İranda yerli nüvə elminə qarşı düşmənliyin səbəbi
Görürsünüz ki, İranda nüvə məsələlərinə dair necə ajiotaj yaratmışlar. Deyirlər ki, İran nüvə silahı düzəltmək üçün nüvə elmi ilə məşğul olur. Birinci hissəni yalan deyirlər, nüvə elmi ilə məşğul olmaq isə doğrudur və onların narahatlığına bais olur. İran xalqı kimi hansı xalq digərlərinin köməyi olmadan çox mütərəqqi və mürəkkəb bir texnologiyanı əldə edə bilmişdir?! Onlar bu həqiqəti bilirlər və bu onların qəzəblənməsinə səbəb olur. Əslində İran xalqının çox mürəkkəb və yüksək səviyyəli bir texnologiyaya nail olmasına görə narahatdırlar. Amma bu narahatlıq onların İran xalqının sözügedən texnologiyanı özünün yaratdığını və onu heç kəsdən borc götürmədiyini anladıqlarına görə daha da artmışdır. Biz bu nüvə sənayesini ölkəmizdə hansısa əcnəbi ölkənin mühəndis və mütəxəssisləri vasitəsi ilə əldə etsəydik, bu qədər qəzəblənməzdilər. Ancaq bilirlər ki, iranlı gənc, iranlı tədqiqatçı və alim öz beyninin və düşüncəsinin köməyi ilə bu çətin yolu keçə bilmişdir. Onlar bundan ötrü narahat olmuşlar. Həm də bilirlər ki, bu daha mübarizə aparılası deyil. Nə iş görə bilərlər?
Onlar yerli bir elmlə üz-üzə qalmışlar. Bir ölkədə yerli elmlə mübarizə aparmaq və onu məhv etmək olmaz. Çünki o, xalqa məxsusdur, xalqın içindən gəlmişdir. Bunu bilirlər və buna görə qəzəblənmişlər. Odur ki, tapdıqları yeganə yol ajiotaj yaratmaq və İranın atom bombası düzəltmək istədiyini deməkdir. Özləri də bilirlər ki, bu söz yalandır, biz nüvə silahı düzəltmək istəmirik, amma eyni zamanda İran xalqının fəxri olan və onun istehsal etdiyi nüvə texnologiyasına görə narahatdırlar və dünyada təbliğat qalmaqalı yaradırlar.323
Dostları ilə paylaş: |