bu hadisədən cəmi bir həftə sonra o, Nezerfilddəki bala
gəlməyə cəsarət etmədi! Elizabet xatırladı ki, Nezerfild
kampaniyasının Hartfördşirdən gedişinə qədər o öz
əhvalatını ondan başqa heç kəsə danışmamışdı. Əvəzində
onlann gedişindən sonra bu əhvalatı bütünlüklə hamı
bilirdi. Mister Darsini gözdən salmağa cəhd edərək o, heç
nədən çəkinmirdi. Eyni zamanda Uikhem ona ata
Darsinin xatirəsinə sədaqətindən danışaraq iddia edirdi ki,
bu sədaqət ona öz xeyirxahının oğlu barədə pis danışmağa
imkan vermir.
İndi mister Uikhemin hər bir hərəkəti onun gözündə
necə də dəyişmişdi! Miss Kinqə pərəstişkarlığı onun
aşağılıq mənfəətpərəstliyindən başqa heç nə ilə izah
olunmurdu - onun cehizinin cüziliyi heç də onun
iddialarının mötədilliyindən xəbər vermirdi, yalnız
istənilən yem tələsinə tamahsılanmağa hazırlığını
göstərirdi. Onun Elizabetin özünə münasibəti də artıq
ləyaqətli səbəblərlə bəraət qazanmırdı: o, ya onun
vəsaitləri barədə yanılmışdı, ya da qızın rəyinə görə, onda
ehtiyatsız şəkildə aşkarlanan özünə meyli qoruyaraq
şöhrətpərəstliyini ovudurdu. Elizabetin Uikhemi müdafiə
etmək cəhdləri zəiflədikcə zəifləyirdi. Mister Darsinin
bəraətinə uyğun olaraq, o xatırlamaya bilmirdi ki, Binqli
hələ lap çoxdan Ceynin verdiyi suala cavab olaraq öz
downloaded from KitabYurdu.org
282
dostunun Uikhemə münasibətində qüsursuz davrandığına
əminliyini ifadə edib; son vaxtlar çox yaxınlaşmış
olduqlarından Binqli Ceynə öz məxfi sirlərini açaraq
deyib ki, öz təkəbbürlü və itələyici maneralanna
baxmayaraq, bütün tanışlıqları ərzində Darsi bir dəfə də
olsun onu ədalətsizlikdə və pisniyyətlikdə ittiham etməyə
və ya onun qüsurlu meyilləri barədə danışmağa imkan
verən hərəkət etməyi özünə rəva görməyib; öz tanışlarının
çevrəsində ümumi hörməti olub; hətta Uikhem də onun
barəsində sadiq qardaşı kimi bəhs edib və Ceyn dəfələrlə
Darsinin öz bacısı barədə necə məhəbbətlə danışdığını,
bununla da zərif hisslər duymağa qabil olduğunu sübut
edib; Uikhemin onun ayağına yazdığı utancverici
ədalətsizlik çətin ki, uzun müddət ifşa olunmamış
qalacaq; nəhayət, mister Binqli kimi yaxşı bir gənclə buna
qərar vermiş insanın arasındakı dostluq, sadəcə, qeyri-adi
görünür.
Elizabet öz davranışından nəhayətsiz dərəcədə xəcalət
çəkdi. O, Darsi və ya Uikhem haqqında öz korluğunun,
qərəzliliyinin, ədalətsizliyinin və səfehliyinin fərqində
olmadan düşünə bilmirdi.
— Necə rüsvayçılıq etmişəm! — o səsləndi. — Mən
öz fəhmiylə öyünən və öz sağlam düşüncəsinə belə
güvənən mən! Bacısının xeyirxahlığına tez-tez rişxənd
edən və öz qürrəsini bu qədər utancverici və əsassız
nifrətlə bəsləyən! Bu açılış məni necə də alçaldır! Necə də
haqlı şəkildə alçaldım! Əgər mən hətta sevsəydim də bu
qədər kor olmazdım. Ancaq sevgi yox, qürrə mənim
downloaded from KitabYurdu.org
283
gözlərimi örtüb! Mən ilk tanışlıq zamanı bir insan
tərəfindən üstün tutulmaqdan məmnun qalıb, o birinin
etinasızlığından təhqir olunaraq, mövhumat və cahilliyə
əsaslanıb, iş onlardan istənilən birinə gəlincə özümdən
məntiqli dəlilləri qovmuşam! Əcəb, özümdən baş
açmağımın zamanı indi gəldi!
Düşüncələrində özündən Ceynə və Ceyndən Binqliyə
keçdikcə, onun ağlına gəlməli idi ki, Darsinin izahatının
bu hissəsi tamamilə inandırıcı görünmürdü. O, məktubu
bir də
oxudu. Bu dəfə məktub ona qətiyyən birinci dəfə oxuduğu
kimi görünmədi. Məktubun bir hissəsində o, Darsinin
mühakimələrinin
əsaslılığını etiraf edərək, digər
hissəsində onu inkar edə bilərdimi? Darsinin sözlərinə
görə, o, hətta Ceynin onun dostuna necə möhkəm
vurulduğuna şübhə edirmiş. Elizabet Şarlottanm bu
xüsusdakı rəyini xatırlamaya bilmədi, o da Ceynin
ayağına yazılan davranışın həqiqətlə uyğunluğunu inkar
etmirdi. O, gerçəkdən fərqindəydi ki, Ceynin duyğulan
əslində nə qədər dərin olsa da, zahirən az nəzərə çarpırdı
və bacısına xas dəyanət və müvazinət hələm-hələm güclü
qəlb çırpmtılan ilə bir araya sığmır.
Elizabet
məktubun
onun
doğmalarının
çatışmazlığının sərt, eyni zamanda haqlı olaraq mühakimə
olunduğu yerə çatanda duyduğu utanc hissi daha da
kəskinləşdi. O, məktubda göstərilən qınaqların haqlı
olduğunu onlan təkzib etməyə cəhd etməyəcək qədər çox
yaxşı başa düşürdü. Darsinin söz açdığı və onda ehtimal
downloaded from KitabYurdu.org
284
olunan nikaha qarşı əks münasibəti möhkəmlədən
Nezerfild balının təfərrüatı çətin ki, qızın yaddaşında,
Darsinin hafizəsində olduğundan zəif qalmışdı.
Böyük
miss
Bennetlərin
ünvanına
deyilən
kompliment nəzərə çarpmamış qalmadı. O, ailənin digər
üzvlərinin ləyaqətsiz davranışından doğan ağrını
yumşaldırdı, amma sakitləşdirmirdi. Ona aydın oldu ki,
Ceynin qəlbi öz doğmalarının hərəkətləri üzündən
yaralanıb. Yaxın qohumlarının davranışlarının kübar
cəmiyyətin nəzərində ona və bacısına vurduğu zərəri
təsəvvür edən Elizabet həyatında heç vaxt olmadığı qədər
özünü bədbəxt hiss etdi.
O, təkrar-təkrar onu narahat edən düşüncələrə qayıdır,
hadisələri götür-qoy edərək onların əhəmiyyətini
dəyərləndirirdi. Öz baxışlarının bu qədər kəskin və
gözlənilmədən dəyişməsinə öyrəşməyə çalışan qız hələ
iki saata yaxın cığırda gəzib-dolaşdı. Nəhayət, yorğunluq
və evdə yoxluğunun çox uzanması fikri onu Hansforda
doğru yönəlməyə vadar etdi.
Evə çatan kimi ona xəbər verdilər ki, o, olmadığı vaxt
birdən-birə hər iki centlmen keşiş evinə baş çəkib. Mister
Darsi yalnız bir neçə dəqiqəliyə vidalaşmağa gəlibmiş.
Əvəzində polkovnik Fitsuilyam bir saatdan az olmadan
oturub onu
gözləyib və az qala parkda onu axtarmağa gedəcəkmiş.
Elizabet yalnız onu görməyə müyəssər olmadığı üçün
üzündə təəssüf ifadəsi yarada bildi, əslində isə o buna
hətta sevindi. Polkovnik Fitsuilyam onun üçün öz
downloaded from KitabYurdu.org
285
mövcudluğunu artıq dayandırmışdı. O, yalnız aldığı
məktub barədə düşünürdü.
XIV
FƏSİL
Hər iki centlmen Rozinqsdən ertəsi gün səhər getdilər.
Vida təzimi etmək üçün onları darvazanın ağzında
gözləyən mister Kollinz xalaoğluların sağlamlığının yaxşı
olduğu barədə şad xəbərlə, həmçinin bir az öncəki kədərli
ayrılıqdan sonra mümkün qədər yaxşı əhvalda qayıtdı və
ledi Ketrinlə miss de Börə təskinlik vermək üçün
Rozinqsə
yollandı.
Qayıtdığı zaman o, böyük
məmnuniyyətlə xəbər verdi ki, lütfkar xanımın dediyinə
görə, çəkilməz cansıxıcılığa tablaşa bilmir və bu gün
onları naharda öz evində görmək istəyir.
Ledi Ketrinə baxarkən Elizabet düşünməyə bilmədi
ki, istəsəydi, bu saat o, lütfkar xanıma gələcək bacıqızı
kimi təqdim oluna bilərdi. Bu halda o bu cür mühüm
xanımın necə qəzəblənə biləcəyini təsəvvür edərkən
özünü gülməkdən güclə saxladı. “Maraqlıdır, o bu saat nə
danışardı və özünü necə aparardı?” - Elizabet bu kimi
suallarla özünü əyləndirirdi.
Söhbət lap əvvəldən ledi Ketrinin bacısı uşaqlarının
Rozinqsdən gedişindən düşdü.
— İnanın, — o dedi, — onların gedişi qəlbimi
dərindən acıtdı. Çətin ki, kimsə öz dostları ilə ayrılığına
görə bu qədər dərindən üzülür. Bu gənc insanlara qarşı isə
mənim xüsusi istəyim var. Və onlar mənə nə qədər
bağlıdırlar! Əgər siz bilsəydiniz, onlar mənim evimi necə
bir kədərlə tərk etdilər!
downloaded from KitabYurdu.org
286
Onlarla həmişə belə olur. Yazıq polkovnik öz
hisslərini son dəqiqəyə qədər saxladı, ancaq Darsi bəlkə
də keçənilkinə nisbətən ayrılığı daha çətin yaşayırdı.
Onun Rozinqsə bağlılığı daha da güclənib.
Bu hala dair mister Kollinzin məzmunu məlum
eyhamdan ibarət olan kompliment ehtiyatı vardı və
anasıyla qızı onu bəyənmə təbəssümü ilə qarşıladı.
Nahardan sonra ledi Ketrin fikir verdi ki, miss
Bennetin kefi bir azca pozulmuş haldadır və dərhal onu
qızın yaxın müddətdə evə qayıtmaq istəməməsi ilə izah
etdi.
— Əgər məsələ bundadırsa, siz ananızdan bir az da
artıq ləngimək icazəsi ala bilərsiniz. Əminəm ki, missis
Kollinz
sizinlə bir arada olmaqdan sevinəcək.
— Bu cür lütfkar dəvətinizə görə sizin şəxsinizə
minnətdaram, — Elizabet cavab verdi. — Ancaq təəssüf
ki, onu qəbul etməyim mümkün deyil. Növbəti şənbə
günü mən artıq Londonda olmalıyam.
— Ancaq o zaman Kentdə olmağınız cəmi-cümlətanı
6 həftə çəkəcək! Mən əmin idim ki, siz burada iki ay
yaşayacaqsınız. Missis Kollinz bunu məndən hələ siz
gəlməzdən öncə eşitmişdi. Sizin belə tez qayıtmağınıza
lüzum yoxdur. Ümidvaram ki, missis Bennet iki həftə
sizsiz keçinə bilər.
— Elədir, ancaq mənsiz atam keçinə bilməyəcək. Bu
günlərdə o, məndən gəlişimi sürətləndirməyi xahiş edib.
— Yaxşı, əgər ananıza lazım deyilsinizsə, yəqin ki,
downloaded from KitabYurdu.org
287
atanıza da o qədər lazım deyilsiniz. Qızlar həmişə atalar
üçün az əhəmiyyət daşıyır. Əgər siz bir aylığa ləngisəniz,
sizlərdən birini Londonun özünə qədər aparmağım mənim
üçün elə bir şey olmazdı — mən iyunun əvvəlində bir
həftəlik ora getməyə hazırlaşıram. Douson dörd yerlik
arabaya qarşı çıxmadığı üçün
qızlardan birinə məndə yer olacaq. Əgər hava isti olmasa,
mən hətta ikinizi də götürə bilərdim — axı siz çox
arıqsınız.
— Siz qeyri-adi dərəcədə xeyirxahsınız, lütfkar
xanım. Ancaq qorxuram ki, biz ilkin planımızın üstündə
durmalı olacağıq.
Ledi Ketrin, görünür, güzəştə getməyi qərara aldı.
— Missis Kollinz, onlarla qulluqçu göndərməli
olacaqsınız. Bilirsiniz, mən həmişə fikirlərimi birbaşa
deyirəm. Yol verə bilmərəm ki, qızlar təkbaşına poçt
atlannda yola çıxsınlar — bu, sadəcə olaraq, nalayiq işdir!
Siz kimisə tapmalısınız, — hər şeydən çox dünyada belə
şeylərə dözə bilmirəm. Gənc qadınlar cəmiyyətdəki
mövqelərinə uyğun olaraq, həmişə lazımi diqqət və
nəzarət tələb edirlər. Bacım qızı Corciana ötən ilin
yayında Remsqeytə köçəndə tələb etdim ki, onunla iki
nəfər getsin. Pemberlili mister Darsinin qızı miss Darsi və
ledi Enn üçün onlarsız ora getmək mümkün deyildi. Bu
kimi bütün məsələlərdə mən olduqca vasvasıyam. Siz
Conu gənc ledilərlə göndərməli olacaqsınız, missis
Kollinz. Çox şadam ki, bu
barədə xatırlatmaq ağlıma gəldi — siz onlan tək-tənha
downloaded from KitabYurdu.org
288
buraxaraq kor-koranə hərəkət etmiş olardınız.
—
Bizim dayımız arxamızca qulluqçu göndərməlidir.
— Ah, demək belə, dayınız? O, kişi qulluqçu saxlayır,
eləmi? Şadam ki, sizin heç olmasa bu kimi şeylər barədə
düşünən bir kimsəniz var. Bəs atları harada
dəyişəcəksiniz? Təbii ki, Bromlidə. “Zəng”də mənim
adımı çəkməyiniz kifayətdir ki, mütləq qayğınıza
qalsınlar.
Ledi Ketrinin onların səfərinə aid hələ xeyli qeydləri
vardı və özünün bütün suallarına özü cavab verə bilmədiyi
üçün yenə də ona qulaq asmaq lazım gəlirdi. Elizabet
bundan yalnız şad ola bilərdi, çünki istənilən vaxt öz
fikirlərinə dalmağa və harada olduğunu unutmağa qabil
idi. Bu fikirləri asudə vaxta saxlamaq lazım idi - o, tək-
tənha olduqda özünü bütünlüklə düşüncələrə qərq etməyə
hazır idi. Elizabet hər gün tək gəzintiyə çıxır, bütün bu
vaxt ərzində öz qəmli düşüncələrinə dalmaq üçün tam
imkan qazanırdı.
