İnqilabdan sonra universitetlərdə saflıq və dindarlıq
Bu gün Allaha şükür ki, İslam ölkəmizin digər ictimai mühitləri kimi universitet də dini əlamətlərlə zinətlənmiş, saflıq, dindarlıq və inqilab ruhu ilə bəzənmişdir. İnqilabın universiteti iki onillikdə bütün inqilabi səhnələrdə fəal iştirak etmiş və böyük şəhidlər vermişdir. Siz əziz tələbə və müəllimlər bu gün əziz İslam ölkəmizin belə təsirli hissəsinin əmanətdarısınız.487
İstedadları tanımağın və işlətməyin əhəmiyyəti
Elmi fəaliyyətiniz üçün sizə kömək edən əziz dostlara – istər universitetlərdə, istər liseylərdə və istər digər elm mərkəzlərində çalışıb sizə dəstək olan, məşğələ keçən, müəllim və kitab hazırlayan, mütaliə və araşdırma imkanı yaradan və bu istedadların çiçəklənməsinə bais olan dostlara ürəkdən və səmimi təşəkkürümü bildirirəm. Sizin istedadlarınız kimi və bəlkə bunlardan da üstün istedadların çiçəklənməsi üçün biz çox gözləməli olduq.
Bu ölkədə istedad vardı, lakin məsələnin o biri tərəfi yox idi. Yəni bu istedadları tanıyıb, onların qədrini bilməli, fəaliyyət yoluna çıxarmalı olan yox idi. Bu səbəbdən istedadlar zəiflədi, paslandı və məhv oldu. Hər bir yaxşı şey belədir; qulluq etməsələr, nə qədər sərvətli və dəyərli olsa da, tədricən məhv olar; müstəsna şəraitdə qeyri-adi səylər göstərildikdə isə heç.
Buna əsasən, məsələnin ikinci tərəfinin əhəmiyyəti birincidən az deyil. Əgər istedad sahiblərini həvəsləndirənlər, qədirbilənlər və şərait yaradanlar olmasa, bu istedadlar tələf olar və bəzən daha zirək olanların tələsinə düşər.488
Dostları ilə paylaş: |