Qərbin elmdən sui-istifadəsi
Bu gün dünyada iki milyarddan artıq insan acdır. Bu zarafatdır?! Bu gün bəzi xalqlar qızıl üzərində yeriyirlər, lakin qarınları acdır. Dünya düzəni istismarçı, hegemon, zalım düzəndir. ABŞ nə yolla buraya çatdı? Necə oldu ki, dünyaya bu şəkildə hegemonluq edə bildi? Çünki elmi vardı və elmdən istifadə etdi. Qərblilər tarix boyu mövcud olmuş bu beynəlxalq yarışdan sui-istifadə etdilər.279
Qərblilərin elm və texnologiyada önə keçməsinin aqibəti: müstəmləkənin yaranması
Qərblilər önə keçən kimi elmi üstünlükdən siyasi və iqtisadi istismarçılıq üçün istifadə etdilər və müstəmləkəçilik vücuda gəldi. Müstəmləkəçilik əvvəllər yox idi. Müstəmləkəçiliyin mənası budur ki, bir ölkə minlərlə kilometr uzaqdan sərvətli bir ölkəyə, məsələn, Hindistan yarımadasına gəlib xəncər və mütərəqqi silah gücünə oranı ələ keçirsin.
Bilirsiniz ki, İngiltərə suyun ortasındadır. İngilislər dənizçilik və gəmiçilik işində mahir olduqlarından dənizçiliyi inkişaf etdirdilər, təhlükələrə və risklərə atıldılar, gəlib Hindistanı tapdılar, onu ələ keçirdilər və özlərinin elmi üstünlüklərindən siyasi məqsədlə istifadə etdilər. O zamana qədər elmi üstünlüyü olan müxtəlif ölkələrin heç biri bu işi görməmişdi. Şərq bölgəsinə və Hindistan yarımadasına gedib ilk dəfə müstəmləkəçiliyi başladan ingilislər, belçikalılar, hollandiyalılar, həmçinin sonradan gedib Afrikanı tutan bir qrup Avropa ölkəsi, məsələn, Portuqaliya elmi inkişaf qüvvəsindən və elmi bacarıqlarından siyasi yolda istifadə etdilər, müstəmləkəçiliyi yaratdılar.
Bu zaman müstəmləkə altında olan xalqın taleyi müstəmləkəçi xalqın əlinə keçir. Onları cəhalətdə saxlamaq üçün bundan istifadə etdilər və elmi rəqabəti bacardıqları qədər dayandırdılar. Elmdən belə sui-istifadə olunmuşdur.280
Dostları ilə paylaş: |