məktəblərdə təşkil olunmalıdır.
Elza QURBANOVA,
Mülki Müdafiə Tibb
Xidmətinin Təşkili kursunun
müəllimi
Radiasiya və kimyəvi qəzalar zamanı mühafizə
nümayiş etdiriblər.
III yerə çıxıblar.
görülüblər. Tələbələrdən Famil
tutublar.
edir. Tələbələrimiz
edəcəklər. İnanırıq
lar.
Sevinc İSAYEVA,
İdman klubunun sədri
TƏLƏBƏLƏRİMİZ XII UNİVERSİADAYA UĞURLA BAŞLAYIBLAR
http://www.amu.edu.az
31 mart 2015-ci il
6
u
“Autizm diaqnozu dünyanın sonu
demək deyil. Bunu dramatikləşdirməyə ehti-
yac yoxdur. Autizm hansısa mənada ünsiyyət
xəstəliyidir”. Bu sözləri uşaq psixiatrı, ATU-nun
psixiatriya kafedrasının assistenti Dr.İkram
Rüstəmov Universitetin rəsmi “www.amu.edu.
az” saytına müsahibəsində bildirib.
HAŞİYƏ:
İkram
Rüstəmov
uşaq
psixiatriyası
ixtisası
üzrə
İstanbul
Universitetinin
Cərrahpaşa
Tibb
Fakültəsində
oxuyub.
Daha
sonra
psixiatriya və uşaq nevrologiyası üzrə
rezidentura təhsili alıb. 2004-cü ildə
Cərrahpaşa Tibb Fakültəsində həkim-
psixiatr kimi çalışıb, daha sonra
İstanbulda özəl həkimlik fəaliyyəti
ilə məşğul olub. 2010-2011-ci illərdə
Mərkəzi Klinik Xəstəxanada, 2012-ci
ildən isə Azərbaycan Tibb Universitetinin
psixiatriya kafedrasında çalışır.
İ.Rüstəmov
Harvard
Universiteti
Boston Uşaq Xəstəxanasının inkişaf
xəstəlikləri departamentinin elmi işçisi-
dir. 10-a yaxın elmi işin müəllifidir.
ATU-nun mətbuat xidmətindən verilən
məlumata görə, İ.Rüstəmov artıq bir
neçə ildir autizm və bənzər sindromlar
diaqnozunun
adının
dəyişdirildiyini
bildirir:
-2013-cü ildə Amerika Psixiatriya
Assosiasiyasının
diaqnostik
təsnifatından sonra Autizm və bənzəri
bir çox sindromların diaqnozunun
adı dəyişdirilib. Məsələn, Asperger
sindromu, autizm, dezinteqrativ
psixoz, və s. kimi diaqnozlar qoyulmur.
Autistik əlamətlər müşahidə olunan
uşaqlara “autistik spektr xəstəlikləri”
deyilməyə başlanıldı. Çünki bu
uşaqların heç biri digərinə tam
bənzəmir və bu səbəbdən də alimlər bir
standartlaşmanın qəti əleyhinə çıxır.
Bu xəstəliyi bir çərçivə halında, yayğın
bir interval kimi qiymətləndirməyə
başladılar.
-Bəs autistik spektr xəstəlikləri nədir,
əlamətləri özünü nədə göstərir?
- Ən başlıca simptomu sosial
ünsiyyətdə problemlərin yaranmasıdır.
Yəni, uşaq öz yaşına uyğun olmayan
jestlər edir, mimiklərdən istifadə
edir. Göz təmasından qaçır, digər
uşaqlarla oynamır, bu və bu kimi digər
sosial ünsiyyətin komponentlərində
geriləmə, pozğunluq olur. İkinci
əlamət, nitq inkişafının ləngiməsidir.
Üçüncüsü, uşağın maraq dairəsi
məhdud olur, daha çox yalnız öz
ehtiyacları daxilində olanlara maraq
göstərir.
Bu 3 əlamət autistik spektr üçün ana
simptomlar sayılır. Amma bunlarla
yanaşı,
stereotipiya
dediyimiz
müəyyən ritmik hərəkətlərdə də özünü
göstərə bilər. Məsələn, müəyyən bir
müddət sonra nitqi düzələn uşaqlar
özləri barəsində üçüncü şəxs qismində
danışırlar. “Mən bunu istəyirəm” yox,
“Əli bunu istəyir” kimi ifadələrdən
istifadə edirlər.
Bundan əlavə, belə uşaqlar heç nəyə
diqqət vermir, böyüklərin heç bir
göstərişini izləmir, heç nə öyrənmək
istəmir və s. Bəzən nitq inkişafında
ciddi geriləmə olmur, amma çox qeyri-
adi qabiliyyətlərə malik olurlar.
- Bu qeyri-adilik özünü nədə göstərir?
- Məsələn, bu uşaqlardan bəziləri
yaşlarına uyğun olmadığı halda
müəyyən sahədə həddən artıq
informasiyaya sahib olurlar. Məsələn,
mənim 6 yaşlı bir xəstəm 600 illik
Osmanlı imperiyasının tarixini əzbər
bilir. Digəri bütün avtomobilləri
xırda detalına kimi tanıyır.
Başqa birisi 200-ə yaxın ölkənin
prezidentlərinin, liderlərinin adını
əzbər bilir. Yəni, kənardan baxanda,
bəlkə də bu uşaqlar super istedadlı
görünür, amma elə deyil. Bu, zəka
məhsulu yox, açıqlaya bilmədiyimiz
bir mexanizmdən qaynaqlanan
xüsusiyyətlərdən üstün cəhətlərdir.
Atipik autistik xüsusiyyətləri olan
xəstələr də var. Yəni, konkret olaraq
Kanner sindromu diaqnozu ala
bilməyən uşaqlar var ki, ola bilər ki,
dili açılır, amma sosial təmas qura
bilmir.
Bu, əslində anadangəlmə bir
problemdir, amma özünü 1,5-2 yaş
dövründə göstərir. Valideynlər məhz
bu dövrdə əlamətləri hiss edirlər.
- Bu xəstəlik hansı üsullarla müalicə
olunur?
- Təəssüf ki, bu növ xəstəliklərin
müalicəsində bəzi mütəxəssislər nitqi
açan, beyin inkişaf etdirən dərmanlar
yazırlar. Amma dünya praktikasında
autistik
spektr
xəstəliklərinin
müalicəsi üçün heç bir preparat istifadə
olunmur. Preparatlar daha çox yanaşı
problemlərə görə yazılır - məsələn,
uşağın aqressiyası, hiperaktivliyi,
yuxu pozuntusu, davranış pozuntusu
və s. kimi faktorlar varsa, onları
aradan qaldırmaq üçün bunlardan
istifadə oluna bilər.
Onu da deyim ki, autistik spektr
xəstəliyinin müalicəsi üçün erkən
diaqnostika vacibdir. İkincisi, psixo-
pedaqoji tədbirlər də görülməlidir.
Xüsusi psixo-pedaqoqlar tərəfindən
belə uşaqlara ABA terapiyası
adlandırılan xüsusi terapiya tətbiq
olunur.
Əgər autistik spektr xəstəliyi olan
uşaqlarda ciddi yanaşı xəstəlik
yoxdursa, çox vaxt onların vəziyyəti
müsbətə doğru gedir. Uşağın 6 yaşından
tez reablitasiyaya başlaması, bu
uşaqlarda nəticələrin daha yaxşı
olması ehtimalını artırır. Onların
cəmiyyətə qaynayıb-qarışması, bir
iş sahibi olması, normal insanların
əhatəsində
yaşamağı
öyrənməsi
mümkündür. Təəssüf ki, autistik
düşüncə tərzinin tamamilə aradan
qalxması, sıfıra endirilməsi mümkün
deyil, müəyyən qədər olsa da defisitlər
qalacaq.
Demensiya yaddaşın, təfəkkürün və
hərəkətin degenerasiyasının baş verdiyi
sindromdur. AZƏRTAC BMT-nin Xəbərlər
Mərkəzinə istinadla xəbər verir ki,
Cenevrədə Dünya Səhiyyə Təşkilatının
(DST) səhiyyə nazirləri səviyyəsində birinci
konfransı keçirilir. Konfrans demensiya ilə
mübarizəyə həsr edilib.
Konfrans əhalinin demensiya barədə
məlumatlılığını artırmaq və bütün ölkələri
milli və dünya səviyyəsində bu xəstəliyə
qarşı mübarizə aparmağa çağırmaq
məqsədi daşıyır. Bütün bu məsələlər Qlobal
fəaliyyət planında əksini tapıb.
Beyinin zədələnməsi ilə nəticələnən
müxtəlif xəstəliklər və zədələr demensiyanın
inkişafına yol açır. Məsələn, Altsheymer
xəstəliyi demensiyanın ən geniş yayılmış
formasıdır: xəstəlik hallarının 60-70 faizi bu
sindromun payına düşür.
Qeyd edək ki, hazırda dünya üzrə 47,5
milyon adam demensiya sindromundan
əziyyət çəkir. Hər il 7,7 milyon adam bu
xəstəliyə tutulur. Ekspertlər ehtiyat edirlər
ki, kəmağıl adamların sayı 2050-ci ilə qədər
üçqat artacaq.
DST demensiya əleyhinə
mübarizəyə həsr edilmiş
konfrans keçirir
u
Mart ayının əvvəllərində
Birləşmiş Krallığın Çes-
ter Universitetində Eras-
mus Mundus Proqramının MEDEA
layihəsi çərçivəsində partnyor
universitet koordinatorlarının gö-
rüşü və 2015-2016-cı dərs ilində
mübadilə proqramında iştirak edə-
cək namizədlərin seçim komissi-
yasının növbəti iclası keçirilib.
Görüş zamanı Azərbaycan, Gür-
cüstan, Belarus, Moldova, Ukray-
na universitetləri və Almaniya, Bö-
yük Britaniya, İspaniya, İtaliya,
Yunanıstan, Litva, Latviya, Portuqaliya
universitetləri arasındakı mübadilənin
ilk ilinin nəticələri, bu zaman meydana
çıxmış çətinliklər, onların aradan qal-
dırılma yolları barədə fikir mübadiləsi
aparılıb.
Görüşdə Azərbaycan Tibb Universi-
tetini (ATU) proqramın yerli koordi-
natoru, ATU-nun Beynəlxalq əlaqələr
üzrə prorektoru Rəhimə
Qabulova təmsil edib. O,
tələbə mübadiləsi zama-
nı üzləşdikləri problemlər
haqda danışıb. Həmçinin
universitetlər arasında kurri-
kulumların uyğunlaşdırılma-
sı, Avropa universitetlərindən
müəllimlərin post-sovet məka-
nından olan uni ver si tet lərə
təcrübə mübadiləsi məqsədi
ilə dəvət olunması, tələbələrin
dil bacarıqlarının inkişaf etdirilməsi
üçün Avropa universitetlərində yay dil
məktəblərinin təşkil olunması və s. kimi
təkliflərlə çıxış edib.
Görüşdə cari ilin mart-aprel aylarında
MEDEA layihəsi çərçivəsində tələbə,
magistr, doktorantura və doktorantu-
radan sonrakı pillələrdə təhsil almaq
üçün Avropa İttifaqının təqaüdünə əlavə
sənəd qəbulunun keçirilməsi də qərara
alınıb.
Birləşmiş Krallıqda MEDEA layihəsi çərçivəsində partnyor
universitet koordinatorlarının görüşündə ATU da təmsil olunub
Autizmin müalicəsində heç bir
preparatdan istifadə olunmur
31 mart 2015-ci il
http://www.amu.edu.az
7
u
Əmək və Əhalinin
Sosial Müdafiəsi
Nazirliyi (ƏƏSMN)
yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti
(DƏMX) tərəfindən 28
Aprel - Ümumdünya
Əməyin Mühafizəsi
Günü ilə əlaqədar
cari ilin aprel ayı
Azərbaycanda
“Təhlükəsiz iş aylığı”
elan olunub.
AZƏRTAC xəbər verir
ki, bu barədə DƏMX-in
rə
isi Fuad Əlizadə məlumat
verib. Bununla bağlı
müvafiq Tədbirlər Planının
təsdiq edildiyini bildirən xidmət rəisi “Təhlükəsiz
iş aylığı”nın keçirilməsinin işçilər üçün sağlam və
təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olun-
ması, istehsalatda bədbəxt hadisələrin qarşısının
alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinin
və əməyin mühafizəsi sahəsində mövcud nöq-
sanların aradan qaldırılmasının təmin edilməsi
məqsədinə yönəldiyini vurğulayıb. Ümumdünya
Əməyin Mühafizəsi Gününün qeyd olunduğu
aprel ayında Tədbirlər Planına əsasən Bakıda və
respublikanın regionlarında əməyin mühafizəsi,
işçi insanların həyat və sağlamlığının qorunması
mövzusunda silsilə tədbirlər həyata keçiriləcək.
Bu tədbirlər vasitəsilə işəgötürənlərin, eləcə də
işçilərin, ümumən cəmiyyətin diqqətinin əməyin
təhlükəsizliyi problemlərinin ciddiliyinə cəlb
edilməsi nəzərdə tutulur.
Xidmət rəisi işəgötürənlər və işçilər ara-
sında əməyin mühafizəsi ilə bağlı təbliğat-
maarifləndirmə işlərinin aparılması üçün seminar-
müşavirələrin, “dəyirmi masa”ların, müxtəlif
görüşlərin təşkil olunacağını qeyd edib. Bununla
yanaşı, istehsalat qəzası riski yüksək olan
müəssisələrdə, xüsusən də mişar daşlarının
istehsalı sahələrində (daş karxanalarında) əmək
qanunvericiliyinə, texniki təhlükəsizlik qayda-
larına əməl olunması vəziyyətinin öyrənilməsi
üçün sosial tərəfdaşların, aidiyyəti dövlət
qurumlarının nümayəndələrinin iştirakı ilə
dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi
nəzərdə tutulur. Nəticədə aşkar edilən nöqsan-
ların aradan qaldırılması üçün müvafiq tədbirlər
görüləcək.
F.Əlizadə Ümumdünya Əməyin Mühafizəsi
Günündə, yəni aprelin 28-də isə “Əməyin
mühafizəsi profilaktikası mədəniyyətini
birgə yüksəldək” mövzusunda konfransın
keçiriləcəyini, tədbirdə əməyin mühafizəsi
sahəsində ölkədə mövcud vəziyyətin və qarşıda
duran vəzifələrin geniş müzakirə olunacağını bil-
dirib. “Bundan öncə DƏMX tərəfindən ölkəmizdə
ilk dəfə olaraq ötən ilin sentyabrında “Təhlükəsiz
iş həftəsi”, daha sonra cari ilin yanvar-fevral
aylarında “Təhlükəsiz iş ongünlüyü” keçirilib.
Belə tədbirlər, ümumən Xidmət tərəfindən həm
maarifləndirmə, həm də inzibati yönümdə aparılan
işlərin müsbət nəticəsi olaraq, istehsalatla əlaqəli
bədbəxt hadisələrin, bu hadisələr nəticəsində ölən
və xəsarət alanların sayı kəskin şəkildə azalır.
Məsələn, cari ilin yanvar ayında istehsalatla əlaqəli
bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı
ilə müqayisədə 28,5 faiz, fevral ayında isə müvafiq
dövrlə müqayisədə 2,6 dəfə azalıb. Belə hadisələr
nəticəsində ölənlərin sayı bu ilin yanvar ayın-
da 50 faiz azalıbsa, fevral ayında belə hadisələr
nəticəsində ölüm halı ümumiyyətlə qeydə alınma-
yıb. Xəsarət alanların sayında da kəskin azalma
özünü göstərib. Lakin bizim məqsədimiz odur ki,
ümumiyyətlə, belə hadisələrin baş verməməsi üçün
iş yerlərində səylər daha da artırılsın.
u
Azərbaycan Tibb Universitetinin
(ATU) Əczaçılıq fakültəsində
Novruz bayramı münasibətilə
tədbir keçirilib. ATU rəhbərliyinin
təşəbbüsü ilə paytaxt restoranlarından
birində təşkil edilən bayram tədbirində
Əczaçılıq fakültəsinin tərkibində olan
bütün kafedraların kollektiv heyəti iştirak
edib.
Rəsmi açılış mərasimində çıxış edən
Əczaçılıq fakültəsinin dekanı, professor
Tahir Süleymanov tədbir iştirakçılarının
Novruz bayramını təbrik edərək, hər kəsə bol
ruzi-bərəkət, uğurlu iş fəaliyyəti arzu edib.
Professor Tahir Süleymanov qeyd edib ki, bu bayram
insanları bir-birinə daha da yaxınlaşdırır.
Daha sonra universitetin tədris işləri üzrə
prorektoru Sabir Əliyev çıxış edib. O, ATU
rəhbərliyi adından bütün tədbir iştirakçılarının
bayramını təbrik edib, yaradıcı heyətə uğurlar
diləyib.
Bütövlükdə tədbirdə professor-müəllim
heyəti, həmçinin fakültədə təhsil alan dokto-
rantlar və magistrlər fəal iştirak ediblər.
Bayram tədbiri çərçivəsində bir sıra
müsabiqələr də keçirilib ki, bu da tədbiri daha
da maraqlı edib. Birinci müsabiqənin şərti
qonaqlar tərəfindən böyük maraqla qarşıla-
nıb. Belə ki, hər kafedranın kollektivi öz iş
fəaliyyətləri ilə bağlı düşüncələri əsasında
Novruz xonçası hazırlayıb. Münsiflər heyətinin
ümumi qərarına əsasən, birinci yerə Əczaçılıq
Texnologiyası və İdarəçiliyi kafedrası layiq görülüb
və təşkilatçılar tərəfindən kubokla təltif edilib.
u
Peyğəmbərlərin
insanlara
göndərilməsində
məqsəd Uca Allahın (c.c.)
ismarışını çatdırmaq,
insanlara öyüd və nəsihət
verməkdir. Gözəlliklərin
yayılmasının ən təsirli
yollarından biri öyüd
verməkdir. Öyüd verməyin
məqsədi insanlara fayda
verməkdirsə, onda nəsihəti
gözəl bir üslubla vermək
lazımdır. Əks təqdirdə, niyyətimiz insanlara fayda vermək olsa da,
qəlbin sınmasına səbəb ola bilərik.
“Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!” (əl-Əla, 87/9).
Yuxarıda qeyd etdiyimiz ayədə Uca Allahın (c.c.) ilk növbədə
Peyğəmbərimizə (s.ə.s.) xitab etməsini belə izah edə bilərik: Ey
Peyğəmbərim! Allahın ilahi vəhy vasitəsilə sənə bildirdiyi əmr və qa-
dağaları insanlara bildirərək xatırlat, Quranın ehtiva etdiyi hökmləri
və məlumatları insanlara çatdırıb öyrədərək onlara moizə və nəsihət
ver, Quranla öyüd ver, onları xeyirli istiqamətə yönəlt və dinin
hökmlərini göstər. Bunu edərkən insanların hal və vəziyyətlərinə
diqqət et ki, məqsədin hasil olsun, öyüd və nəsihətlərin fayda versin.
Bununla belə, Peyğəmbərimizin əsas vəzifəsini nəzərə alsaq,
xatırlatma və öyüd yalnız onlardan fayda əldə edəcək insanlar üçün
yox, bütövlükdə hamı üçündür. Belə ki, hamıya olmasa da, öyüd
və nəsihətin mütləq bir faydası vardır. Təbii ki, hamının öyüd və
nəsihətə əməl etməsini gözləyə bilmərik. Allahın insana bəxş etdiyi
azad iradəyə görə hər kəs öz seçimini edir. Öyüddən yararlananlar,
ondan faydalanmaq istəyənlər olacaqdır. Peyğəmbərimiz göndərilən
ismarışı məcburi şəkildə qəbul etdirmək məsuliyyətini daşımır.
“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi.
İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən ?!” (Yunus, 10/99)
ayəsində qeyd olunduğu kimi, Peyğəmbərimizin vəzifəsi insanları
zorla yola gətirmək deyil, yalnız ən gözəl şəkildə təbliğ etməkdir.
“Peyğəmbərin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir!” (əl-
Ətıkəbut, 29/18) ayəsi də məhz bu məqamı açıqlayır.
Həzrəti Peyğəmbər təbliğ vəzifəsini və öhdəliyini yerinə yetirərək
öz vəzifəsini layiqli şəkildə icra etmişdir. Ondan sonra artıq insanlar
öz hallarında sərbəstdirlər. Bu mövzudakı davranışları və aqibətləri
fərqli ola bilər. Uca Allah insanların bu öyüdə qarşı münasibətlərini
nəzərə alaraq, istədiyi şəkildə onları cəzalandırar və ya mükafatlandı-
rar. Həzrəti Peyğəmbərin təbliğinə qulaq asıb, bu öyüddən yararlanan
və öyüdün fayda verdiyi insanlarla yanaşı, öyüdə qulaq asmaya-
raq, ondan yararlanmayan insanlar da vardır. Həzrəti Peyğəmbərin
təbliğindən faydalanaraq öyüd ala bilənlər qəlblərində Allah qor-
xusu olan, nəticədə Onun dərgahına qayıdacaqlarını bilənlərdir. Bu
mövzuda şübhəyə qapılanların da öyüddən faydalanması mümkün-
dür. Lakin küfrdə və inadda, inkarda və nankorluqda israr edənlər
öyüddən faydalana bilməz, öyüdün onlara faydası olmaz. Deməli,
öyüddən yararlana bilməsi üçün insan ilk öncə iman gətirərək qəlbini
və zehnini ilahi mesajın məqsədini anlamağa və onun tətbiqinə aç-
malı və hazırlamalıdır. Əks təqdirdə, Allah və Rəsulunun ismarışının
onlara heç bir faydası olmaz.
Belə ki, qeyd olunan ayəni, ondan əvvəl və sonra gələn ayələrlə
birlikdə düşünsək, Uca Allahın Peyğəmbərimizə verdiyi əmri və
tövsiyəsi bu mənaya gələr:
“Ey Peyğəmbərim! Sən təbliğ et, amma dinimin insanlara çatdı-
rılmasında heç bir şəkildə özünü çətinliyə salma, özünü məsuliyyət
daşımadığın mövzularda məsul tutaraq çətinliyə salma. Sən ölüləri
dirildə bilməzsən. Sən karlara eşitdirmək, korlara isə göstərmək
məsuliyyətini daşımırsan. Biz sənin işini asanlaşdırdıq. Sən qulaq
asaraq səni dinləyənlərə anlatmağa davam et. Qəlbində Allah qor-
xusu olanlar mütləq öyüddən faydalanarlar. Lakin xəbərdarlığa qarşı
laqeydlik göstərən bədəməl şəxslərlə əlaqəli özünü məsul tutaraq
məyus olma, işini çətinləşdirmə. Sən nə qədər səy göstərsən də, o
şəxslər öyüddən yayınarlar. Göstərdikləri münasibət səbəbi ilə bun-
dan faydalana bilməzlər”.
Nəticədə qeyd edə bilərik ki, insan öz xüsusiyyəti baxımın-
dan istənilən halda öyüdə və nəsihətə möhtacdır. Bu baxımdan
peyğəmbərlərin dəvətinə qulaq asmayan, inkar edən bir çox insan-
ların inkarlarının dillərindən ibarət olduğunu nəzərə alsaq, belə
nəticəyə gələ bilərik ki, insanların əksəriyyəti nəsihətdən təsirlənirlər.
Bu isə nəsihətin qaçılmaz olduğunu göstərir. Elə isə nəsihətin
mütəmadiliyi prinsipi ümdə bir prinsip olmaqla yanaşı, bu nəsihət
gözəl bir üslubla, fərdləri bezdirmədən və incitmədən verilməlidir.
Nəsihətdən əvvəl fərdin maddi və mənəvi ehtiyaclarını və vəziyyətini
də nəzərə alaraq, özümüzü onun yerinə qoymaqla öz davranışlarımızı
da nəzərdən keçirməliyik. Dediklərimizin və tövsiyə etdiklərimizin
öz mənliyimizdə qarşılığının olub-olmadığını düşünməliyik. Bəzən
sözdən çox, gözəl bir davranış öyüd kimi daha təsiredici olur. Unut-
mamaq lazımdır ki, insanlar nə qədər korlanırsa-korlansın, qəlblər
nə qədər qatılaşırsa-qatılaşsın, meneələr nə qədər çoxalırsa-çoxalsın,
heç bir nəsil öyüddən faydalanma və yararlanma bacarığını büsbütün
itirməz.
«Zaman Azərbaycan»
Dostları ilə paylaş: