xoşbəxtliyinə və dünyada azaz rast gəlinən bu cür qonşusu
olan qızının firavanlığına tamamilə əmin oldu.
Qayınatasının ziyarətinin davamı olaraq, mister Kollinz
hər gün səhər ətraf yerləri göstərmək üçün onunla öz
şarabamnda gəzirdi. Ancaq qayınata gedəndən sonra
Hansford sakinləri adi məşğuliyyətlərinə qayıtdılar. Bu
dəyişiklik Elizabeti əvvəlki vaxtlara nisbətən əminəvəsi
ilə bir arada daha çox vaxt keçirməyə vadar etmədi. İndi
səhər yeməyi və nahar arasındakı saatlarda ev sahibi ya
bağda əlləşirdi, ya da öz kabinetinə çəkilir, orda oxuyur
və ya yazırdı, hərdən isə, sadəcə, pəncərədən yola baxırdı.
Xanımlar pəncərəsi həyətə baxan otaqda vaxt keçirirdilər.
Şarlottanm bu kiçik otağı daha gözəl görünüşü olan geniş
yeməkxanadan üstün tutması əvvəlcə Elizabetə qəribə
gəldi. Fəqət tezliklə o, başa düşdü ki, belə seçim üçün
onun rəfiqəsinin kifayət qədər
əsasları var: ümumi otaq mister Kollinzin kabineti kimi
uğurlu yerləşmiş olsa, Kollinz, şübhəsiz ki, tənhalıqda
daha az vaxt keçirərdi. O, Şarlottanm bu ağıllı seçimi ilə
tam razılaşmışdı.
Öz qonaq otaqlarından xanımlar yolu müşahidə edə
bilmirdilər. Ona görə də onlar yol keçən ekipajlara,
özəlliklə də miss de Börün faytonunun gəlişi ilə bağlı
məlumatlara görə bütünlüklə mister Kollinzə borclu
idilər. Miss de Bör Hansforda tez-tez gəlsə də, bu cür
məlumatlar ciddi şəkildə verilirdi. Adətən, o, evin
downloaded from KitabYurdu.org
230
həndəvərində dayanırdı, demək olar, heç vaxt ekipajı tərk
etmədən Şarlotta ilə bir-iki kəlmə danışırdı.
Mister Kollinzin Rozinqsə yollanmadığı günlər çox
olmurdu. Demək olar, həmişə arvadı onu müşayiət etməyi
zəruri sayırdı. Şarlottanm öz vaxtını qurban verməyə bu
cür hazır olması, gələcəkdə ledi Ketrinin başqa
kilsələrində də vakant yerlərin açıla biləcəyini dərk edənə
qədər Elizabet üçün anlaşılmaz olaraq qalırdı. Hərdən ledi
Ketrin özü də Kollinzləri ziyarətə layiq görürdü. Bu
ziyarətlər zamanı heç bir hal lütfkar xanımın
nəzərlərindən qaçmırdı. Onlann işinə qabalıqla qarışan
ledi əl işlərinə tamaşa edir, başqa fəndlərdən istifadə
etməyi məsləhət görür, mebellərin yerləşdirilməsində
qüsurlar tapır və xidmətçilərin nadürüstlüyünü ifşa edirdi.
O, onlarla yeməyi bölməyə razılaşırdısa, elə görünürdü ki,
bunu yalnız belə kiçik ailənin nahanna verilən
qovurmanın çox iri tikəsinə diqqət yetirmək üçün edir.
Elizabet tezliklə fikir verdi ki, yerli sakinlərin taleyi
haqqında qayğılar heç də bu vacib xanıma yük deyil. Buna
baxmayaraq, o, kilsə icmasının işlərində hərarətlə iştirak
edirdi və hətta bütün bu işlərin ən xırdalarını mister
Kollinz mütləq onun nəzərinə
çatdırırdı. Kilsə
camaatından kimsə narazı, inadçı və ya tutaq ki, pul-
paraya sıxışmış vəziyyətdə olsa, lütfkar xanım
ləngimədən kəndə getməyə, mübahisə edənlərin arasında
mühakimə aparmağa, şikayətçiləri susmağa məcbur
etməyə və beləliklə, ümumi rifahı və razılığı bərqərar
etməyə hazır idi.
downloaded from KitabYurdu.org
231
Hansford sakinləri həftədə iki dəfə Rozinqsdə nahar
etmək şərəfinə nail olurdular. Ser Uilyamm və onunla
birlikdə ikinci kart masasının yoxluğu nəzərə alınmazsa,
bütün sonrakı naharlar birincidən heç nə ilə fərqlənmirdi.
Hansford sakinləri
başqa əyləncələrdən, demək olar, tamamilə məhrum
idilər. Çünki qonşu ailələrin əksəriyyətinin həyat tərzi
Kollinzlərin imkanlanna mütənasib deyildi. Fəqət
Elizabet günlərini kifayət qədər xoş keçirərək, bundan heç
də iztirab çəkmirdi. Zaman- zaman o, məmnuniyyətlə
rəfiqəsi ilə yanm saat laqqırtı vururdu. Erkən yaz üçün
qeyri-adi dərəcədə yaxşı hava şəraiti ona, demək olar, hər
gün gəzintidən həzz almaq imkanı verirdi. Evdəkilərin
hamısı Rozinqsə ziyarətə yollananda o, hər şeydən çox
parkın yaxın tərəfinə bitişik seyrək meşəliyə gedir, orada
xoşuna gələn cığırların kənannda sıx əkilmiş ağaclann
arasında dolaşırdı. Elə görünürdü ki, bu cığırın gözəlliyini
yalnız o qiymətləndirir. Burada o özünü lütfkar xanımın
marağından kifayət qədər müdafiə olunmuş hiss edirdi.
Beləcə, onun Kentdə olmasının iki həftəsi sakitcə, hər
hansı bir olay olmadan axıb keçdi. Pasxa yaxınlaşırdı və
bayrama bir həftə qalmış əvvəllər azsaylı Rozinqs
sakinləri nəzərəçarpacaq qədər artmışdı. Hələ Hansforda
yeni gəldikləri vaxt Elizabet yaxın həftələrdə mister
Darsinin ziyarətinin gözlənildiyi barədə eşitmişdi. Onun
ledi Ketrinin bacısı oğlu ilə müqayisədə bir
qədər həvəssiz görüşmək istədiyi tanışları az olsa da,
Darsinin gəlişi Rozinqsə ziyarəti zamanı müşahidələr
downloaded from KitabYurdu.org
232
üçün yeni qida verməyi vəd edirdi. Bununla yanaşı, o, ledi
Ketrinin mister Darsiyə sınmaq istədiyi qızı ilə onun
davranışını görərək, mister Binqlinin bacısının Darsiyə
bəslədiyi ümidlərin əsassız olduğuna sevinə biləcəkdi.
Ledi Ketrin bacısı oğlunun gəlişindən çox məmnun idi,
onun barəsində çox coşqulu danışırdı və miss Lukasla
Elizabetin onunla başqa yerdə tanış olmağa macal
tapdıqlarını aşkar edincə az qala hirslənəcəkdi.
Darsinin gəlişi dərhal Hansfordda məlum oldu. Çünki
bu hadisə haqqında mümkün qədər tez öyrənmək üçün
alışıb- yanan mister Kollinz təyin olunmuş gəliş günü
ərzində parkın darvazasının əngəlsiz müşahidə oluna
biləcəyi yolda gəzib- dolaşdı. Gəlib çatan ekipajın evə
doğru burulduğu vaxt bükülərək təzim edən Kollinz
dərhal vacib xəbəri tezliklə çatdırmaq üçün evinə sarı
götürüldü. Ertəsi gün səhər o öz ehtiramını bildirmək
üçün Rozinqsə tələsdi. Onun salamlamasını ledi Ketrinin
birdən-birə iki bacısı oğlu qəbul etdi. Çünki mister Darsi
ilə birlikdə Rozinqsə onun xalasının
kiçik oğlu polkovnik Fitsuilyam da gəlmişdi. Hər kəsin
təəccübünə rəğmən, mister Kollinz evinə hər iki gəncin
müşayiəti ilə qayıtdı. Şarlotta qonaqları yolu keçdikləri
zaman kabinetin pəncərəsindən gördü. O dəqiqə də qonaq
otağına qaçaraq onları gözləyən şərəfli görüş barədə
qızlara xəbər verdi və bu vaxt əlavə etdi:
— Bu diqqət işarəti üçün, əlbəttə ki, sənə borcluyam,
Eliza. Mister Darsi heç vəchlə bu qədər tezliklə təkcə
mənə baş çəkməyə gəlməzdi.
downloaded from KitabYurdu.org
233
Elizabet komplimenti rədd etməyə macal tapmamış
qonaqlann gəldiyindən xəbər verən zınqırov səsləndi.
Bundan dərhal sonra üç kişi otağa daxil oldu. Birinci daxil
olan polkovnik Fitsuilyama otuz yaş vermək olardı. O, bir
elə də yaraşıqlı deyildi, ancaq davranışına və zahiri
görünüşünə görə əsl centlmen təsiri bağışlayırdı. Mister
Darsi Hartfördşirdə necə görünürdüsə, eynilə o cür idi.
Ənənəvi təmkinli tövrü ilə o, missis Kollinzə öz
ehtiramını bildirdi. Darsinin xanıma qarşı hissləri necə
olsa da, onun baxışlarını tam təmkinlə qarşıladı.
Elizabet ona güclə sezilən təzimlə cavab verdi və bu
zaman kəlmə kəsmədi.
Polkovnik Fitsuilyam yaxşı tərbiyə almış insanlara
xas asanlıqla söhbətə başladı və bir arada olanların
hamısına məmnunluq bəxş etdi. Onun bibisi oğlu
Şarlottaya ev və bağa aid bir neçə söz deyərək susdu.
Fəqət axırda Elizabetdən ailəsinin cansağlığını soruşmağa
nəzakəti çatdı. Ona layiqli şəkildə cavab verən Elizabet
qısa pauzadan sonra əlavə etdi:
— Böyük bacım son üç ayı Londonda keçirib. Siz
orada onunla rastlaşmamısımz?
Elizabet əvvəlcədən bilirdi ki, cavab mənfi olacaq.
Ancaq ona maraqlı idi ki, görsün, mister Darsi Binqli
ailəsi ilə Ceynin arasında baş verənlərdən xəbərdar
olduğunu büruzə verəcək, ya yox. Ona elə gəldi ki, Darsi
paytaxtda
missis
Bennetlə
görüşməyə müyəssər
olmadığını deyərkən yüngülcə xəcalət çəkdi. Bu barədə
daha heç bir söhbət olmadı və gənclər tezliklə Hansfordu
downloaded from KitabYurdu.org
234
tərk etdilər.
VIII
Polkovnik Fitsuilyamm maneraları Hansfordda çox yaxşı
təəssürat doğurdu və xanımlar hiss etdilər ki, onun gəlişi
ilə Rozinqs ziyarətindən məmnunluq xeyli artmış olacaq.
Ancaq onların Rozinqsə dəvət olunmaları bir neçə gün
ləngidi. Ledi Ketrinin bacısı uşaqları onun yanında
yaşadıqları müddətdə o, keşiş evindən gələn qonaqlar
olmadan da keçinə bilirdi. Yalnız Pasxanın birinci günü,
gənclərin gəlişindən təxminən bir həftə sonra, nəhayət,
Kollinzləri dəvətə layiq gördülər: kilsəni tərk edərkən
onlardan axşamlarını Rozinqsdə keçirməyi xahiş etdilər.
Son bir həftədə onlara ledi Ketrini və onun qızını görmək,
demək olar, nəsib olmamışdı. Düzdür, polkovnik
Fitsuilyam bir neçə dəfə keşişin evinə gəlmişdi, ancaq
onlar mister Darsi ilə yalnız kilsədə görüşdülər.
Dəvət, əlbəttə ki, qəbul olundu və onlar vaxtlı-
vaxtında Rozinqsin qonaq otağında göründülər. Ledi
Ketrin qonaqlan nəzakətlə qarşıladı, lakin hiss olunurdu
ki, onların burada
olması artıq əvvəlki günlərdə, onun hər hansı başqa
qonaqlara ümid etmədiyi vaxtlarda olduğu qədər də
ürəyincə deyil. İndi ev sahibəsinin diqqəti əsasən hər iki
bacısı oğullarına, xüsusilə də mister Darsiyə yönəlmişdi -
o, məclisdə olan başqaları ilə müqayisədə daha çox
onunla danışırdı.
Onlann bu evdə olmasından gerçəkdən məmnun olan
yalnız polkovnik Fitsuilyam idi. Rozinqsdə olmasının
downloaded from KitabYurdu.org
235
darıxdıncılığım dağıda biləcək hər şey onu sevindirirdi.
Üstəlik, missis Kollinzin qəşəng rəfiqəsi polkovnikin
başını ciddi şəkildə döndərmişdi. İndi o, qızın
yaxınlığında oturaraq, onunla şirin- şirin Kent və
Hartfördşirdən, ev həyatından və səyahətlərdən, yeni
kitablardan və musiqidən danışırdı. Elizabet ilk dəfəydi
ki, bu evdə olmasından həzz alırdı. Onlar söhbətlərinin
şuxluğu və rahatlığı ilə ledi Ketrinin və mister Darsinin
diqqətini cəlb etdilər. Darsinin baxışları bir neçə dəfə
maraqla onlann üzərində dayandı. Ev sahibəsi eyni
hisslərini açıq şəkildə ifadə edərək soruşmaqdan
çəkinmədi:
— Sən orada nə danışırsan, Fitsuilyam? Nə barədə
söhbət edirsiniz? Miss Bennetlə nə danışdığını biz də
eşidə bilərikmi?
— Biz musiqidən danışırıq, xanım, — artıq cavabdan
qaçmaq mümkün olmadıqda o dedi.
— Musiqi haqqında! Belədirsə, Allah xatirinə,
bərkdən danışın. Musiqi mənim üçün hər şeydən
üstündür. Musiqi barədə danışılanda mən susa bilmirəm.
Güman edirəm ki, İngiltərədə çox az adam musiqini
məndən artıq qiymətləndirə və sevə bilər. Mənə
uşaqlıqdan musiqi dərsi versəydilər, böyük artist olardım.
Sağlamlığı möhkəm olsaydı, Enn də elə olardı. Əminəm
ki, onun çalğısı hər kəsə misilsiz həzz verərdi. Darsi, bəs
Corciananın işləri nə yerdədir?
Mister Darsi bacısının uğurlarının çox təqdirəlayiq
olduğunu ifadə etdi.
downloaded from KitabYurdu.org
236
— Çox yaxşı, mən onun haqqında tərifli sözlər
eşitdiyimə çox şadam, — ledi Ketrin dedi. — Lütfən, onu
mənim adımdan xəbərdar et ki, kifayət qədər səy
göstərmədən heç nəyə nail olmaq mümkün deyil.
— Zamin dururam ki, xanım, onun bu cür
xəbərdarlıqlara ehtiyacı yoxdur, — mister Darsi cavab
verdi. — O, çox səylə çalışır.
— Lap əla. Çalışmalar heç vaxt izafi olmur. Ona
növbəti dəfə məktub yazanda tövsiyə edəcəyəm ki, heç bir
halda məşğələlərə etinasızlıq göstərməsin. Həmişə gənc
xanımlara təlqin etməli oluram ki, musiqidə ciddi
çalışmalar olmadan uğur əldə etmək mümkün deyil. Bax,
miss Bennetə neçə dəfə izah etmişəm: o, məşqləri
dayandırsa, həqiqətən yaxşı çala bilməyəcək. Bir halda ki
missis Kollinzin öz çalğı aləti yoxdur, o, hər gün Rozinqsə
gələrək missis Cenkinsonun otağındakı fortepianoda çala
bilər. Evin bu hissəsində o, heç kəsə mane olmur.
Elə göründü ki, mister Darsi xalasının qabalığından
bir qədər utandı, lakin heç bir cavab vermədi.
Qəhvə dəstgahı bitəndən sonra polkovnik Fitsuilyam
Elizabetə onun üçün çalmağı vəd etdiyini xatırlatdı və o,
fortepianonun arxasına keçdi. Polkovnik kreslosunu
yaxma çəkdi. Ledi Ketrin pyesi ortasına qədər dinlədi,
sonra isə əvvəl olduğu kimi o biri bacıoğlusu ilə çənə
vurmağa başladı. Ancaq o, ledi Ketrini tərk etdi və onun
üçün adi hal olan fikirli görkəmdə fortepianoya yaxınlaşdı
və elə yerləşdi ki, qəşəng
ifaçının üzünü daha yaxşı görə bilsin. Elizabet bunu fərq
downloaded from KitabYurdu.org
237
etdi və ilk münasib pauzada hiyləgər təbəssümlə ona dedi:
— Siz mənim çalğımı belə diqqətlə izləyərkən, mister
Darsi, məni utandırmaq istəyirdiniz. Ancaq bacınız daha
üstün çalsa da, mən sizdən qətiyyən çəkinmirəm.
İnadkarlıq mənə ətrafdakıların istədiyi zaman qorxaqlıq
göstərməyə imkan vermir. Məni qorxutmaq cəhdləri
olanda mən daha da cəsarətli oluram.
—
Sizin yanıldığınızı sübut etməyimə ehtiyac yoxdur,
— mister Darsi cavab verdi. — Gerçəkdən də mənim
buna qabil olduğumu düşünə bilməzsiniz axı. Mən sizin
tez-tez heç də düşünmədiyinizi iddia etdiyinizi bilmək
üçün sizinlə kifayət qədər tanışam.
Özü barəsində belə bir rəy Elizabeti ürəkdən gülməyə
vadar etdi. O, polkovnik Fitsuilyama xitabən dedi:
— Mister Darsi mənim xasiyyətimi yaxşı təsvir edərək
sizi əmin edə bilər ki, bir sözümə də inanmayasınız.
Bəxtim nadir bir şəkildə gətirməyib: yaxşı ad-sanla
tanınacağıma ümid etdiyim yerlərdə məni ifşa etməyə
qadir adamla rastlaşdım.
Gerçəkdən də, mister Darsi, Hartfördşirdə mənim
haqqımda öyrəndiyiniz bütün pis şeyləri xatırlatmaq nəcib
iş deyil. Əlavə edə bilərəm ki, bu, ehtiyatsızlıq olar, çünki
məni sizə təpki verməyə vadar edə bilər. O zaman sizə
dair nəsə açıla bilər və sizin yaxınlarınızı şad etməz.
—
Mən bundan qorxmuram, — o, təbəssümlə dedi.
— Siz Allah, bizə açıb deyin, onu nədə ittiham etmək
olar, — polkovnik Fitsuilyam səsləndi. — Mən
bilməliyəm axı o, doğma evindən kənarda özünü necə
downloaded from KitabYurdu.org
238
aparır.
— Yaxşı, siz bunu öyrənəcəksiniz! Ancaq dəhşətli bir
şey öyrənməyə hazır olun. Sizə xəbər verə bilərəm ki, biz
mister Darsi ilə ilk dəfə Hartfördşirdə bal zamanı
rastlaşmışıq. Siz bilirsinizmi ki, o, həmin balda nə ilə
fərqlənirdi? Gənclərin çatışmazlığına baxmayaraq o,
yalnız hansısa dörd rəqsdə iştirakçı olmağı özünə rəva
gördü! Sizi məyus etmək istəməzdim, amma məsələ məhz
bu cür idi. O, cəmi dörd dəfə rəqs etdi. Özü də elə bir
vaxtda ki, bir çox gənc ledilər kavaler yoxluğu üzündən
bekar oturmağa məcbur idilər. Ümidvaram ki, siz bunu
inkar etməyəcəksiniz, mister Darsi?
— Həmin axşam bala mənimlə gələn xanımlardan
başqa, orada olan qadınlardan heç biri ilə tanış deyildim.
— Əlbəttə. Axı yol vermək olmazdı ki, sizi kiminləsə
tanış etsinlər! Polkovnik Fitsuilyam, daha nə çalım?
Barmaqlarım sizin əmrinizi gözləyir.
— Ola bilər, — Darsi dedi, — kiməsə təqdim olunmaq
zəhmətinə qatlaşsaydım, barəmdə daha yaxşı mühakimə
yürüdülərdi. Ancaq tanış olmayan insanlara öz varlığımı
sırımağa cəhd etmirəm.
— Dayınız oğlu bunun səbəbini mənə izah edərmi?
— Elizabet əvvəlki kimi polkovnikə müraciət edərək
soruşdu.
— Ola bilər, o, təhsilli və ağıllı, üstəlik, cəmiyyət içində
qəbul
edilən
bir insanın öz tanışlıq dairəsini
genişləndirmək hüququna sahib olmamasının səbəblərini
söyləmək iqtidarındadır?
downloaded from KitabYurdu.org
239
— Bəlkə də mən ona müraciət etmədən sizin sualınıza
cavab verə bilərdim, — Fitsuilyam dedi. — Bu, əlbəttə,
mister Darsiyə aid deyil! Səbəb narahatlıq yaratmaq
istəməməkdən ibarət ola bilər.
— Mənim, doğrudan da, əvvəllər rastlaşmadığı
insanlarla sərbəstcə söhbət edə bilən bəzi insanlara xas
istedadım yoxdur, — Darsi cavab verdi, — Başqalarının
etdiyi kimi, həmsöhbətimin mühakimələrinin ahənginə
uyğunlaşmaq və ya onun işlərinin məni maraqlandırdığı
görüntüsünü yaratmaq mənə asan deyil.
— Barmaqlarım bu alətin klavişləri ilə, başqa
musiqiçilərdə gördüyüm ustalıqla hərəkət etmir, —
Elizabet dedi. — Mənim ifamda nə zərbə gücü, nə
ifadəlilik, nə də axıcılıq çatır. Ancaq mənə həmişə elə
gəlib ki, özümə lazımi qədər çalışmaq əziyyəti
vermədiyim
üçün
bunda
özüm
günahkaram.
Barmaqlarımın yararsız olduğu nəyə görəsə heç vaxt
ağlıma gəlməyib.
Darsi gülümsəyərək dedi:
— Sizinlə tamamilə razıyam. İxtiyarınızda olan
vaxtdan çox yaxşı istifadə etdiniz. Sizin çalğınızı eşitmək
imtiyazına sahib olanlar çətin ki, o çatışmazlıqları fərq
edə bilərlər. Kənar adamların yanında isə sizinlə biz çıxış
etmirik.
Bu yerdə ev yiyəsi onlann söhbətini yarıda kəsdi. Ledi
Ketrin tələb etdi ki, söhbətlərinin məzmununu ona da həsr
etsinlər. Elizabet o dəqiqə yeni pyes çalmağa başladı. Ledi
Ketrin yaxma gəldi və onun çalğısına bir az qulaq
downloaded from KitabYurdu.org
240
asdıqdan sonra yenidən Darsini söhbətə tutdu.
— Miss Bennet daha çox təcrübə keçsəydi və London
maestrolarımn göstərişlərindən istifadə etsəydi, yaxşı çala
bilərdi. Onun çalğısında hətta müəyyən axıcılıq da var,
amma Enni fərqləndirən zövqü çatışmır. Bircə sağlamlığı
müsiqi ilə məşğul olmağa imkan versəydi, mənim
qızımdan əla ifaçı çıxardı.
Elizabet Darsinin xalası qızının öyülməsinə nə qədər
qoşulduğunu anlamaq ümidi ilə onun üzünə baxdı. Ancaq
nə həmin dəqiqədə, nə də başqa anlarda o, Darsidə
qəlbdən gələn heyranlıq əlaməti sezə bildi. Darsinin xalası
qızma münasibəti belə bir qənaətə gəlməyə əsas verirdi ki,
bu, miss Binqlini çox sevindirərdi: bərabər qohumluq
əlaqələri olsaydı, o, miss de Bör kimi uğurla ona ərə gedə
bilərdi.
Ledi Ketrin daha bir müddət ərzində Elizabetin musiqi
qabiliyyəti haqqında iradlarını davam etdirdi, onlara çalğı
manerası və musiqi zövqünə dair müxtəlif tövsiyələrini də
qoşdu. Miss Bennet bunlara qonaqlara yaraşan səbirlə
dözdü. O, centlmenlərin xahişinə riayət edərək
fortepianonun arxasında o vaxta qədər oturdu ki, nəhayət,
lütfkar xanımın karetası onlan Hansforda çatdırmaq üçün
hazır oldu.
IX
FƏSİL
Ertəsi gün səhər missis Kollinz və Mariya kəndə iş dalınca
getdikləri, Elizabetin isə tək-tənha oturaraq bacısına
məktub yazdığı vaxt birdən qonaq gəlməsini xəbər verən
zəng çalındı. Evə yaxınlaşan ekipajın səsini eşitməsə də,
downloaded from KitabYurdu.org
241
beyninə gələn fikir ledi Ketrinin gəlməsi oldu. Düşüncəsiz
danışan ziyarətçinin zəhlətökən sorğu-suallarından
qaçmaq üçün o, yazıb başa çatdırmadığı məktubu tez-
tələsik gizlətdi. Qapı açıldı və Elizabetin dərin təəccübünə
rəğmən otağa mister Darsi, həm də tamamilə təktənha
daxil oldu. Belə göründü ki, qonaq da onu yalqız
görməsindən şaşqınlıq keçirdi və üzrxahlığmı bildirərək,
dedi ki, bu otaqda bütün xanımlarla rastlaşacağına ümid
edirmiş.
Onlann ikisi də əyləşdilər və Elizabetin Rozinqs
sakinlərinin cansağlığı barədə verdiyi suallardan sonra
ortaya, qeyri-müəyyən şəkildə uzun sürəcəyi gözlənilən
sükut çökdü. Söhbət üçün hansısa bir mövzu tapmağa
ciddi zərurət vardı. Bu
dar macalda Elizabet Darsini Hartfördşirdə sonuncu dəfə
gördüyü durumu xatırladı və öyrənmək istədi ki, o,
Nezerfilddən qəfləti gedişinin səbəbini necə izah edə
bilər.
— Siz hamınız noyabrda bizim yerləri elə
gözlənilmədən tərk etdiniz ki, mister Darsi! Yəqin ki,
mister Binqli üçün ayrılıqdan az sonra sizin hamınızı
görmək çox xoş sürpriz oldu. Yadıma gəlir ki, onun özü
Londona sizdən cəmi bir gün əvvəl getmişdi, elə deyilmi?
Ümid edirəm ki, o və onun bacıları sizin Londonu tərk
etdiyiniz zaman sağ-salamat idilər?
—
Sizə təşəkkür edirəm, onlar tam sağ-salamatdırlar.
O, hiss etdi ki, mister Darsi bundan artıq bir söz
deməyəcək və qısa pauzadan sonra davam etdi:
downloaded from KitabYurdu.org
242
— Deyilənə görə, mister Binqlinin yenidən
Nezerfilddə məskunlaşmaq istəyi yoxdur, elədirmi?
— Onun bu barədə danışdığını eşitməmişəm. Ancaq Dostları ilə paylaş: |