Birləşmiş Krallıqda medea layihəsi çərçivəsində partnyor universitet koordinatorlarının görüşündə atu da təmsil olunub



Yüklə 279,15 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix01.04.2017
ölçüsü279,15 Kb.
#13045
  1   2   3   4

Birləşmiş Krallıqda 

MEDEA layihəsi 

çərçivəsində 

partnyor universitet 

koordinatorlarının 

görüşündə ATU da təmsil 

olunub

Əczaçılıq fakültəsində Novruz 

şənliyi

5

 

 



 

 

 



                  

Qəzet 1933 -cü ildən çıxır.                 № 06 (1603) 31 mart 2015 - ci il                           Qiyməti 40 qəpik



Əsaslı Kitabxananın 

ötən ilki fəaliyyəti 

uğurlu olmuşdur

7

 Azərbaycan Respublikasının 

Prezidenti İlham ƏLİYEV

:

«...Erməni millətçilərinin saxta soyqırımı təbliğatı 

və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi 

və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil 

rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli 

və dini qarşıdurmanı təşviq edir. Lakin Ermənistan 

dövlətinin və erməni lobbisinin təcavüzkar siyasəti 

iflasa məhkumdur. Son illərin təcrübəsi göstərir ki, 

erməni  işğalçılarının  və  onların  havadarlarının 

imkanları  getdikcə  daralmaqdadır.  Bu  siyasətə 

qarşı  geniş  iqtisadi  potensiala  malik  qüdrətli 

Azərbaycan  dövləti,  onun  siyasi  nüfuzu,  dünya 

azərbaycanlılarının  və  Azərbaycanın  dostlarının 

getdikcə  möhkəmlənən  həmrəyliyi,  nəhayət,  güclü 

Azərbaycan  ordusu  dayanır.  Biz  dünya  siyasətinə 

ciddi  təsiri  olan  böyük  dövlətlərlə  müntəzəm  və 

məhsuldar  iş  aparır,  onilliklər  boyu  formalaşmış 

stereotipləri,  yanlış  yanaşmaları  dağıtmağa 

çalışır  və  çox  hallarda  buna  müvəffəq  oluruq. 

İkili  standartlara  və  ermənipərəst  qüvvələrin 

təzyiqlərinə  baxmayaraq  beynəlxalq  ictimaiyyət 

aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf 

etməli olur

...Biz  yalnız  tarixi  ədalətin  və  həqiqətin  bərpa 

olunmasını,  dünyanın  heç  bir  yerində  belə  faciəli 

hadisələrin 

təkrarlanmayacağına 

təminat 

verilməsini  istəyirik.  Bunun  əksinə,  işğalçı 

Ermənistanda  iqtisadi  və  mənəvi-siyasi  tənəzzül 

getdikcə dərinləşir, sosial problemlər və demoqrafik 

vəziyyət  gərginləşir.  Ermənistan  təcavüzkar 

siyasəti ilə özünü bütün regional layihələrdən təcrid 

etmişdir. Bu ölkədəki siyasi böhran, antidemokratik 

proseslər  onun  rəhbərliyinin  uzağı  görməyən, 

təcavüzkar siyasətinin nəticəsidir, erməni xalqının 

geniş  dairələrinin  hakimiyyətə  etimadsızlığının 

göstəricisidir. Ermənistan rəhbərliyi öz təcavüzkar 

və  davakar  siyasətindən  nə  qədər  tez  imtina  etsə, 

qonşularla  siyasətini  əməkdaşlıq  və  qarşılıqlı 

hörmət  prinsipləri  əsasında  qursa,  bu,  onun  özü 

üçün bir o qədər yaxşı olar....»

6

BU  SAYIMIZDA

“ATU-nun elektron mikroskopiya 

laboratoriyasının hesabatı, onun 

biologiya və təbabətdə tətbiq 

imkananları” müzakirə edilib

2

ATU-da beynəlxalq konfrans keçirilib

31 

МАРТ АЗЯРБАЙЪАНЛЫЛАРЫН СОЙГЫРЫМЫ GÜNÜDÜR!

3

4

YAP-ın ATU üzrə gənclər birliyinin 

hesabat-seçki konfransında

http://www.amu.edu.az

31 mart  2015-ci il

2

Sözünə  davam  edən  rektor  bil-



dirdi  ki,  rəhbərlik  əməkdaşların 

maddi 


rifahının 

yaxşılaşdırılması 

istiqamətində    daim  lazımi  tədbirlər 

həyata  keçirib.  Və  görülən  işlərin 

davamı  kimi  belə  qərara  gəlinib  ki,  

bu  bayram  ərəfəsində    universitet 

tərəfindən  əməkdaşlara  verilən  əlavə 

əmək  haqqının    qaldırılması  kollektiv 

üçün    ikiqat  bayram  sevincinə  səbəb 

olar.  Bunun  üçün  də  aprelin  1-dən 

etibarən ATU-da inzibati idarəetmədə 

çalışan  rəhbər  heyətin,  fakültə  de-

kanlarının  və  dekan  müavinlərinin, 

kafedra 


müdirlərinin, 

professor-

müəllim  heyətinin,  o  cümlədən  digər 

əməkdaşların  da  aylıq  məvacibi  artı-

rılıb.  Rektorun  sözlərinə  görə    bu  ar-

tım miqdarına görə indiyə qədər olan 

artımlardan  fərqlənir.  Belə  ki,  fakültə 

dekanları  1450,    kafedra  müdirləri 

1300,  professorlar  1200,  dosentlər 

1050, baş müəllim 810, assistentlər və 

müəllimlər 750 manat əmək haqqı ala-

caqlar. Ümumilikdə bu artım universi-

tetin bütün əməkdaşlarına- 1200 nəfər 

professor-müəllim  heyətinə    şamil  

edilib.  Beləliklə,  Tibb  Universitetində 

çalışan  professor-müəllim  heyətinin 

orta  aylıq    əmək  haqqı    1100  mana-

ta  çatdırılıb.      Artırılanların  sırasında  

elə  kateqoriyalar  var  ki,  onlarda  45% 

artım olub. Sözünə davam edən aka-

demik Ə.Əmiraslanov dedi ki, bu gün  

Tibb  Universitetinin  hazırkı  vəziyyəti, 

klinikalarımızın  fəaliyyəti,  bütövlükdə 

əldə  olunan  nailliyyətlər  bizə  imkan  

verir  ki,  əməkdaşlarımızın  maddi-  so-

sial  həyatını  gücləndirək,  onların    iş 

şəraitini  yaxşılaşdıraq.  “İndi  klinik  ka-

fedralar  əldə  etdikləri  vəsaitlə  müasir 

texniki  avadanlıqlarla  təmin  olunub. 

Artıq  maliyə  durumumuz  bizə  imkan 

verir  ki,  nəzəri  kafedralara  da    lazım 

olan zəruri  avadanlıqlar alaq, onlarda 

da müəyyən təmir işləri aparaq.” 

Sonra şura üzvləri bu günlərdə dün-

yasını dəyişən ağciyər xəstəlikləri ka-

fedrasının  müdiri,  professor  Namiq 

Abbasovun xatirəsini bir dəqiqəlik sü-

kutla yad etdilər. 

Bundan  sonra  iclasın  gündəliyinə 

daxil  edilən  “ATU-nun  elektron  mik-

roskopiya  laboratoriyasının  hesabatı, 

onun  biologiya  və  təbabətdə  tətbiq 

imkananları” mövzusunda Histologiya, 

embriolgiya  və sitologiya kafedrasının  

müdiri,  professor  Eldar  Qasımovun  

məruzəsi dinlənildi.

Hesabatını 

əsasən 


slaydlar  

vasitəsilə  diqqətə  çatdıran  məruzəçi 

tarixə  ekskurs  edərək  bildirdi  ki,  hələ  

keçən  əsrin  50-ci  illərindən    başlaya-

raq  elektron  mikroskopun    morfolo-

giyada    tətbiqi  sahəsində    əldə  olun-

muş  məlumatlar    bioloji  elmləri  tam 

yeni    səviyyəyə  qaldırmışdır.    Belə 

ki,  qısa  zaman    ərzində  istər  bitki, 

istərsə    də  heyvan  hüceyrələrinin  

əsas  kompartmentləri    olan  hüceyrə 

zarının,  sitoplazmanın    (onun  tərkib  

hissələri olan orqanellərin,  sitoskelet 

elementlərinin)    və  nüvənin  submik-

roskopik    səviyyədə  tədqiqi  həyata  

keçirilməyə  başlanılır.    Əldə  olunmuş 

məlumatlar    ilk  vaxtlar  dünyanın  ən  

məşhur  elmi  dərgilərində    məqalələr 

şəklində,  sonralar    isə  elmi  işçilərin 

və  tələbələrin stolüstü kitabları  olan 

monoqrafiyalar  və dərsliklər şəkilində  

dərc  olunurlar.  Son  10  il    ərzində 

dərc  olunan  dərslik    və  monoqrafiya-

ların  hamısında    müxtəlif  tip  elektron  

mikroskopları  ilə  çəkilmiş    şəkillər 

üstünlük  təşkil    edirlər.  Hal-hazırda 

istifadə  olunan mikroskopik texnikalar  

içərisində  elektron    mikroskopunun 

imkanlarını    ABŞ-ın  Kaliforniya  Uni-

versitetinin  əməkdaşları  G.A. Perkins 

və  b.  (2009)    belə  səciyyələndirirlər:  

“Müasir  flüoressent  konfokal    mikros-

kopların  köməkliyi ilə nişanlanmış  zü-

lalların  hüceyrə  daxilində    hərəkətini 

belə  izləmək    mümkün  olsa  da, 

böyütmə  imkanı məhdud olduğundan  

orqanellərin  ultrastrukturunu    tədqiq 

etmək imkanı  vermir. Sonuncu imkan 

ancaq  üçölçülü elektron mikroskopu-

nun  (elektron tomoqrafiyası)  vasitəsilə 

tam  dəqiqliklə həyata keçirilə  bilir”.

Bioloji  elmlər  sahəsində  müasir  

istiqamətlərdən biri müxtəlif  şəraitlərdə 

(yaşla əlaqədar, eksperimental  və pa-

toloji vəziyyətlərdə)  hüceyrələrin ölüm 

formalarının    müəyyən  edilməsidir. 

Bu    sahədə  çox  həssas  flüressent,  

immunhistokimyəvi  və  s.  metod-

lar    kəşf  olunmasına  baxmayaraq,  

hüceyrələrin ölüm formalarının  aşkar 

edilməsinin  “qızıl  standartları”    hələ 

də elektron mikroskopik  tədqiqatların 

nəticələrinə  əsasən    müəyyən  edilir 

(S.C.Taatjes  et  al.,    2008;  A.Tinari  et 

al., 2008).  

Müasir  elektron  mikroskopunun  

əldə  olunmasının  aktuallığının  bi-

rinci    göstəricisi  respublikada  işlək  

vəziyyətda olan bu tip aparatın olma-

masıdır.  Sözünə davam edən E. Qası-

mov vuğuladı  ki, keçən əsrin 70-80-cı 

illərində  AMEA-nın bir çox institutları 

və  Azərbaycan Tibb Universiteti üçün  

keçmış SSR-də, Çexoslovakiyada  və 

Yaponyada  istehsal  olunmuş    10-dan 

çox TEM əldə edilmişdir.  Hal-hazırda 

onlardan biri də  işlək vəziyyətdə de-

yildir.  Bununla    bərabər  o  dövrlərdə 

əldə  edilmiş    TEM  seriyaları  müasir 

tələblərə cavab  vermədiyindən və ar-

tıq istehsal  olunmadığından respubli-

kada olanların  təmirini təşkil etmək də 

mümkün  deyil.  

Respublikada  elektron  mikrosko-

pu    vasitəsilə  yerinə  yetirilmış    işlərin 

səthi analizi göstərir ki,  Sovetlər birli-

yi  dövründə  çox  sayda    elmi-tədqiqat 

idarələrinin TEM əldə  etməsi heç də 

özünü  dogrultmamışdır.    Bu  mənada 

respublikada 

muasir 

 

tələblərə 



cavab  verən  elektron  mikrosko-

pik    mərkəzlərin  yaradılması    daha 

məqsədəuyğun olar. Misal üçün  qeyd 

etmək  olar  ki,  böyük  elmi  potensia-

la    malik,  295  institut  və  klinikaları  

özündə  birləşdirən,  7  fakültəsi    olan 

Surix Universitetində ancaq bir  “Mik-

roskopiya və təsvirin analizi  mərkəzi” 

fəaliyyət  göstərir.  Özü  də    həmin 

mərkəz TEM-lə yanaşı, butun  müasir 

mikroskop  növləri,  köməkçi    cihaz  və 

materiallarla tam təhciz  olunmuşdur.  

Sözünə  davam  edən  natiq  dedi 

ki,  biologiya  və  tibb  sahəsində  mü-

asir    tələblərə  cavab  verən,  impakt  

faktoru  yüksək  olan  jurnallarda  çap  

olunan  elmi-tədqiqat  işlərinin  böyük  

əksəriyyəti müxtəlif növ elektron  mik-

roskopik texnikaların vastəsilə  yerinə 

yetirilir.  Respublikada  bu    tipdə  işlək 

vəziyyətdə  olan  cihazın    olmaması 

morfologiya  sahəsində    texniki  geri-

qalmaların  dərəcəsini    günu-gündən 

artırırdı.  Azərbaycan    Respublikası-

nın  Prezidenti  yanında    Elmin  İnkişa-

fı  Fondu    2011-ci    ildə  Gənc  alim  və 

mutəxəssislərin    1-ci  musabiqəsində, 

qısa müddət  ərzində əhəmiyyətli elmi 

nəticələrin    alınmasını  stimullaşdır-

maq  məqsədilə,    “Biologiya,  tibb  və 

aqrar  elmləri” üzrə 1 000 000 manat  

məbləğində Pilot layihəsi elan etmişdi.  

AMEA – nın Tibb və Biologiya Elmləri  

Bölməsinin akademik-katibi, akademik  

Əhliman  Əmiraslanovun    göstərişi  ilə 

Azərbaycan Tibb Universitetinin  “his-

tologiya,  embriologiya    və  sitologiya, 

“patanatomiya”  kafedralarının, AMEA-

nın Generik  Ehtiyatlar, Botanika, Zo-

ologiya,    Mikrobiologiya,  Fiziologiya 

institutları  əməkdaşlarından ibarət işci 

qrup  “Respublikada biologiya və tibb  

sahəsində  ultrastruktur  tədqiqtların  

müasir  səviyyədə  təşkili  üçün  Trans-

missiya    Elektron  Mikroskopunun,  

müvafiq cihaz, avadanlıq və material-

ların    alınması”  pilot  layihəsini  tərtib  

edib  EİF-ə  təqdim  etdi.  Göstərilən  

pilot  layihəsi  EİF  səhmdarlar  şura-

sının    qərarı  ilə  qalib  elan  edildikdən  

sonra  çox  gərgin  fəaliyyət,  ələlxüsus  

EİF  əməkdaşlarının  opera tiv  işləri  

nəticəsində  2012-ci  ilin  dekabr    ayın-

da  Yaponyanın  JEOL  firmasının    is-

tehsalı  olan  JEM-1400  transmissiya  

elektron  mikroskopu,  Almaniyanın 

LEİCA  firmasının    istehsalı  olan  Ult-

racut  EM  UC7    markalı  ultramikroto-

mu,  Leica  EM    KMR3  markalı    şüşə 

bıçaq    düzəldəni  və  lazımı  reaktivlər 

əldə    olunmuşdur.  Pilot  layihəsinin 

icrası  bizim universitetə həvalə olun-

duğundan    bu    sadalanan  aparatura  

və  ləvazımatlar    ATU-nun    4-cü  kor-

pusunun    birinci    mərtəbəsində  ayrıl-

mış xüsusi  otaqlarda yerləşdirilmişdir. 

2013-cü  ilin  fevral    ayından  elektron 

mikroskopu  və    əlavə  avadanlıqların 

hamısı işlək  vəziyyətdədir. Bu apara-

turalar vasitəsi  ilə onurğa beyninin ağ 

maddəsinin  işıq mikroskopunda, baş-

beyin qişasının,  dişli bağın və Gangu-

leterakis  dispar parazitinin orta bağır-

sağının    isə  elektron  mikroskopunda 

çəkilmiş  şəkilləri nümayiş etdirilir .  

Tərtib  olunan  layihənin  məqsədi  

göstərilən    sahələrdə  elmi-tədqiqat  

işləri  aparan  əməkdaşların  birgə  

istifadəsi üçün Transmission Elektron  

Mikroskopu (TEM), köməkci  avadanlıq 

və materialların alınmasıdır.  Layihədə 

nəzərdə  tutulmuş  TEM-in    alınması, 

dar ixtisas çərçivəsində  deyil, respub-

likada  biologiya  və  tibb    sahələrində 

aparılan  elmi-tədqiqat    işlərinin  əsas 

istiqamətləri  ilə  yaxndan    tanış  olan 

gənc mütəxəssislərin  hazırlanmasına 

xidmət  edəcəkdir.    Bir  milyona  qədər 

böyütmə imkanına  malik TEM tətbiqi 

respublikanın  yerli, introduksiya edil-

miş  və  süni    əldə  olunmuş  flora  və 

faunasının    bütün  nümayəndələrinin 

struktur  xüsusiyyətlərini, onların pas-

portlaşdırılmasını    0,38  nm  dəqiqliklə  

tədqiq etmək imkanına malikdir. 

E.Qasımov  bildirdi  ki,  Biologiya 

və  tibb  sahələrində  aparılan    elmi-

tədqiqat işlərinin yerinə  yetirilməsində 

göstərilən  fundamental    və  prakti-

ki  xarakter  daşıyan    nəticələrin  əldə 

Martın 19-  da Böyük Elmi Şuranın növbəti yığıncağını 

açan universitetin  rektoru, millət vəkili, akademik Əhliman 

Əmiraslanov gündəliyə keçməzdən öncə şura üzvlərini qarşıdan 

gələn Novruz bayramı münasibətilə təbrik etdi, onların hər birinə 

can sağlığı, ailə səadəti arzuladı. 

“ATU-nun elektron mikroskopiya laboratoriyasının hesabatı, onun 

biologiya və təbabətdə tətbiq imkananları” müzakirə edilib

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A


31 mart  2015-ci il

http://www.amu.edu.az

3



Matrın 18-də Azər 



bay 

can Tibb 

Universitetində “Qan və qan 

komponentlərinin hazırlanmasında müasir 

texnologiyalar” mövzusunda elmi-praktik 

konfrans keçirilib. Tədbirdə  Azərbaycan 

və Türkiyənin tanınmış hematoloqları ilə 

yanaşı Özbəkistan, Qırğızıstan və Tacikis-

tandan olan mütəxəssislər də iştirak ediblər.

  Konfrandsa  giriş  nitqi  ilə  çıxış  edən 

rektor, akademik Əhliman Əmiraslanov 

əvvəlcə  tədbir  iştirakçılarını  Novruz 

bayramı  mü nasibətilə  təbrik  edib. 

Tibb  Universitetində  mütə ma di  olaraq 

beynəlxalq  səviyyəli  elmi  konfranslar 

keçirildiyini bildirən rektor bu tədbirlərdə 

dünyanın  bir  çox  ölkələrindən  aparı-

cı  mütəxəssislərin  iştirak  etdiyini  vur-

ğulayıb:  “Azərbaycan  Tibb  Universi-

teti  olaraq  biz  müxtəlif  ölkələrin  tibb 

sahəsindəki  alimlərinin  iştirakı  ilə  top-

lantıların  təşkilinə  böyük  önəm  veri-

rik.  Çünki  müasir  dövrdə  heç  bir  sahə 

təkbaşına inkişaf edə bilməz. Ona görə 

də dünya təcrübəsini öyrənmədən irəli 

gedə  bilmərik”.  Millət  vəkili  Əhliman 

Əmiraslanov qeyd edib ki, adətən elmi 

konfranslar  üçün  plan  hazırlananda 

həm  Azərbaycan,  həm  də  bütün  dün-

ya ictimaiyyətini narahat edən, əhalinin 

sağlamlığı  üçün  problem  yaradan 

məsələlərə diqqət yetirilir: “Bu gün top-

laşdığımız konfransın mövzusu da elmi 

araşdırmalar  baxımından  çox  böyük 

önəm daşıyır. Çünki müasir tibbdə qan 

və  qan  komponentlərinin  hazırlanması 

inkişaf edir. Bir neçə il əvvəl yalnız qan-

dan  istifadə  etməklə  kifayətlənirdiksə, 

indi bu, bizi təmin etmir. Hazırda qanın 

ayrı-ayrı  komponentlərindən  istifadə 

sahəsində  tədqiqat  işləri,  təcrübədə 

tətbiqi sahəsində çox böyük uğurlar qa-

zanılıb”.  Rektor  Əhliman  Əmiraslanov 

konfrans  iştirakçılarına  uğurlar  arzula-

maqla nitqinə yekun vurub.

  Daha  sonra  elmi-praktik  konfrans-

da  mövzu  ilə  bağlı  müxtəlif  məruzələr 

səsləndirilib. Türkiyədən Terumo BCT-

nin  mütəxəs sisi  Meral  Filiz  Somunyu-

dan “Spectra Optia-nın protokol  və im-

kanları”, ATU-nun Tədris Terapevtik Kli-

nikasının  Hematalogiya  şöbəsinin  mü-

diri  Valeh  Hüseynov  “Çoxsaylı  mielom 

xəstələrində periferik kök hüceyrə top-

lanma prosedurunun dəyərləndirilməsi” 

mövzusunda çıxış edib. Med Tech So-

lutions Gmbh-nin mütəxəssisi Cağatay 

Deliktaş  “Ekstrakorporal  fototerapiya” 

mövzusunda fikirlərini açıqlayıb.

  Fasilədən  sonra  Talassemiya  

Mərkəzinin  transfuzioloqu  Kamran 

Əhmədovun  “Qanın  yardımçı  aparatla 

işlənməsi  ilə  plazmaferez”  mövzusun-

da çıxışı ilə konfrans davam edib. Son-

da isə ATU-nun Tədris Terapevtik Klini-

kasının aferez üzrə mütəxəssisi Xəyalə 

Qafarovanın  təqdimatında    “Spectra 

Optia” ilə praktik hissə   nümayiş etdil-

rilib.

Günel ASLANOVA

ATU-da beynəlxalq konfrans keçirilib



Azərbaycan  Tibb 



Uni ver si  teti nin 

patoloji 

fiziologiya kafed rasında Yeni 

Azərbaycan 

Partiyasının 

(YAP)  ATU  üzrə  gənclər 

birliyinin 

hesabat-seçki 

konfransı keçirildi.

Konfransda  YAP-ın  ATU 

üzrə 

gənclər 


birliyinin 

sədr  müavininin  hesabatı 

dinlənildi,  gənclər  birliyinin 

sədr  və  sədr  müavinləri,  

idarə  heyətinin  üzvləri, 

həmçinin  Nəsimi  Rayon 

təşkilatının gənclər birliyinin 

IV  konfransına  ATU-dan 

nümayəndələr seçildi.

Tədbirdə 

çıxış 

edən 


ATU-nun  tədris  işləri  üzrə 

prorektoru,  professor Sabir 

Əliyev 

tələbələri 



təbrik 

edərək,  onlara  işlərinin 

məsuliyyətini  və  cid diliyini 

xatırlatdı.  O  qeyd  etdi  ki, 

YAP 1992-ci ildə yaranıb və 

artıq  600  mindən  çox  üzvü 

var.

Daha  sonra  ATU-nun 



Tələbə  Həmkarlar  İttifaqı 

Komitəsinin  sədri,  dosent 

Elşad Novruzov çıxış edərək 

nümayəndə  heyətinə  40 

nəfər,  idarə  heyətinə  isə 

11  nəfər  tələbənin  üzv 

seçilidiyini bildirdi. 

Tədbirdə 

YAP 

Siyasi 


Şurasının  üzvü  Məlahət 

İbrahimqızı da iştirak edirdi.  

 

 

  Qabil

YAP-ın ATU üzrə gənclər birliyinin 

hesabat-seçki konfransında

“ATU-nun elektron mikroskopiya 

laboratoriyasının hesabatı, onun 

biologiya və təbabətdə tətbiq 

imkananları” müzakirə edilib

olunması  ancaq    TEM-in  müasir  imkanlarından  maksimum  

istifadə nəticisində mümkün  ola bilər.  

Hesabatı  qənaətbəxş  qiymət ləndirən  AMEA-nın  müxbir 

üzvü Nuru Bayramov, professorlar Çingiz Rəhimov, Habil Mu-

radov,  Akif  Qurbanov,  və  Məmməd  Nəsirov  bu  istiqamətdə 

kafedralarda aparılan təcrübələrdən və elektron mikroskopiya   

sayəsində əldə olunan imkanlardan söhbət açdılar,  bu möv-

zunun aktuallığı ilə bağlı fikirlərini şura üzvləri ilə bölüşdülər.

Müzakirə olunan  məsələnin mühüm əhəmiyyət kəsb etdiyi-

ni vurğulayan Ə.Əmiraslanov  bu işdə xüsusi əməyi olan pro-

fessor  Eldar  Qasımovun  zəhmətini    yüksək  qiymətləndirdi: 

“Elektron  mikroskopiya      mərkəzinin  yaradılması    və    bu 

gün  işlək  vəziyyətə  gətirilməsində    onun  böyük  rolu  vardır. 

Bura  indi  gəncləri  cəlb  etmək    və  onlara  əlavə  əmək  haq-

qı vermək lazımdır ki, onlar gəlib burada həvəslə işləsinlər. 

Universitetimiz  günü-gündən  inkişaf  edir,  bu  işləri  görmək 

üçün  vəsaitimiz  var, lazımi avadanlıqları almağa   maddi im-

kanımız çatır. Klinikalarda  o cümlədən kafedralarda toplaşıb 

müzakirələr  aparmaq  lazımdır  ki,  elektron  mikroskopiyadan 

necə faydalanmaq olar. Çünki Eldar müəllimin də dediyi kimi 

tibb elminin elə sahəsi yoxdur ki, burada öz əksini tapmasın. 

Əlbəttə,  mən istərdim ki, burada aparılan işlərin  coğrafiyası  

böyüsün, daha geniş sahələri əhatə etsin, bu laboratoriyada  

daha çox elmi-  tədqiqat işləri aparılsın, alınan nəticələr  daha 

effektli  olsun.  Mən  hesab  edirəm  ki,  Eldar  müəllimin  etdiyi 

məruzə   çox maraqlı bir məruzə idi. Biz  də çalışacayıq  ki, 

gələcəkdə  bu laboratoriyanın inkişafına  kömək edək, bura-

da daha böyük elmi- metodik işlərin aparılmasına nail olaq.”

MƏNSUR

Fotolar Cənnətalı Çingizindir


Yüklə 279,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin