BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə25/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   ...   21   22   23   24   25   26   27   28   29

SUAL 10:


Allah Özü kimi bir varlıq yaratmağa qadirdirmi?

“Qüdrət”in mənasına diqqət yetirdikdə bu sualın cavabı aydın olur. “Qüdrət” ixtiyar sahibi olan failin (işi görənin) mümkün bir iş üçün başlanğıc olması deməkdir. Fail varlıq dərəcəsi baxımından nə qədər mükəmməl olsa, daha çox qüdrətə malik olar. Təbii ki, sonsuz kamilliyə malik olan varlığın qüdrəti də sonsuz və yenilməzdir. Diqqət yetirmək lazımdır ki, qüdrətlə bağlı olan işlərin gerçəkləşməsi mümkün olmalıdır. Zti olaraq qeyri-mümkün işlər qüdrət dairəsindən xaricdir. Allah-taalanın hər şeyə qadir olması bu mənada deyil ki, (məsələn) başqa bir allah yaratsın. Allah «yaranmış», «məxluq» olmamalıdır. Bu məsələ eynilə iki ədədinin iki fərz olunduğu halda üç ədədindən böyük olmasına bənzəyir. Yaxud şəxs övlad fərz olunduğu halda atasından öncə yaranmış olsun. Əgər başqa bir allahın eynilə “Allah” rolunu ifa etməsini – məxluq deyil, yaradan olmasını nəzərə alsaq, o başqa bir yaradan vasitəsilə necə vücuda gələ bilər? Bu, zati olaraq qeyri-mümkündür və xüsusən qüdrət dairəsindən xaricdir.1

***

SUAL 11:


Əgər Allah cisim deyilsə, Kəbə evinin tikilməsinin fəlsəfəsi nədir?

Əgər Kəbə Allahın cismani evi sayılsa, bu, Onun cisim olmaması ilə uyğun gəlmir. Halbuki Kəbənin tikilişi mövzusunda Quran ayələri və tarixi sənədlərə əsasən, Məkkə ilahi bərəkətlərin nazil olduğu, bəşərin doğru yola yönəlməsinə səbəb olan1, Allaha ibadət və bəndəlik üçün ictimai bir məkandır.2 Allah-taala əvvəlcə susuz və məhsul verməyən bu torpağa çoxlu dünyəvi xeyir və bərəkətlər əta etməklə Özünün “ruzi verən” sifətinə malik olduğunu açıqladı.3 Kəbənin Allah dərgahına yaxınlaşmaq üçün məkan olmasına diqqət yetirməklə bəşər cəmiyyətinin doğru yola yönəlməsi üçün bəndəlik yollarının keyfiyyətini işıqlandırmaq olar. Necə ki xüsusi günlərdə bir sıra əməllərə çağırışla insanlara bəndəlik yolu xatırladır. İnsan öz nəfsindən hicrət edərək, özünü hər növ çirkinlikdən, rəzil sifətlərdən, Allahın yaddan çıxarılmasına səbəb olan bağlılıqlardan, rənglərdən və təsəvvürlərdən saflaşdırıb ixlas və xüsusi tövbə ilə Allahın dərgahına yaxınlaşsın.4 Bundan əlavə, Öz evini İbrahim məqamının əlaməti, əmin-aman bir yer və gücü çatanların həcc əməllərini yerinə yetirməsi üçün məkan qərar vermişdir. Bunların hər biri Allah-taalanın məqamının ucalığını göstərir. Həqiqətdə, bundan da aydın əlamət varmı ki, hər il minlərlə insan bu məkanda bir yerə toplaşıb, həcc mərasimi əməllərini yerinə yetirir, Allahın übudiyyətini etiraf edirlər? Bu da öz növbəsində xalqların qəflət yuxsundan oyanmasına səbəb olur.1

Allah-taala bu evin tikilməsini əmr etmişdir ki, insanlar namaz qılanda, heyvanların başını kəsəndə və can verən halında üzüqibləyə dursunlar. Bundan əlavə, Allah-taala tövhid, vəhdət və birlik ruhiyyəsini canlandırmaq məqsədilə zahirdə bir-birlərindən ayrı olan qəlbləri bir araya gətirir, Öz dinini diri saxlayıb möhkəmləndirir.2

Gördüyünüz kimi, bütün bu təhlillərdə cismani və maddi məqsəd güdülmür. Kəbənin tikilməsi Allahın cisim olmamasına zidd deyil. Əksinə, bu müqəddəs məkanın bərpa edilməsində məqsəd mənəvi məsələlərə əlamət və nişanə qərar verməkdən başqa bir şey deyildir.

