yazmırdı. Ancaq onun istənilən məktubu, demək olar, hər
bir sətri Ceynin əvvəlki məktubları üçün adi hal olan,
onun qəlbinə hakim kəsilmiş dünyaya və insanlara rəğbət
hissini əks etdirən həyatsevərliyinin yox olmasını
göstərirdi. Qüssəyə bürünmüş hər bir cümləni Elizabet
indi birinci dəfə oxuduğu ilə müqayisədə daha aydın fərq
edirdi. Başqalarının taleyinə bu qədər uğurla müdaxilə
etməsinə görə mister Darsinin utanmaz lovğalığı ona
yazıq bacısının yaşadığı dərd-ələmin dərinliyini daha
kəskin hiss etməyə imkan verirdi. O, səmimi qəlbdən
istəyirdi ki, Darsinin gedəcəyi gün - qalan iki gün
mümkün qədər sürətlə ötüb keçsin. İki həftədən sonra
Ceynlə yenidən görüşəcəyi və bu
zaman onun mənəvi sakitliyinin bərpası üçün, gerçək
downloaded from KitabYurdu.org
256
bağlılığın edə biləcəyi hər şey onun düşüncələrinin
yeganə xoş tərəfi idi.
Mister Darsinin Kentdən gedəcəyi barədə fikirləşən
zaman o, yada salmaya bilmirdi ki, onunla bərabər xalası
oğlu da Kenti tərk etməlidir. Ancaq polkovnik Fitsuilyam
kifayət qədər açıq şəkildə ona eyham etmişdi ki, hər hansı
bir ciddi niyyəti yoxdur. Polkovniklə bir arada olmaq ona
nə qədər xoş olsa da, o, qarşıdan gələn ayrılıqdan ötrü heç
də kefini pozmağa hazırlaşmırdı.
Məhz bu durumu özü üçün tam aydınlaşdırdığı bir
vaxtda o, birdən zınqırovun zəngini eşitdi. Gözlənilməz
qonağın bir dəfə təxminən bu vaxtlar onu ziyarətə gəlmiş
və sağlıq durumunu soruşmaq üçün yenidən gələn
polkovnik Fitsuilyamm özü olduğunu düşünən Elizabet
yüngül həyəcan hiss etdi. Ancaq onun böyük təəccübünə
rəğmən, mister Darsinin otağa girdiyini görəndə
gümanları dağıldı və düşüncələri tamam əks səmtə
yönəldi. Qonaq dərhal onun çaşqınlığı ilə maraqlandı və
öz ziyarətinin səbəbini onun vəziyyətinin yaxşılaşmış
olub-olmamasmı öyrənmək istəyi ilə
izah etdi. Elizabet ona soyuq lütfkarlıqla cavab verdi.
Darsi bir qədər oturdu, sonra qalxdı və otaqda gəzişməyə
başladı. Elizabet çaşıb qalmışdı, ancaq heç nə danışmırdı.
Bir neçə dəqiqəlik sükutdan sonra Darsi cəld ona
yaxınlaşaraq dedi:
— Mənim bütün mübarizəm əbəs oldu! Heç nə
alınmadı. Mən öz hisslərimlə bacarmıram. Bilin ki,
sonsuz dərəcədə sizə valeh olmuşam və sizi sevirəm!
downloaded from KitabYurdu.org
257
Onun bu sözlərinin Elizabeti nə dərəcədə keyitdiyini
təsvir etmək mümkün deyil. Özünü itirmiş və qızarmış qız
ona baxaraq susurdu. Qızın susqunluğundan ümidlənən
Darsi son vaxtlar yaşadığı və onu hər dəqiqə
həyəcanlandıran hər şey barədə danışmağa tələsdi. O,
qeyri-adi hərarətlə danışırdı. Ancaq səsində təkcə
ürəyinin səsi eşidilmirdi: onda ehtiraslı sevgidənsə yaralı
qürurunun səsi daha bərk eşidilirdi. Onun onların arasında
mövcud olan qeyri-bərabərlik, öz adma vurduğu zərər və
öz hisslərini indiyədək açmasına mane olan ailə
mövhumatı barədə həyəcanlı mühakimələri ehtirasının
şiddətini inandırıcılıqla təsdiqləyirdi, ancaq çətin ki, sevgi
etirafına uğurlu yardımçı olaydı.
Mister Darsiyə qarşı dərin nifrətinə baxmayaraq,
Elizabet belə bir insanın sevgisinin onun üçün nə qədər
böyük iltifat olduğunu anlamaya bilməzdi. O, bir dəqiqə
də olsun bu nifrəti qeyb etmədən əvvəlcə onun alacağı
cavabdan necə sarsılacağını dərk edərək, halına müəyyən
mənada acıyırcasına düşündü. Ancaq Darsinin sonrakı
mühakimələri qızı o qədər hiddətləndirdi ki, qəzəb hissi
onun ürəyindəki hər cür mərhəməti sıxışdırıb çıxardı. Öz
hirsini cilovlamaq qərarına gələn Elizabet, o danışıb
qurtardıqda mümkün qədər sakit cavab verməyə
hazırlaşdı. Sözünün sonunda mister Darsi ümidvar
olduğunu bildirdi ki, miss Bennetin onun əlini qəbul
etmək razılığı öz ürəyində əbəs yerə boğmağa çalışdığı
sevgi iztirablarına görə aldığı mükafat olacaq. Elizabetin
rədd cavabı verə biləcəyi açıq-aşkar onun ağlına gəlmirdi.
downloaded from KitabYurdu.org
258
Qızın verəcəyi hökmü necə həyəcanla gözlədiyini izah
edərkən Darsi özünün bütün görkəmi ilə cavabın əlverişli
olacağına əminliyini nümayiş etdirirdi. Bütün bunlar
Elizabetin qəlbində yalnız daha böyük hiddət doğururdu.
Darsi susan kimi o, qeyzlə dedi:
— Sizin bəslədiyiniz hisslərin, onların ünvanlandığı
insan tərəfindən bölüşüb-bölüşülməyəcəyindən asılı
olmayaraq, güman edirəm ki, minnətdarlıqla qəbul
edilməsi
normaldır. Minnətdarlıq insan təbiətinə
məxsusdur və onu hiss etsəydim, bu dəqiqə sizə deyərdim.
Ancaq mən bu hissi keçirmirəm. Heç vaxt sizin
rəğbətinizi qazanmağa çalışmamışam və bu mənim
iradəmə zidd olaraq yaranıb. Kim olursa olsun, ona ağrı-
acı verəndə üzülürəm. Mən bu sevgini sizdə tamamən
istəmədən doğurmuşamsa, ümid edirəm, o, uzunömürlü
olmayacaq.
Dediyiniz
kimi,
uzun
müddət
sizi
meylinizdən vaz keçirən mülahizələr bu izahatdan sonra
çətinlik olmadan onu dəf etməkdə yardımçınız olacaq.
Mister Darsi buxanya dirsəklənərək həyəcanla
Elizabetə baxırdı. Qızın sözləri onu heyrətləndirdi və
incitdi. Onun sifətinin rəngi qaçdı və üzünün hər bir
cizgisi son dərəcə çaşqın olduğunu büruzə verirdi. O,
zahiri sakitliyini qoruyub saxlamağa çalışdı və özünü ələ
almağa qadir olduğunu hiss edincəyə qədər bir söz dilə
gətirmədi. Yaranmış pauza Elizabetə
əzabverici görünürdü. Nəhayət, o, tamamilə təmkinli
tonda dedi:
— Sizdən almaq şərəfinə nail olduğum cavab bununla
downloaded from KitabYurdu.org
259
tükənir? Lütfən, mən sizin ən azı nəzakət donu
geydirməyə çalışmadığınız rədd cavabınızın səbəbini
öyrənə bilərəmmi? Ancaq bu, əhəmiyyət kəsb etmir!
Elizabet cavab verdi:
— Eyni haqla mən də sizin məni öz iradənizə,
düşüncənizə və hətta bütün öz istəklərinizə zidd olaraq
sevdiyinizi məni açıq-aşkar təhqir etmək və alçaltmaq
niyyəti ilə elan etməyinizin səbəbi barədə soruşa bilərdim.
Gerçəkdən də sizinlə kifayət qədər nəzakətli olmadımsa,
bu mənə müəyyən qədər haqq qazandırmırmı? Ancaq
mənim başqa səbəblərim də var. Siz onlar barədə
bilirsiniz. Mənim bütün duyğularım sizə qarşı üsyan
etməsəydi, mən sizə etinasız yanaşsaydım, hətta sizə
rəğbət bəsləsəydim, doğrudanmı hər hansı bir mülahizə
məni doğma bacımın, bəlkə də çarəsiz bədbəxtliyinin
səbəbkarı olan insanın əlini tutmağa vadar edə bilərdi?
Onun bu sözlərini eşidən zaman mister Darsinin sifəti
dəyişdi. Ancaq onu bürüyən həyəcan tezliklə keçdi və o,
Elizabeti, sözünü kəsmədən dinlədi. Bu vaxt qız sözlərinə
davam edirdi:
— Sizin barənizdə pis rəyə gəlmək üçün mənim bütün
əsaslarım var. Sizin mister Binqli və mənim bacımın
arasının pozulmasına gətirib çıxarmış pisniyyətli və
nanəcib müdaxiləniz heç bir motivlə bəraət qazana
bilməz. Siz bu pozuluşmanm, yeganə olmasa da, əsas
səbəbkarı olduğunuzu inkar etməyəcəksiniz, buna
cürətiniz çatmayacaq. Bu üzdən Binqli yüngüllük və
dəyişkənlikdə ittiham qazandı, Ceyn isə gerçəkləşməyən
downloaded from KitabYurdu.org
260
ümidlərinə görə — rişxənd. Onlar ikisi də özlərini
bədbəxt hiss etməyə bilməzlər.
O dayandı və hiddətlə fərq etdi ki, Darsi olub-
bitənlərə görə heç bir peşmançılıq büruzə vermədən onu
dinləyir. Əksinə, o, hətta ona xəyali etimadsızlıq
təbəssümü ilə baxırdı.
—
Təsdiq edə bilərsinizmi ki, bunda sizin əliniz
olmayıb?
— Elizabet təkrar etdi.
Onun cavabı tamamilə sakit oldu:
— Mən dostumu sizin bacınızdan ayırmaq üçün
imkanlanm daxilində olan hər şey etdiyimi, yaxud da öz
səylərimin uğurundan məmnunluğumu inkar etmək
niyyətində deyiləm. Mən Binqlinin qayğısına özümdən də
yaxşı qalmışam.
Elizabet özünü elə göstərdi ki, sanki bu nəzakətli
qeydi eşitmədi. Ancaq bu sözlərin mənası onun
diqqətindən yayınmadı və çətin ki, onun hiddətini hər
hansı bir şəkildə səngidə bilərdi.
— Ancaq mənim sizə nifrətim, — qız davam etdi, —
təkcə bu hadisəyə əsaslanmır. Sizin haqqınızda rəyim
daha əvvəllər formalaşıb. Sizin xasiyyətiniz mənim üçün
beş-altı ay əvvəl mister Uikhemdən eşitdiyim hekayətdən
sonra açılıb. Bu barədə nə deyə bilərsiniz? Bu hadisədə
özünüzə hansı dostluq yardımı ilə haqq qazandıra
bilərsiniz? Yaxud da hərəkətləriniz barədə kimin yanlış
yozumunun arxasında gizlənməyə cəhd edəcəksəniz?
— Siz bu centlmenin taleyini ürəyinizə çox yaxın
downloaded from KitabYurdu.org
261
qəbul edirsiniz, — Darsi artıq daha az təmkinli tonda qeyd
etdi.
— Onun itkiləri kimə qarşı edilsəydi, o şəxs buna
laqeyd qala bilərdimi?
— Onun itkiləri? — Darsi ikrahla təkrar etdi. —
Yaxşı, onun itkiləri həqiqətən də böyükdür.
— Bunda isə günahkar sizsiniz! — Elizabet
qızğınlıqla səsləndi. — Siz onu yoxsulluğa düçar etdiniz,
bəli, bunu yoxsulluq adlandırmaq olar. Siz, bir başqası
yox, məhz siz onun ümid etməyə haqqı çatdığı
müavinətlərdən məhrum etdiniz. Siz onun həyatının ən
yaxşı illərini və həm hüququna, həm də xidmətinə görə
ona məxsus olan müstəqilliyi əlindən aldınız. Bütün
bunlar sizin əməlinizdir! Bununla belə, siz hələ onun
aqibətinə gülməyi özünüzə rəva görürsünüz?!
— Demək, mənim barəmdə bu cür mühakimə
yürüdürsünüz!
— Darsi tez-tez küncdən-küncə
addımlayaraq səsləndi. — Mənim barəmdə belə
düşünürsünüz! Açıq danışdığınız üçün təşəkkür edirəm.
Sizin mühakimənizə görə, mən doğrudan da, tam
günahkaram. Ancaq ola bilər,
— dayanıb gözünü ona zilləyərək dedi, — şübhələrimə və
hisslərimi dilə gətirməyimə mane olan daxili mübarizəmə
adi
etirafım sizin qürurunuza toxunmasaydı, günahlarım
bağışlanardı. Bunu səbirli şəkildə sizdən gizləməsəydim,
bu qədər ağır ittihamlardan qaça bilərdimmi? Mən sizi
hüdudsuz sevgimə inandıraraq sizə qılıqlansaydım,
downloaded from KitabYurdu.org
262
ziddiyyətlər, məntiq dəlilləri və dünyəvi şərtlər onu
zədələməzdi? Ancaq saxtakarlıq mənim üçün iyrəncdir.
Mən sizə açıb danışdığım hisslərimdən utanmıram. Onlar
təbii və haqlıdır. Siz gözləyə bilərdinizmi ki, daim içində
olduğunuz insanlar çevrəsi mənə xoş olacaq? Yaxud da
ictimai pilləkəndə məndən bu qədər aşağıda dayanan
insanlarla qohum olduğum üçün özümü təbrik
etməliyəm?
Elizabetin hiddəti hər dəqiqə artırdı. Ancaq qız ona
cavab verərkən hər vəchlə zahiri sakitliyini qorumağa
çalışırdı.
— Sizin eşq elanınızın manerasının mənim cavabıma
təsir etdiyini düşünərkən, dərindən yanılırsınız, mister
Darsi. Əgər siz özünüzü alicənab insanlara layiq şəkildə
aparsaydınız, maneranız məni sizə duyacağım acıma
hissindən xilas edərdi.
Elizabet fərq etdi ki, bu sözlər onu səksəndirdi. Ancaq
o susdu, Elizabet isə davam etdi.
— Siz mənə evlilik təklifini hər hansı bir manerada
etsəydiniz də, onsuz da qəbul edə bilməzdim.
Onun sifətində yenidən təəccüb ifadəsi yarandı.
Elizabet danışdığı müddətdə Darsi ona etimadsızlığın və
çaşqınlığın qarışığı olan ifadə ilə baxırdı.
— Lap əvvəldən deyə bilərdim ki, tanışlığımızın ilk
dəqiqəsində
davranışınız
mənə
sizin
qürrəniz,
təkəbbürünüz və ətrafmızdakıların hisslərinə tam
laqeydliyiniz barədə kifayət qədər dəlillər verdi. Sizə
nifrətim hələ onda yaranmışdı. Ancaq sonrakı hadisələrin
downloaded from KitabYurdu.org
263
təsiri ilə o qarşısıalınmaz oldu. Görüşümüzdən sonra bir
ay belə keçməmiş mən artıq aydın şəkildə dərk edirdim
ki, bu dünyadakı bütün insanların içində ən az siz mənim
ərim ola bilərsiniz.
— Siz kifayət qədər çox danışdınız, xanım. Sizin
hisslərinizi anlayıram və mənə yalnız öz hisslərimə görə
xəcalət çəkmək qalır. Bağışlayın ki, bu qədər vaxtınızı
aldım, sizə səmimi qəlbdən dilədiyim sağlamlıq və
firavanlıq arzularımı qəbul edin.
Bu sözləri deyərək Darsi otağı tərk etdi və bir an sonra
Elizabet onun giriş qapısını açaraq evdən çıxdığını eşitdi.
Qızın bütün duyğulan olduqca qarışıq haldaydı. Özünü
daha artıq saxlamaq gücü qalmayan Elizabet kresloya
çökdü və tamamilə taqətsiz şəkildə yarım saat ağladı. O,
bir az öncə baş verən səhnənin təfərrüatını yaddaşında
yenidən və bir daha canlandırdı. Və onun təəccübü
arasıkəsilmədən artırdı. Ona evlilik təklifini mister Darsi
etmişdi! Mister Darsi neçə aylarmış ki, ona vurulubmuş!
O qədər vurulub ki, səbəb göstərərək Binqli və Ceynin
evliliyini pozduğu, ancaq onun özü üçün də ən azı eyni
əhəmiyyətli bütün əngəllərə zidd olaraq onunla evlənmək
qərarına gəlib! Bütün bunlar ağlasığmaz görünürdü.
İstəmədən bu qədər güclü bir sevdanın predmeti olmaq,
əlbəttə, böyük lütf idi. Ancaq qürur, mister Darsinin
məğrurluğu, onun Ceynin taleyinə müdaxiləsi ilə
utanmaz-utanmaz öyünməsi, hər şeyi düzgün etdiyinə
bağışlanmaz əminliyi, Uikhem barədə danışarkən
hissiyyatsız manerası və bu gəncə münasibətdə özünün də
downloaded from KitabYurdu.org
264
danmağa cəhd etmədiyi qəddarlığı - bütün bunlar
onun ürəyində Darsinin sevgisinə dair bir anlığa yaranmış
düşüncədən doğan hər cür acıma hissini tezcə yatırdırdı.
Elizabet baş verənlər barədə qızdırmalı kimi
düşünməkdə davam edərkən, yaxınlaşmaqda olan
ekipajın səsi ona Şarlottanın onu görə biləcəyini xatırlatdı
və tələsik halda öz otağına getməyə vadar etdi.
XII
FƏSİL
Ertəsi gün səhər Elizabet dünən gecə gözünü yumduğu
vaxt keçirdiyi hisslər və düşüncələrlə oyandı. Əvvəlki
kimi o, heyrətdən özünə gələ bilmirdi. Başqa bir şey
barədə fikirləşmək heç cür mümkün deyildi. Hər hansı bir
işin qulpundan yapışa bilməyən Elizabet səhər
yeməyindən dərhal sonra gəzintiyə çıxmaq qərarına gəldi.
Öz sevimli xiyabanına çatdıqda o, mister Darsinin hərdən
onu burada gördüyünü xatırlayıb xırp dayandı və parka
daxil olmaq əvəzinə parkı haşiyəyə alan və yoldan
uzaqlaşdıran cığıra doğru yönəldi. Tezliklə Elizabet
parkın hasarında yan qapılarından birinin yanından ötüb
keçdi.
O, bir neçə dəfə gözəl səhər çağından zövq ala-ala
cığırla o başabu başa gedib-gəldi, arada darvazanın
özündə dayanıb parka boylandı. Kentdə keçirdiyi beş
həftə ərzində təbiət xeyli dəyişmişdi və indi hər gün erkən
yaşıllaşmış ağaclarda təzə yarpaqlar açılıb böyüyürdü.
Parkın dərinliyinə getmək istəmişdi ki, birdən ağac
cərgələrinin hasarının yanındakı
adamı gördü. O, qıza tərəf gəlirdi. Adamın mister Darsi
downloaded from KitabYurdu.org
265
olacağından qorxan Elizabet tez-tələsik əks tərəfə keçdi.
Ancaq adam artıq onu görüb tanıyacaq qədər
yaxınlaşmışdı və adını çağıraraq Elizabetə doğru
yaxınlaşırdı. Arxasından gələn səsi eşidən Elizabet mister
Darsinin səsini tanısa da, addımlarını yeyinlədib parkın
darvazasına san yönəldi. Mister Darsi onunla eyni
zamanda ora çatdı və ona məktub uzatdı. Qız məktubu
mexaniki şəkildə götürdükdə Darsi əmin-arxayın tonda
dedi:
— Mən sizi görmək ümidi ilə çoxdandır bağda
dolaşıram. Bu məktubu oxuyaraq mənə şərəf
verərsinizmi?
Bunu deyəndən sonra o, yüngülcə təzim etdi, parkın
dərinliyinə buruldu və tezliklə ağaclann arasında
görünməz oldu.
Heç bir xoş şey gözləməsə də, marağın çulğadığı
Elizabet zərfi açdı və daha böyük təəccübünə rəğmən iki
vərəq poçt kağızında zərif xətlə yazılmış məktub gördü.
Vərəqin zərf rolu oynayan arxa hissəsi də büsbütün
yazılmışdı. Xiyabanla asta addımlarla getməkdə davam
edərək o, oxumağa başladı.
Məktub səhər saat 8-də yazılmışdı və özündə aşağıdakı
məzmunu daşıyırdı:
“Xanım, bu məktubu aldıqda həyəcanlanmayın - bu,
nə həmin hisslərin təkrar ifadəsi, nə də dünən axşam Sizdə
o qədər şiddətli narazılıq doğuran təklifin yenilənməsidir.
Mən bunu Sizi azacıq da olsun incitmək və ya hər ikimizin
sakitliyi üçün mümkün qədər tezliklə unudulmalı olan
downloaded from KitabYurdu.org
266
niyyətimi xatırladaraq özümü alçaltmaq istəmədən
yazıram. Əgər mənim xasiyyətimin özəlliyi məktubun
yenə də yazılmasını və oxunmasını tələb etməsəydi, bu
məktubun yazılması və oxunması üçün zəruri olan
səylərdən qaçmaq olardı. Ona görə də mənə müəyyən
vaxt ayırmağınızı xahiş edərkən göstərdiyim ərkyanalıq
üçün məni bağışlamalısınız. Bilirəm, Sizin hissləriniz
buna üsyan edəcək, ancaq mən Sizin ədalətinizə ümid
edirəm.
Siz dünən mənə qarşı iki müxtəlif səciyyəli və
ağırlığına görə müqayisəolunmaz ittiham irəli sürdünüz.
Birincisi ondan ibarət idi ki, mən miss Beıuıet və Mister
Binqlinin hissləri ilə hesablaşmayaraq iki sevgilini bir-
birindən ayırmışam,
ikincisi isə üzərimə düşən vəzifənin, şərəf borcunun və
insaniyyətin ziddinə olaraq, mister Uikhemin rifahını
pozmağını və onun gələcəyə ümidlərini məhv etməyim
barədə idi. Uşaqlıq dostunu, atanuı hər kəs tərəfindən
bilinən sevimlisini, yeganə dolanışıq mənbəyi mənim
idarəmdə olan kilsə olmalı olan və bu kilsənin tək ona
qismət olacağı düşüncəsi ilə böyüyən bir gəncə qəsdən və
qaba şəkildə sayğısızlıq edərək yiyəsiz qoymaq elə bir
cinayət olardı ki, onunla müqayisədə bir neçə həftəlik
qai'şılıqlı simpatiyadan sonra iki gənci ayırmaq sırf oyun-
oyuncaq kimi görünərdi. Ümidvaram ki, mənim
hərəkətlərimin və onların səbəblərinin aşağıdakı izahatını
oxuyaraq və bütün durumu nəzərə alai'aq bundan belə
məni dünən axşam asanlıqla etdiyiniz kimi sərt şəkildə
downloaded from KitabYurdu.org
267
mühakimə etməyəcəksiniz. Ola bilər hərəkətlərimin izharı
zamanı Sizin duyğularınıza rəhm etmədən öz baxışlarımı
ifadə etməli olacağam - buna görə əvvəlcədən məni
bağışlamağınızı istəyirəm. Mən zərurətə tabe oluram, ona
görə də bu barədə sonrakı peşmançılığın bir mənası
yoxdur. Bizim Harlfördşirə gəlişimizdən tezliklə sonra
mən,
bir çox başqaları kimi, fərq etdim ki, Binqli Sizin bacınızı
yerli cəmiyyətdəki bütün gənc qadınlai'dan üstün tııtıır.
Ancaq düz Nezerfilddəki bala qədər ağlıma gəlmədi ki,
onların arasında ciddi bağlılıq yai'ana bilər. Dostam
əvvəllər də gözümün önündə vurulmuşdu. Yalnız həmin
balda mən Sizinlə rəqs etmək şərəfinə malik olanda ser
Uilyam Lukasuı təsadüfi qeydindən sonra ilk dəfə
anladım ki, Binqlinin miss Bennetə meyli onların
arasındakı nikaha ümumi ümidlər doğurub. Ser Uilyam bu
barədə həll edilmiş məsələ kimi danışırdı - elə görünürdü
ki, yalnız toy gününü təyin etmək qalıb. Bu dəqiqədən
başlayai'aq mən dostumun davranışına göz qoymalı
oldum. Yalnız o zaman aşkar etdim ki, onun miss Bennetə
olan duyğuları bütün əvvəlki sevdalarını üstələyir. Sizin
bacınızı da ondan az olmayan diqqətlə müşahidə edirdim.
Onun maneraları və davranışı həmişəki kimi, mehriban,
şən, birbaşa görünürdü və qəlbində ciddi bir şəkildə
vurğunluq olması barədə düşünməyə heç bir səbəb
vermirdi. Bütün axşam ərzində mən ona göz qoyaraq bu
qərara gəldim ki, miss Bennet mister Binqlinin ona
pərəstişkarlıq etməsini
downloaded from KitabYurdu.org
268
həvəslə qəbul edir, ancaq özü ona dərin duyğular
bəsləmir. Bir halda ki, Sizin məlumatınız başqa şeydən
bəhs edir, görünür, mən yanılmışam. Siz bacınızı daha
yaxşı tanıyırsınız və ona görə də yəqin elədir ki, var.
Gəldiyim yanlış qənaət nəticəsində Sizin bacınıza qəlb
yarası vurmuşam və Sizin narazılığınız tamamən əsaslı
görünür. Ancaq özümə qismən bəraət qazandırmaq
imkanını qaçırmaq istəmirəm və bildirirəm ki, Sizin
bacınız özünü heyrətamiz dərəcədə təmkinli aparırdı və
öz rahat tövrü ilə ən diqqətli müşahidəçiyə belə düşünmək
imkanı verirdi ki, yumşaq xasiyyətinə baxmayaraq, o,
kifayət qədər soyuq və möhkəm ürəklidir. Təbii ki, mən
onun mister Binqliyə laqeydliyi barədə nəticəyə gəlmək
istədim. Ancaq iddia etməyə cəsarət göstərirəm ki, mənim
müşahidə və qənaətlərim öz istək və əndişələrimdən nadir
hallarda asılı olur. Mən bu qərara gəldim ki, onun ürəyi
Dostları ilə paylaş: |