Elmi inkişafların milli və dini səyin sayəsində baş verməsi
Belə deyil ki, dünyanın bir hissəsində bizə kömək üçün çoxlu və böyük maraq mövcud olsun; əksi isə olmuşdur. Əngəl törətməyə çalışan mərkəzlər olmuşdur. Bu gün istər texnologiya sahəsində, istər ölkənin gələcəyi üçün infrastruktur və əsaslı tikintilər sahəsində, istərsə də digər sahələrdə gördüyünüz bu elmi uğurları öz milli və dini kimliyimiz sayəsində əldə edə bilmişik. Bunu davam etdirmək lazımdır.670
Tarixdəki elmi birinciliyin təkrarına çalışmaq
Bizim tariximiz elmi inkişaf baxımından parlaqdır. Müsəlman cəmiyyətlərində, o cümlədən bizim ölkəmizdə elm məsələsi çox qədim və köklü bir məsələdir. Biz bəzi dövrlərdə dünyanın ən parlaq elmi şəxslərinə malik olmuşuq. Düzdür, bu gün müxtəlif amillər səbəbindən müsəlman ölkələr, o cümlədən bizim ölkəmiz elmi baxımdan geri qalmışdır, öz öncüllüklərini, tarixi və mədəni üstünlüklərini qoruya bilməmişdir. Lakin bu, əbədi bir tale deyir. Bunu bilmək lazımdır. Necə ki, müsəlman ölkələrinin, o cümlədən bizim ölkəmizin hicri tarixi ilə 4-5-ci əsrlərdəki, yəni Avropa renessansından öncəki elmi zirvəsi daimi və əbədi olmadığı, diqqətsizlik üzündən məhv olduğu və digərlərinin zirəklik göstərib inkişaf etdiyi kimi, bu gün də elə deyil ki, siz Avropanın, Qərbin və ABŞ-ın elmi inkişafının əbədi bir tale olduğunu düşünəsiniz, necə deyərlər, inkişaf etməkdə olan, yaxud elmi baxımdan geriqalmış ölkələrin - bu gün onların bir hissəsi müsəlman ölkələridir - həmişə geri qalmağa məhkum olduğunu fikirləşəsiniz. Əsla belə deyil. Tərəzinin bu gözünün bir gün ağırlaşması tamamilə mümkündür; yəni siz elmi baxımdan ən inkişaf etmişlər olasınız və Qərbin sizə ehtiyacı olsun.
Əgər siz çalışıb iradə göstərsəniz, hamı – həm siz gənclər, həm məsul şəxslər, həm müəllim və tədqiqatçılar ölkənin imkanlarından gözəl şəkildə istifadə etsələr və yaxşı bir iş baş versə - bunun əlamətləri ölkədə görünür - 30, 40, 50 ildən sonra ölkəmizi dünyanın ən qabaqcıl elmi xəttində müşahidə etməyimiz tamamilə mümkündür. Bu ön xətdə İranın yanında hansı ölkələrin durmasının bizə dəxli yoxdur. Lakin çoxları geri qalacaqlar və biz ön xətdə olacağıq. Bunun üçün iradə, zəhmət və istedad lazımdır. Bizdə bu istedad var və bu zəhməti də çəkməliyik.671
Dostları ilə paylaş: |