Elmdən istifadədə fərqli istiqamətlər
Formaların eybi yoxdur. Atom texnologiyası heç bir günah etməyib, günah onun istiqamətini insanların məhvinə yönəldəndədir. Yaxud misal üçün, inkişaf etmiş Nano texnologiyasının, yaxud çox mütərəqqi elektronik sənayelərin, aerodinamikanın və digər elmlərin günahı yoxdur. Bunlar çox yaxşıdır və insanın Allahın bu təbiətdə yaratdığı sərvət və nemətlərdən ən yaxşı formada istifadə etməsi üçün vasitələrdir. Günah o adamlardadır ki, Allahın verdiyi bu nemətdən və ilahi xəzinədən hegemonluq etmək, digərlərinə hakim olmaq, digərlərinin hüququnu tapdamaq üçün istifadə edirlər.
Yaxşı bünövrənizin olduğuna, Allaha, insan ucalığına etiqadlı olduğunuza, zülm, işğal və təcavüzə qarşı çıxdığınıza, hegemonluğu, şəxsi və ictimai ehtiraslardan qaynaqlanan cəmiyyət və hökumətləri pis saydığınıza görə bu elmləri siz öyrənin ki, dünyada öz dəyərlərinizi yaya, inamlarınızı hakim edəsiniz. Bu pisdir?! Bir nəfər təyyarəyə minib əyyaşlıq və avaralıq üçün hansısa ölkənin filan şəhərinə gedir. Bir nəfər də həmin təyyarəyə minib Allah evinin ziyarətinə gedir. İstiqamətlərin fərqli olduğuna görə bu təyyarənin günahı yoxdur.
Siz elm və texnologiyanı oyrənin, bu sahədə zirvəni fəth etməniz üçün sizdə olan özəl istedaddan - mən buna toxunacağam, bəzi dostlar da dedilər - istifadə edin. Sonra bundan yalançı dəyərlərin, nəfsi istəklərin, veyilliyin, qızıl və gücün insan taleyinə hökmranlığının yerinə həqiqi dəyərləri yaymaq üçün istiadə edin.278
Dostları ilə paylaş: |