Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Ruhanilərin sadə yaşayış tərzi və təqvası



Yüklə 416,28 Kb.
səhifə51/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   47   48   49   50   51   52   53   54   ...   73
11- Ruhanilərin sadə yaşayış tərzi və təqvası

Xalqın ruhanilərə inamı Şiə ruhanilərinin böyük keçmişindən, onların xalqın beyninə və imanına təsirindən irəli gəlir. Biz bu inamı qorumalıyıq. Bu gün ruhanilər öz ənənələrindən xaric olub kiməsə güc göstərsələr, imkanlarından sui-istifadə etsələr, xalqın etimad amili olan iman və təqvanın zəifliyindən xəbər verən bir iş görsələr, bunların vurduğu zərərləri düzəltmək mümkün olmayacaq. Bu baxımdan bu gün biz ruhanilərin vəziyyəti müstəsna və inqilabdan öncəki dövrdən fərqlidir. İnqilabdan qabaq da bir ruhani mənfi bir iş görsəydi, ziyanlı idi və bütün ruhanilərə aid olurdu. Amma bu gün quruluş İslam quruluşu olduğuna və ruhanilər İslamın təmsilçiləri sayıldıqlarına görə ziyan yalnız ruhanilərin bir qrupuna və hətta hamısına yönəlmir, bütün İslama yönəlir və onu asanlıqla düzəltmək mümkün deyil. Mən yalnız bunu demək istəyirəm.

Bizim böyük imamımızın bu barədə çox ibrətli tövsiyələri var. Ruhani ənənəsini, xalqla qədim və sadə əlaqəni, imandan, təqvadan və dinə bağlılıqdan xəbər verən əməl və hərəkətləri qorumaq, bu qaydanı pozan hər bir işdən təkidlə çəkinmək və bunlara diqqət yetirmək lazımdır. Təbii ki, bu söz yalnız burada iştirak edənlərə deyil, ölkə ruhanilərinin hamısına aiddir. Bu gün bizim işimizdən yaranan təsəvvür, bizim hər bir hərəkət və sükutumuzun daşıdığı məna yükü həlledici bir şeydir.450
Ruhanilər təqvalarına və dünyaya etinasızlıqlarına görə sevildilər. Təqva olmadan və dünyanı kənara qoymadan mümkün deyil.451
Mənim də üzvü olduğum ruhani təbəqəsinin vəzifəsi budur ki, hövzə mənsublarının mənəvi dayağını elm, əməl, düşüncə və rəftar baxımından bacardıqları qədər artırsınlar. Çünki ruhanilərin hörməti İslamın, inqilabın, xüsusən də imamın hörmətidir. İmam ruhaniləri çox tərifləyir və himayə edirdi. Odur ki, ruhanilərdə parlaq, faydalı, İslama və müsəlmanlara səmərəli olan hər bir hərəkət imam üçün bir hörmət və şöhrət amilidir. Ruhanilər arasında xəcalətə səbəb olan, yaxud xalqda şübhə, insanların etiqad və düşüncələrində çaşqınlıq yaradan, yaxud onların ruhanilərə inamının sarsılmasına səbəb olan hər hansı hərəkət İslama və inqilaba, xüsusən də əziz imamımıza başıaşağılıq gətirir. Buna qarşı tədbir görmək lazımdır.452


Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin