olması.

Ləvvahın əlyazma səhifələrinin tərtibatındakı əsas işi: ki­ta­bın mətnindən qabaq, iki səhifədən ibarət ornamental frontispis yer­ləş­dirilməsi. Frontispisdə miniatür olduqda, onun kənarlarına in­cə naxışlar vurulması. Kitabın əvvəlində ünvan-titulun yer­ləş­di­ril­məsi. Ünvanın qızıl suyu, lacivərd və b. rənglərlə bə­zə­dilməsi, hər bir detalın nazik qara xətlə haşiyələnməsi. Kitabın ilk iki səhifəsində misralar arasındakı boşluqların əşrəfi qızılla dol­durulması. Əlyaz­ma­nın hər bir səhifəsinin iki, üç və daha artıq na­zik rəngli xətlərlə haşi­yələnməsi.

Bir çox hallarda kitabların səhifələrinin «mərməri» və ya əl­van rəngli kağızlardan hazırlanması. Belə əlyazmaların əlvan səhi­fə­lə­rinin bir-birinin ardınca kontrastlılıq prinsipi əsasında gəlməsinin kitaba xü­susi gözəllik verməsi.

Əlyazma kitabının uzun müddət saxlanması üçün ona dəri cild çəkilməsi. Cildçi peşəsinin orta əsrlərdə bədii yaradıcılığın müs­tə­qil bir sahəsi kimi formalaşması. Qərb ustalarının düzəltdiyi cild­lər­dən fərqli olaraq, Azərbaycan kitabının kötüyünün hamar, qa­paq­la­rının səhifələrlə eyni olçüdə olması.

XVI əsrdə Azərbaycanda bədii cildçilik sənətinin daha da in­kişaf etməsi. Təbəqə və maye qızıldan istifadə ilə hazırlanan bas­ma­naxış dəri cildlərlə yanaşı, şəbəkə oymalı dəri, müxtəlif rəngli və naxışlı dəri cildlərin də meydana gəlməsi. Orta əsrlərdə tanınmış Azər­­baycan cildçiləri: Mə­həmməd Əli Təbrizi (XIV), Məhəmməd Za­man Təbrizi (XVI), Mirzə bəy Təbrizi (XVI), Məhəmməd Saleh (XVII) və b.


KİTAB MİNİATÜRÜ SƏNƏTİ

Dekorativ xarakterli müxtəlif forma və canrlarda mövcud olan Azərbaycan təsviri sənətinin orta əsrlərdə divar rəsmləri və ki­tab miniatürü şəklində inkişaf etməsi; onun xalq sənətindən gələn ənə­nə­lə­rə əsaslanması. İslam dininin canlı varlıqların təsvirini qadağan et­məsinə baxmayaraq, bu sənətdə təbiət mənzərələri ilə bəqabər, in­san və heyvan fiqurlarının təsvir edilməsi.

Azərbaycan miniatür sənətinin ilk nümunələrinin XIII-XIV əs­r­­lərdə Təbriz və Marağa şəhərlərində yaradılması. Kitab tərtibatı və miniatür sənəti Azərbaycanda daha əvvəllər mövcud olsa da, bu sə­­nətin müstəqil bədii məktəb kimi (Təbriz miniatür məktəbi) tə­şək­kü­­lünün «Vərqa və Gülşah» (XIII əsrin əvvəli, Topqapı muzeyi, İs­tan­bul), Rəşidəddinin «Camiüt-təvarix» (1307-1314, Paris, London və İstanbul muzeyləri). Firdovsinin «Şahnamə» («Demot Şah­na­mə­si», 1340-1350, ayrı-ayrı hissələri dünyanın müxtəlif muzeylərində sax­­lanılır) və s. əlyazmalarına çəkilmiş miniatırlərlə əlaqədar olması.

Orta əsrlərdə meydana çıxan ilk Azərbaycan miniatürlərində ərəb-Mesopotamiya məktəbinin təsiri ilə çoxsaylı personaclardan iba­rət mürəkkəb səhnələrin, Çin-uyğur rəssamlığının təsiri ilə isə tə­bi­ət mənzərələrinin ustalıqla təsvir edilməsi.

Təbriz miniatür məktəbinin XV əsrdə tam müstəqil bədii mək­təb kimi formalaşaraq, Bakı, Şamaxı və Orta Şərqin bir sıra mər­kəzlərində (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir gös­tərməsi. Bu dövrdə «Xosrov və Şirin» (1410-1420, Friz qa­le­re­ya­sı, Vaşinqton), «Şamaxı antologiyası» (1468, Britaniya muzeyi, Lon­don) və başqa əsərlərə çəkilmiş dəyərli miniatürlər. Dəz­gah mi­niatür­lərinin meydana çıxması.

XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəz­vində saray kitablarının bədii emalatxanalarında çalışan dövrün ən görkəmli xəttat və rəssamları Sultan Məhəmməd, Mir Müsəvvir, Mir­zə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi və s. ilə yanaşı He­rat, İsfahan, Şiraz və digər şəhərlərdən gəlmiş Behzad, Ağamirək İs­fahani, Qasım Əli və başqalarının fəaliyyət göstərməsi. Şərqdə ki­tab sənətinin ən nəfis nümunələri olan miniatürlü əlyazmaların məhz bu dövrdə yaradılması. Bunlardan «Şahnamə» (1537, Metropoliten-mu­zey, Nyu-York), Nizami «Xəmsə»si (1539-1543, Birtaniya mu­ze­yi, London) əlyazmalarının, Sankt-Peterburq və İstanbulda sax­la­nan miniatür albomlarının bədii-estetik dəyərinə görə xüsusilə fərqlən­məsi.

XVI əsrdən bir sıra Azərbaycan rəssamlarının Şərq öl­kə­lə­rin­də fəaliyyət göstərməsi, onların yaradıcılığının yerli miniatür mək­təblərinin formalaşmasında mühüm rol oynaması (Türkiyədə Şah­qulu və Vəlican Təbrizi, İsfahanda Sadiq bəy Əfşar, Əfqanıstan və Hindistanda Mir Seyid Əli, Fərrux bəy və b.)


Yüklə 218 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin