Elm dövrü dünyasının əsas problemi
Elm dövrünün və modern dünyanın əsas problemi bu idi ki, ilahi bir nemət olan elm bu dünyada fəsadın, şiddətin, təcavüzün xidmətində durdu. Bu böyük nemət qarşısında ən böyük qədirbilməzlik odur ki, bir nəsil, bir xalq və bir toplum elmi bir dövrdə zülmün, şiddətin, təcavüzün və insani dəyərləri vurmağın xidmətində işlətsin. Bu, son iki-üç əsrdə, xüsusən də ötən onilliklərdə dünyada baş verdi.
Bəzi xalqlar elmə yiyələnmişlər; bu təbiidir. Elmi birincilik tarix boyu müxtəlif xalqlara məxsus olub. Bir zaman elmin mərkəzi şərq bölgəsi idi, bir zaman da qərb bölgəsi oldu. Bu xalqlar elmə yiyələndikdə onu müstəmləkənin xidmətində işlətdilər, onunla xalqları vurmağa başladılar.
Dünyanın şərqində və qərbində - Afrika və Asiyada çoxlu əhalisi olan ölkələr Qərb ölkələrinin elmi vasitəsi ilə vuruldular, müstəmləkəyə çevrildilər, nəsillər əsir alındı. ABŞ-ın bugünkü qaraları Qərb müstəmləkəçiləri vasitəsi ilə Afrika ölkələrindən əsir götürülən həmin yoxsulların övladlarıdır. Onları öz evlərindən, tarlalarından, yaşadıqları yerlərdən heyvan kimi ovlayıb çətin işlərə məcbur etdilər, didərgin saldılar. Bu iş qara dövrlərdə bütün dünyada - Hindistan yarımadasında, Asiyanın sonunda baş verdi.
Öz elmləri ilə, yiyələndikləri və ilahi nemət olan biliklə Allahın bəndələrini, Allahın xalqını xar etdilər, zülmə məruz qoydular, onların həyatını uzun müddət qaraltdılar.
Hər bir elm nərdivanın bir pilləsi kimidir; insan bir pillə qalxdıqda, sonrakı pillələrə qalxmaq üçün də imkan yaranır. Onlar da yiyələndikləri həmin elmlərdən istifadə edib elm nərdivanında yüksəyə qalxdılar; atom bombası, kimyəvi silahlar istehsal etdilər, nəsillər məhv edildi, insanlar öz əzizlərinə yas saxladılar, dünya sizin siyasi coğrafiyada müşahidə etdiyiniz vəziyyətə düşdü, hegemon və hegemonizmi qəbul edən, zalım və məzlum cinahlarına bölündü; özü də olduqca böyük fərqlərlə. Dünyanın indiki siyasi, mədəni coğrafiyası bu qara əsrlərin son dövrlərində bu formaya düşdü.282
Dostları ilə paylaş: |