Mister Darsinin məktubunu o, demək olar ki,
əzbərdən bilirdi. Elizabet məktubda hər cümləni ayrıca
düşünmüşdü və
onun məktubun müəllifinə münasibətdə olan hissləri
müxtəlif anlarda çox ziddiyyətli olurdu. O, Darsinin ona
evlənmək təklifi edərkən danışdığı tonu yadına salanda
qəlbi əvvəlki kimi narazılıqla dolurdu, ancaq onu necə
qaba və ədalətsiz şəkildə ittiham və rədd etdiyini
xatırlayanda bütün hikkəsi özünə cəmlənirdi, Darsinin
aldanmış ümidləri qızın ürəyində qarşılıq tapırdı. Onun
downloaded from KitabYurdu.org
289
bağlılığı təşəkkürə, xasiyyəti hörmətə layiq idi. Ancaq
yenə də o, Elizabet üçün xoşagəlməz idi - qız bir an da
olsun öz rədd cavabına görə təəssüflənmirdi və heç də onu
yenidən görmək arzusu keçirmirdi. Əvvəlki davranışları
Elizabetdə özündən narazılığı üçün daimi səbəb rolunu
oynayırdı. Doğmalarının zəiflikləri haqqında düşüncə isə
onda böyük əzab doğururdu. Hətta ümid də yox idi ki, bu
zəifliklər nə vaxtsa dəf olunacaq. Kiçik qızlarma
gülməkdən
ləzzət
alan mister Bennet onların
yüngülməcazlıqlanm
cilovlamaq
zəhmətinə
qatlaşmayacaq. Maneralan kamillikdən çox uzaq olan
missis Bennetin isə hətta ağlına da gəlmirdi ki, kiçik
qızları ilə hər şey güvəndə deyil. Elizabet və Ceyn tez-tez
Ketrin və Lidiyanı bir qədər ağıllandırmağa cəhd etmişdi.
Ancaq onlar
missis Bennet tərəfindən dəstəklənməsəydilər, uğura
ümid edə bilərdilərmi? Bütünlüklə kiçik bacısının təsiri
altında olan əsəbi və aciz Ketrin Ceyn və Elizabetin
iradlarına cavab olaraq yalnız inciyirdi. Dikbaş və
qayğısız Lidiya isə onlara, ümumiyyətlə, fikir vermirdi.
Hər iki kiçik bacı cahil, tənbəl və qürrəli idi. Aydın idi ki,
Meritonda ən azı bir zabit qalana qədər məzələnəcəkdilər.
Çünki Lonqbomdan Meritona gəzməyə gəlmək çətin
deyildi və onlar əsrin sonunadək ora qaçacaqdılar.
Onun daimi məyusluğunun başqa bir qaynağı isə
Ceyn barədə fikirlər idi. Mister Darsinin məktubu
Elizabetdə mister Binqli haqqında əski xoş fikirləri bərpa
etmişdi və bacısının məruz qaldığı itkinin əhəmiyyətini
downloaded from KitabYurdu.org
290
artırmışdı. Binqlinin bağlılığının dərin olduğu bilinmişdi,
onun davranışının qınanması isə, əgər dostuna kor-koranə
inanması çatışmazlıq sayılmasa, əsassız idi. Etiraf etmək
çox kədərli idi ki, bütün münasibətlərdə əlverişli olan və
bacısına belə bir xoşbəxt həyat vəd edən bu qədər gözəl
bir cütlüyün büsatı yaxın qohumlarının axmaqlıq və
ədəbsizlikləri üzündən pozulub!
Əgər bütün bu duruma Uikhemin əsl simasının
açılması da əlavə olunsa, başa düşmək çətin idi ki, adəti
üzrə ona xas olan həyatsevərliyinə qarşı olaraq, o özünü
məzlum durumda hiss edirdi və çöhrəsində hər hansı bir
şadlıq ifadəsini çətinliklə saxlayırdı.
Kollinzlərdə olduqları sonuncu həftə ərzində onlar
Rozinqsə, Hansforda yeni gəldikləri vaxt olduğu qədər
tez-tez baş çəkirdilər. Yola düşməzdən öncəki günün
axşamını da onlar ledi Ketrinin evində keçirdilər. Bu
axşam boyunca lütfkar xanım onların səfəri ilə bağlı bütün
xırdalıqlar barədə möhkəm- möhkəm maraqlandı, onlara
öz şey-şüylərini necə qablaşdırmağı xırdaladı, qətiyyətlə
tələb etdi ki, donlar, onun dediyi yeganə düzgün üsulla
qatlansın. Mariya öz üzərinə qablaşdırılmış hər şeyi səhər-
səhər təkrarən etmək və öz sandığını yenidən
qablaşdırmaq vəzifəsi götürdü.
Vidalaşma zamanı ledi Ketrin tamamilə nəzakətli bir
şəkildə qonaqlara uğurlu yol arzuladı və onları növbəti
baharda Hansfordu ziyarətə dəvət etdi. Miss de Bör isə
özünə yerindən qımzanmaq zəhməti verib hər birinə əl
uzatdı.
downloaded from KitabYurdu.org
291
XV
FƏSİL
Şənbə günü səhər mister Kollinz Elizabeti hamının
yığışdığı səhər yeməyindən bir neçə dəqiqə öncə
qarşılayaraq, onun qarşısında, öz qənaətinə görə,
tamamilə məcburi vida nəzakəti sərgiləmək fürsətindən
istifadə etdi.
— Miss Elizabet, — o dedi, — mən bilmirəm missis
Kollinz artıq sizə deyibmi ki, sizin bizə baş çəkməyə hazır
olmağınız onu nə qədər mütəəssir edib. Ancaq mən
əminəm ki, onun lazımi minnətdarlıq ifadələrini
dinləmədən siz bu evi tərk etməyəcəksiniz. İnandırıram
ki, sizinlə bir arada olmaq burada qeyri-adi dərəcədə
yüksək qiymətləndirilirdi. Biz, əlbəttə, başa düşürük ki,
bu sadə yaşayış məskənində az cəlbedici şeylər tapmaq
olar. Sadə həyat tərzi, kiçik otaqlar, azsaylı qulluqçular və
məhdud tanışlıq dairəsi sizin kimi gənc xanım üçün
Hansfordu olduqca cansıxıcı edir. Ancaq ümid edirəm
inanacaqsınız ki, sizin lütfkarlığınızı çox yüksək
qiymətləndirirdik və bizdən asılı olan hər şeyi edirdik ki,
bu evdə keçən həyatınız sizə ağırlıq gətirməsin.
Elizabet Hansfordda yaşadığı müddətdən çox
məmnun olduğunu deyərək ona təşəkkür etdi. Bu altı
həftə ona xeyli sevinc bəxş edib. Şarlotta ilə bir arada
olmaqdan hiss etdiyi məmnunluq, eləcə də ona göstərilən
böyük diqqət, əksinə, onu ev sahiblərinin qarşısında
özünü borclu saymağa vadar edir. Mister Kollinz onun
cavabından məmnun qaldı və özündənrazı təbəssümlə
dilləndi:
downloaded from KitabYurdu.org
292
— Mən böyük məmnuniyyətlə eşitdim ki, siz burada
vaxtınızı xoş keçirmisiniz. Biz əlimizdən gələni etdik.
Rozinqslə əlaqələrimiz sayəsində sizi kübar cəmiyyətə
çıxarmaq, bununla da ev həyatını tez-tez canlandırmaq
kimi xoşbəxt imkanımızı nəzərə alaraq, özümdə ümid
bəsləyirəm ki, doğrudan da Hansford sizə qətiyyən
dözülməz görünməyib. Ledi Ketrinin ailəsinə yaxınlıq
gerçəkdən də buna bərabər olarsa, çoxlarının fəxr edə
biləcəyi mövqeyə sahib olan bizlər üçün qeyri-adi
dərəcədə xoşbəxt üstünlükdür. İndi siz bilirsiniz, qısa
müddətdir ki, tanışıq, ancaq gördünüz ki, bizi oraya necə
tez-
tez dəvət edirlər. Doğrusunu desək, bu sadə sakinlərin
bütün çatışmazlıqları ilə yanaşı, məncə, burada yaşayan
və bizimlə birgə yaxınlığın faydalarından yararlanan heç
kimin təəssüflənməsinə lüzum yoxdur.
Onu riqqətə gətirmiş hisslərini idarə etmək iqtidarında
olmadığı üçün Kollinz otaqda gəzişməyə başlayanda
Elizabet bir neçə qısa cavab cümləsində səmimiyyəti və
nəzakəti birləşdirməyə cəhd göstərdi.
— Evinizə gedərkən, əziz əminəvəsi, siz bizim
həyatımızı ən yaxşı şəkildə səciyyələndirə bilərsiniz. Ən
azı mən bu cür düşünmək istərdim. Siz ledi Ketrinin
missis Kollinzə göstərdiyi çoxsaylı diqqət əlamətlərinin
gündən-günə artdığının şahidi oldunuz. Mən hesab
edirəm ki, rəfiqənizin taleyini bədbəxt saymaq olmaz...
Lakin bu barədə sussaq yaxşıdır. Yalnız mənə icazə verin,
sizi əmin edim ki, əziz Elizabet, bütün ürəyimlə sizə bu
downloaded from KitabYurdu.org
293
qədər bəxtəvər evlilik arzulayıram. Biz mənim əziz
Şarlottamla sanki hər şeyə eyni gözlə baxırıq və eyni cür
düşünürük. Bizim xasiyyətlərimiz və baxışlarımız qeyri-
adi dərəcədə oxşardır və biz, yəqin ki, bir-birimiz üçün
yaranmışıq.
Elizabet özünü aldatmadan belə hallarda həyatın
olduqca məsud alındığını deyə bildi və bərabər
səmimiyyətlə mister Kollinzin öz ailə ocağından məmnun
olduğuna əminlik ifadə etdi. Ancaq o, Kollinzi əhatə edən
rahatlıqların borclu olduğu ledinin gəlişi ilə nitqinin
yarımçıq kəsilməsindən məyus olmadı. Yazıq Şarlotta!
Onu bununla bir arada qoyub getmək necə də kədərlidir!
Ancaq o öz taleyini açıq gözləri ilə seçib. Şarlotta
qonaqların gedişindən açıq-aşkar qüssələnmişdisə də,
üzdə halına acınmasma möhtac olduğunu göstərmirdi. Ev
və təsərrüfat, kilsə camiəsi və quşxana, eləcə də bunlarla
bağlı hər şey onun üçün öz cazibədarlığım hələ
itirməmişdi.
Nəhayət, kareta hazır oldu, yüklər bayırdan bağlandı,
bağlamalar içəriyə yerləşdirildi və elan olundu ki, yola
çıxmaq üçün hər şey hazırdır. Rəfiqəsi ilə zərifliklə
vidalaşan Elizabet mister Kollinzin müşayiəti ilə ekipaja
yönəldi. Onlar bağla getdikləri zaman missis Kollinz
xahiş etdi ki, Elizabet öz ailəsinə səmimi ehtiramını
bildirsin, eləcə də ötən qış Lonqbornda ona göstərilmiş
qonaqpərvərliyə görə minnətdarlığını və əfsus ki, ona
tanış olmayan mister və missis
Qardinerlərə təzimlərini çatdırsın. Sonra o, qıza ekipaja
downloaded from KitabYurdu.org
294
əyləşməyə kömək etdi. Mariya onun ardınca ekipaja
oturdu və qapı, demək olar ki, bağlanmaq üzrə olarkən
mister Kollinz qəfildən bir az dəhşətə gəlmiş halda
xatırladı ki, gedən qonaqlar Rozinqsdən olan xanımlara
Dostları ilə paylaş: |