İranın elm tarixini yazmaq
Təəssüf ki, biz keşmişlə əlaqəni kəsmişik. Bizim gənclərimiz elm tariximizi bilmirlər. Bu bizim nöqsanlarımızdan biridir. Əlbəttə, deyilib və tövsiyə olunub ki, İranda elm tarixi sahəsində işlənsin. İndi işləyirlər və yaxşı işlər görülmüşdür. İnşallah bundan sonra daha da artacaq.370
İranın elm tarixinin bəzi görkəmli şəxsləri
Bütün bu əsrlərdə ölkəmizdə elmi şəxsiyyətlərimiz olmuşdur. Düzdür, son əsrlərə çatanda zəifləmişdir, ləyaqətsiz padşahlar, müxtəlif daxili müharibələr qoymayıb. Lakin müxtəlif dövrlərdə dünyanın ozamankı elmləri sahəsində biz alimlər yetişdirmişik.
Hicri tarixi ilə 4 və 5-ci əsrlərdə, yəni Avropanın Orta əsrləri – miladi tarixi ilə mütləq cəhalət dövrü olan 10 və 11-ci əsrlərdə bizdə İbn Sina, Məhəmməd ibn Zəkəriyya Razi olmuşdur. Avropalılar keçmişə baxdıqda elə bilirlər ki, bütün dünya Orta əsrlərdə olmuşdur. Tarixi onlar yazmışlar. Təəssüf ki, ölkəmizdə də onların tarixləri tərcümə olunub yayılmışdır. Avropanın Orta əsrlər dövründə, yəni zülmətin, qaranlığın və məlumatsızlığın son həddində bizdə Farabi, İbn Sina, Xarəzmi kimi alimlər olmuşdur. Görün nə qədər fərq var.371
Dostları ilə paylaş: |