***

SUAL 12:


Allah-taala üçün bəzi insanları kor, kar lal yaratmışdır?

Bu sualı başqa şəkildə ifadə edək: nə üçün şər işlər (o cümlədən, təbii fəlakətlər) Allahın qəza çərçivəsinə daxil olur? Bu suala cavab vermək üçün aşağıdakı incəliklərə dəqiq şəkildə diqqət yetirmək zəruridir:

1-Bizim əqidəmizə görə, Allah-taala alim, qadir və mütləq xeyirxah olduğundan varlıq aləminə hakim nizamı ən gözəl şəkildə yaratmışdır. Başqa sözlə, Allahın yaratdığı bütün aləmlər ən gözəl və ən kamildir. Belə ki, ondan yaxşısını təsəvvür etmək qeyri-mümkündür. Varlıq aləminin hər hansı bir hissəsi mümkün olduğu həddə gözəl yaradılmışdır. Buna görə də, Allahı “əhsənül-xaliqin” (yaradanların ən gözəli) adlandırırıq.1

2-Həmçinin, bizim əqidəmizə görə, Allah-taala varlıq aləmini zati olaraq bir sıra əbədi və dəyişməz qayda-qanunlarla idarə edir. Dünyanın varlıqları və fenomenləri bir sıra sabit, dəyişməz və ilahi qayda-qanunlara məhkumdur. Başqa sözlə, Allah-taalanın dünyada müəyyən üslubları var və işləri yalnız həmin üslublar əsasında yerinə yetirir.

Qeyd etmək lazımdır ki, bu qanunlar insanlar arasındakı ictimai müqavilələr, əhd-peymanlar və zehni iltizamlar kimi deyil, təkvini bir həqiqətdir, dünyanın və onun varlıqlarının keyfiyyəti üzərində qurulmuşdur. Məhz buna görə də, onların dəyişdirilməsi qeyri-mümkündür.

3-Bir baxışda, Allah-taala üç aləm – maddi, misal və mücərrəd (metafizik aləm) – yaratmışdır. Bu aləmlərin qabiliyyətləri və nizamındakı varlıq dərəcəsi əsasında, hər birinin özünəməxsus qayda-qanunları vardır. Yəni maddi aləmdə mövcud olan bir sıra hökmlər və təsirlər misal aləmində yoxdur. Bunun əksi olaraq, misal aləmində bəzi hökmlər və qanunlar vardır ki, onlar maddi aləmdə yoxdur. Müccərrəd aləm də maddi və misal aləminə münasibətdə belədir. Bu üç aləmin yaranışı, onlara özünəməxsus hökm və qanunların hakim olması ikinci incəlikdən qaynaqlanır. Yəni Allahın qəzavü qədəri maddi, misal və müccərrəd aləmlərin və onların varlıqlarının xüsusi, qanunlar və hökmlərə tabe olunmasını müəyyən etmişdir.1

4-Maddi aləmin özünəməxsus mahiyyətinə, qabiliyyətinə və nizam-intizamdakı varlıq dərəcəsinə diqqət yetirsək Onun xüsusi hökmləri vardır. Əgər bu hökmlər, qayda-qanunlar olmasa, maddi aləm öz mahiyyətini itirər və artıq ona maddi aləm deyilməz. Bu aləmdə ziddiyyət, təzad, məhdudluq, məhv olmaq, puçluq və batillik mövcuddur. Təbiət aləmi əlaqələrin birləşməsi və qırılması ilə zəngindir. Şadlıq, sevinc, qəm-qüssə, əzab-əziyyət, ümid və məğlubiyyət bu aləmdə birgədir. Bütün bu təsirlər bu aləmin özünəməxsus quruluşunun tələbidir. Bir sözlə, maddi aləm bu qayda-qanunlara və hökmlərə görə, “şər işlər” adlandırdığımız bəlalar, müsibətlər, əzab-əziyyətlər, möhnətlər və xəstəliklər, eləcə də “xeyir işlər” adını daşıyan səadət, xoşbəxtlik, şadlıq, sevinc, müvəffəqiyyət və qələbələrin mənbəyidir.

Yuxarıda qeyd olunan incəliklərə diqqət yetirdikdə, məlum olur ki, sualda qeyd olunan kor, kar və lal insanların yaranışı təbiət aləminin hökmlərə, qayda-qanunlara, təsirlərə, tələblərə əsaslanır və ondan yaxa qurtarmaq qeyri-mümkündür. Maddi aləmdə ziddiyyətlər və təzadlar mövcud olduğuna görə, bir sıra işlər öz düzgün məcrasından çıxır. Maddi aləmə biri kor, biri kar və digəri iflic halda qədəm qoyur. Birinin sağlam, digərinin (məsələn) iflic olması kimi fərqlər bu maddi aləmə hakim sabit qayda-qanunlara əsaslanır. Bunu maddi aləmin zat varlıq dərəcəsinə əsasən, qayda-qanunlar tələb edir. Varlıqlarda mövcud olan bu fərqlər həndəsi füqurların xüsusiyyətləri kimi zatidir. Məsələn, üçbucağın bucaqlarının cəmi 180-dərəcəyə, dördbucağın bucaqlarının cəmi isə 360 dərəcəyə bərabərdir. Bu xüsusiyyətlərin üçbucağa və dördbucağa sonradan verilməsi düzgün deyil. Belə bir sualın qarşıya çıxması qəribədir: “Nə üçün məsələn, üçbucağa zülm edilmiş və o, 360 dərəcəyə bərabər deyildir?” Üçbucaq müəyyən olunmuş xüsusiyyətdən başqasına malik ola bilməz. Üçbucağı heç kəs “üçbucaq” etməmişdir. Yəni üçbucaq əvvəlcə başqa formada və başqa xüsusiyyətdə olmamışdır. Kimsə onu indiki üçbucaq formasına salmamışdır. Yaxud «üçbucaq və dördbucaq özü varlıq və gerçəklik mərhələlərinin birində heç bir xüsusiyyətə malik olmamış, sonradan hansısa bir qüvvə tərəfindən bu xüsusiyyətlər onların arasında bölüşdürülmüşdür», «O öz ürəyi istədiyi kimi üçbucağın 180, dördbucağın isə 360 dərəcəyə bərabər olduğunu qərar vermişdir» –mülahizələri düzgün deyil!

Buna əsasən, (məsələn) cansız təbiətin inkişaf və dərk etməməsi, bitkilərin inkişaf edib, dərk etməməsi, heyvanların həm inkişaf, həm də dərk etməsi cansız və canlı təbiətin (bitkilərin və heyvanların) varlıq dərəcəsində zatidir. «Onların hamısı əvvəlcə eyni olmuş, sonradan Allah-taala birinə inkişaf və dərketmə qabiliyyəti əta etmiş, digərinə heç birini etə etməmiş, üçüncüsünə isə birini əta etmiş, birini isə əta etməmişdir»,–demək olmaz. Eləcə də, insanlar birinin kor və o birinin kar olması, maddi aləmin varlıq dərəcəsində zati bir məsələdir. Bir sıra sabit və dəyişilməz qayda-qanunlar nəticəsində bəzilərinin cismi fiziki bəlalara və müsibətlərə düçar olur, bəziləri isə sağlam qalır.

Ümumiyyətlə, bu bir həqiqətdir ki, varlıqların hər hansı biri və dünyanın hər hansı bir hissəsi imkan daxilində öz haqlarına çatmışlar.1

Məlum olur ki, Allah-taala bu müsibətlərin və “şər işlərin” mənbəyi deyil. Əksinə, maddi nizam belə hadisələrin baş verməsini tələb edir və təkcə “xeyir işləri” qəbul edə bilmir. “Mücərrəd” aləm isə tamamilə bunun əksinədir. Yalnız məhz xeyir işləri qəbul edir. Aşağıda qeyd edəcəyimiz misala diqqət yetirdikdə bu məsələ daha da aydınlaşacaq. Günəş şüasını nəzərə alın. Bu şüa müxtəlif əşyalara saçdıqda, əşyaların qabiliyyətlərinə uyğun, müxtəlif şəkillərə düşür. Məsələn şüa qara rəngli cismə saçdıqda tutqun görünür. Şüanın çatdığı əşyada, yaxud məkanda istilik də yaranır. Əgər həmin şüa aydın və işıqlı bir məkana saçsa, öz işığını bir o qədər də itirmir və o məkanda istilik yaranmır. Bu iki misalda günəş şüasında heç bir fərq yoxdur. O, həm qaranlığa, həm də işıqlı məkana saçmaqda heç bir çətinliklə üzləşmir və öz şüasını əşyalara eyni səviyyədə verir. Görəsən, günəş şüası ayrı-ayrı əşyalara düşdükdə, nə üçün müxtəlif şəkil alır? Görəsən, bunun səbəbi günəş şüasıdır, yoxsa əşyalardır? Tamamilə aydındır ki, əşya qara rəngli olduğuna görə, günəş şüası qara, işıqlı olduğuna görə aydın olur.

Varlıq aləmləri də Allah-taalaya münasibətdə belədir. Allah-taala varlıq aləminə Öz feyz və lütfünü eyni səviyyədə əta edir. Lakin aləmlərin varlıq dərəcəsindəki ixtilafları, fərqləri və qabiliyyətləri bu feyz və lütfün müxtəlif surətlərdə cilvələnməsinə səbəb olur. Bu feyz və lütf “mücərrəd” aləmdə özünəməxsus varlıq dərəcəsinə, qabiliyyətinə, qayda-qanunlarına və hökmlərinə görə, sırf xeyir işlər surətində cilvələnir. Maddi aləm özünəməxsus varlıq dərəcəsinə, qabiliyyətinə, qayda-qanunlarına və hökmlərinə görə, xeyir və şər işlərlə birgə zühur edir.1

Beləliklə, biz əqidəmizə görə, Allah-taala dünyanı ən gözəl şəkildə yaratmış, onu sabit və dəyişməz qayda-qanunlara tabe etmişdir. Beləcə, təbiət aləmində “şər işlər”in “xeyir işlər”lə birgə olması maddi aləmin dəyişməz qayda-qanunlarının tələbidir. Buna əsasən, “şər işlər”in mənbəyi maddi aləm və ona hakim zəruri qayda-qanunlardır.

Əlbəttə, cavabın təkmilləşməsi məqsədilə iki incəliyə diqqət yetirmək lazımdır:

1-Sualda qeyd olunan misallardakı təbii şərlər insanın ixtiyar və iradə azadlığından qaynaqlanmır, təbiət aləminin tələblərinə əsaslanır və bu (təbii şərlər) dünyanın xeyir işləri ilə müqayisədə həddən artıq azdır. Əgər dünyada kar, kor, lal, əlil və şikəst insanları saysaq, onlar fiziki sağlamlığa malik insanlarla müqayisədə çox-çox azdır. Bu da, Allahın xeyir və şər işlərlə birgə olmağı tələb edən maddi aləmə lütf və mərhəmətidir. Təbii şərlər təbii xeyirlərdən olduqca azdır.

2-Əvvəla: Quran ayələrinə və rəvayətlərə əsasən, təbii şərlər insanın sınaq və imtahana çəkilməsi üçündür. Allah-taala bu haqda Qurani-kərimdə buyurur:

Şübhəsiz ki, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can məhsul qıtlığı ilə imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) Səbir edən şəxslərə müjdə ver!”1 Çünki insanın əsl həqiqəti imtahan zamanı aşkar olur.

Başqa bir ayədə belə buyurulur:

--------------

Həqiqətən, Biz fironçuları quraqlığa məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürələr.”

İkincisi: Təbii şərlər insanların əməllərinin cəzası üçün bir vasitə, eləcə də, ilahi qəzəb və qisasdır. Buna “Ad”, “Lut”, “Firon” qövmünə, habelə “İkkə” və “Həcər” səhabələrinə əzabın nazil olmasını misal göstərmək olar.1

Üçüncüsü: Hədislər baxımından, Allah-taala bəzi insanlar qəflətən (təbii şərlər adlandırdığımız) işkəncələrə, əzab-əziyyətlərə, ağrı-acılara və müsibətlərə düçar olduqlarından, axirət aləmində və qiyamətdə onlara yaxşı mükafat veriləcək. Bu barədə iki rəvayət nəql etməklə kifayətlənirik:

1-İmam Sadiq (ə) (kor, kar və lal kimi cismi nöqsanlardan danışarkən) təkidlə belə buyurmuşdur: Allah-taala axirət aləmində belə şəxslərə səbir etdikləri halda, elə savab mükafat verər ki, əgər onları yenidən dünyaya qayıdıb, həmin müsibətlərə bəlalara dözməklə axirət aləmində qalmaq arasında ixtiyar sahibi etsəydi, savab mükafatları daha da artsın deyə, yenidən dünyaya qayıdıb müsibətlərə bəlalara dözməyi seçərdilər.”2

2-İmam Rza (ə) buyurmuşdur: Mömin şəxsin xəstələnməsi onun günahlardan sapmalardan paklanmasına səbəb olur. Bu, onun üçün ilahi bir rəhmət, kafirlər üçün isə əzab lənətdir.”3

***


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin