BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə22/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

SUAL 3:


Allahı yaxşı tanımaq üçün etməliyik?

Allahı yaxşı tanımaq üçün aşağıdakı incə-nöqtələrə diqqət yetirmək zəruridir:

İnsanın Allah-taalaya münasibətdə elmini ümumi şəkildə iki hissəyə bölmək olar:

1-Hüsuli elm: Onda məqsəd Allahı əql, təfəkkür, düşüncə, dəlil və sübut vasitəsilə tanımaqdır.

2-Hüzuri elm: Bunun özü də iki hissəyə bölünür:

a) Fitri dərketmə, yaxud fitri olaraq Allahı tanımaq (kəsb olunmayan hüzuri elm) insanın daxilində olub, ixtiyar çevrəsindən kənardadır. İnsanların əksəriyyətinin əxlaq çərçivəsində məhdudlaşmayan bu fitri elmə və tanışlığa malik olması yalnız bir istedad və səbəbdir. İnsan öz səyi nəticəsində onu istedaddan həqiqət, qeyri-müəyyənlikdən hüzuri dərk mərhələsinə çatdıra bilər.

2-İnsan kəsb olunan hüzuri elmə öz səyi ilə, təkamül mərhələlərini keçdikdən sonra Allahın lütf və mərhəməti sayəsində yiyələnə bilər. Bu mərifət müxtəlif – güclü və zəif – dərəcələrə malikdir. Onun axırıncı dərəcəsi yaradılışın son hədəfi və insanın ən yüksək kamalıdır. Bu hüzuri mərifətə yiyələnmək birinci qisimdə qeyd olunduğu kimi, müstəqil şəkildə insanın ixtiyarından xaric olsa da, ona yiyələnməyin müqəddimələri ixtiyari işlərdən sayılır. Həqiqətdə, ilahi mərifət kamalının bəxş edilməsi insana onun ixtiyari işlərinin bir hissəsinin mükafatıdır. Bu mükafat axirətdə tam və kamil şəkildə əta olunacaq. Baxmayaraq ki, hüzuri mərifətin digər dərəcələri bu dünyada Allahın bəzi övliyaları üçün nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd olunanlara əsasən, insan öz nəfsini, öz həqiqətini tanıyıb, ruhuna diqqət yetirməklə, nəfsin saflaşdırılmasından agahlıqla, kamal yollarını öyrənməklə Allahı kəsb olunan “hüzuri” elm yolu ilə daha da yaxşı tanıya bilər. Həqiqətdə Allahı tanımaq üçün bir körpü sayılan özünü tanımaq şəri və əməli seyr-sülukdan, yollardan ibarətdir. Buna əsasən, insanı Allaha və mərifət məqamına çatdıran onun öz mahiyyətini bilməsi özünü dərk edib, əsl məqamına doğru hərəkət etməsidir. Bu da, yalnız təqva kəsb etməklə müyəssər olacaqdır.1

***

SUAL 4:


Allahı tanımaqdaSiddiqinsübutunun mənası nədir?

“Siddiq” sözü “sadiq” (düz danışan) sözünün mübaliğə (hiperbolik) formasıdır. Bu söz Allah və Onun məxluqları ilə olan əhd-peymanda doğruluq mənası bildirir.1 Bu sübutu ilk dəfə Əbu Əli Sina “İşarat” kitabının 4-cü bölümündə “Siddiqin sübutu” adı ilə araşdırmışdır. İbni Sinanın bu məsələ ilə əlaqədar mülahizələrindən məlum olur ki, onun zehnində bu sübutun ilk qığılcımı Qurani-kərim ayələrindəndir.2

İbn Sinanın nəzəriyyə və mülahizələrinin ən böyük şərhçisi görkəmli alim Şeyx Tusi həmin sübutun “Siddiqin” adlandırılmasının səbəbi barədə yazır: “İlahiyyatçı qrupun üslubu iki yolla – təbiətşünaslar və teoloqlarla – müqayisədə ən düzgünü olduğundan, bu qrup “Siddiqin” (doğruçular və düz danışanlar) adlanmışlar.”3

Səbəb budur ki, bu sübutda ən az müqəddimə və mənbələrlə Allahın varlığı isbat olunur. İbn Sinadan sonra böyük İslam filosofları ona diqqət yetirmiş, hər biri xüsusi bəyan və mülahizələrlə onu şərh etmişlər. İlahi həkim və filosof mərhum Mehdi Aştiyani “Siddiqin” dəlili ilə bağlı on doqquz növ mülahizə bəyan etmişdir.

Ümumiyyətlə, bu sübut varlıq həqiqətinə diqqət yetirməklə məhz Allahı isbat edir. Buna görə də Allahın varlığını zamanın yaranması yolu ilə isbat edən teoloqların, hərəkət vasitəsilə isbat edən təbiətşünasların, zati imkan vasitəsilə isbat edən ilahi filosofların, kəşf və müşahidə vasitəsilə Allaha çatan ariflərin sübutları arasında fərq vardır.

Burada “Siddiqin” dəlilinin bütün izahlarına və ya ən mühüm incəliklərinə işarə etmək əlavə vaxt apardığı üçün Əllamə Təbatəbainin “Üsuli-fəlsəfə və rəvişi-realizm” («Fəlsəfənin əsaslara və realizm üslubu») adlı kitabında qeyd olunan görüşlər, mülahizələr və izahlar digər müəlliflərin izahlarından sadə və əhatəli olduğundan həmin mülahizələri qeyd edirik:

“Sübut olunmasına şəkk-şübhə etmədiyimiz varlığın reallığı heç vaxt inkar oluna bilməz. Başqa sözlə, varlıq reallığı qeyd-şərtsiz olaraq həqiqətdir, heç bir halda qeyri-real olmur. Ötüb-keçməkdə olan dünya və onun hər bir dönəmi inkar edilmədiyindən inkarı qəbul etməyən gerçəkliyin eyni deyil. Əksinə, o gerçəkliklə yanaşı (digər bir) gerçəklik də var. O olmadıqda varlıqdan heç bir bəhrəsi olmur, öz varlığı yox olur. Əlbəttə, bu gerçəkliyin əşyalarla eyniləşib bir olması, ya onlara nüfuzu, ya onlarda hülul etməsi, ya da gerçəklikdən bir qisminin ondan ayrılaraq əşyalara qovuşması mənasında deyil. ( O eynilə işıq kimidir. Qaranlıq cisimlər onunla işıqlanır, onun vücudu olmadıqda zülmətdə qalır. Eyni zamanda həmin bu misal məqsədimizi bəyan etməkdə yetərsizdir). Başqa sözlə, Onun özü gerçəkliyin eynidir. Kainat və onun ayrı-ayrı hissələri də Onun vasitəsilə gerçəkləşir və Onsuz heçliyə, puçluğa düçar olur.

Nəticədə dünya və onun hissələri özü vücud (varlıq) müstəqilliyində və gerçəkliyə malik olmasında elə bir gerçəkliyə arxalanmışdır ki, Onun Özü gerçəkliyin eyni və özüdür. (O da elə müqəddəs Zatı heç vaxt zavala uğramayan Allahdandır.)

***

SUAL 5:


Allahı tanımaq insanın nəfsini (özünü) tanıyıb dərk etməsilə bağlı olduğundan, bilmək istəyirəm ki, “insanın özünü tanıyıb dərk etməsi deməkdir onu necə əldə etmək olar?

Sizin bu sualınıza imam Əlinin (ə) buyuruğu ilə cavab verə bilərik. Belə ki, o həzrət buyurmuşdur: “Mən ərəfə nəfsəhu, fəqəd ərəfə Rəbbəhu.” Yəni Hər kəs özünü tanısa, şübhəsiz ki, Rəbbini tanıyar.”1 Bu və buna bənzər digər rəvayətlərin izah və təfsirə ehtiyacı çoxdur və onun haqqında geniş şəkildə söhbət etmək alimlərin öhdəsinə qoyulmuşdur. Biz bu sualın cavabını qısa şəkildə açıqlayaraq əsas incəliklərə işarə etməklə kifayətlənəcəyik:

İnsanın Allah-taalaya münasibətdə elmini ümumi şəkildə iki hissəyə bölmək olar:

1-Hüsuli elm: Allahı əql, təfəkkür, düşüncə, dəlil və sübut vasitəsilə tanımaq.

2-Hüzuri elm: Bunun özü də iki hissəyə bölünür:

a) Fitri dərketmə, yaxud fitri olaraq Allahı tanımaq (kəsb olunmayan hüzuri elm) insanın daxilindədir və onun ixtiyar çevrəsindən kənardadır. İnsanların əksəriyyətinin – əxlaq çərçivəsində qərar tutmayan – bu fitri elm və tanışlığa malik olması təkcə bir istedad və səbəbdir ki, insan öz səyi nəticəsində onu istedaddan həqiqət, qeyri-müəyyənlikdən hüzuri dərk mərhəlsinə çatdıra bilər. Qurani-kərim ayələrində də mərifətin bu qisminə işarə edilmişdir. Belə ki, buyurulur:

Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tut.”1

Başqa bir ayədə isə belə buyurulur:

-------------------

(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxarıb, onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günündəBiz bundan qafil idik yaAtalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz isə onlardan sonra gələn bir nəsil idik. Məgər bizi (haqq yoldan) azanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür!”2

2-İnsan kəsb olunan hüzuri elmə öz səyi ilə təkamül mərhələlərini keçdikdən sonra, Allahın lütf və mərhəməti sayəsində yiyələnə bilər. Bu mərifət müxtəlif – güclü və zəif – dərəcələrə malikdir. Onun axırıncı dərəcəsi yaradılışın son hədəfi və insanın ən yüksək kamalıdır. Bu hüzuri mərifətə yiyələnmək birinci qisimdə qeyd olunduğu kimi, müstəqil şəkildə insanın ixtiyarından xaric olsa da ona malik olmağın müqəddimələri ixtiyari işlərdən sayılır. Həqiqətdə, Allaha mərifət kamalının insana bəxş edilməsi onun ixtiyari işlərinin bir hissəsinin mükafatıdır. Bu mükafat axirətdə tam və kamil şəkildə ona əta olunacaqdır. Baxmayaraq ki, hüzuri mərifətin digər dərəcələri bu dünyada Allahın bəzi övliyaları üçün hazırlanmışdır. Qurani-kərimdə belə bir mərifət “baxmaq”, “müşahidə etmək” və “nəzər salmaq” kimi ifadələrlə qeyd olunmuşdur:

------------Səh.18.

O gün neçə-neçə üzlər sevinib güləcək, (qəlb gözü ilə) öz Rəbbinə (Rəbbinin camalına) baxacaqdır!”1

------------

Beləcə, İbrahimə göylərin yerin mülkünü, səltənətini göstərdik ki, tam qənaətlə yəqin edənlərdən olsun!”2

Qeyd etdiyimiz hüzuri elm çərçivəsində Allahı tanımaq insanın nəfsini və özünü tanıması ilə mümkün olduğundan sizin irəli sürdüyünüz İnsanın özünü tanıyıb dərk etməsi deməkdir onu necə əldə etmək olar?” – sualların cavabı müəyyən qədər fərqlənəcək.

Lakin “hüzuri dərk”in birinci qismindəki “özünüdərketmə” insanın öz fitrətinə və xilqətinə mərifəti deməkdir. İnsan “Fitrət nədir? Fitri anlamlar və ideyalar hansılardır? Qurani-kərimdə fitrət necə araşdırılıbdır? Görəsən, bütün insanlar arasında müştərək yönlər tapmaq olarmı? Onların təyin edilməsində və bir-birindən seçilməsində meyar nədir? İnsanlar ilk baxışda bu müştərək yönlərdən eyni şəkildə faydalanırlarmı? Fitri olaraq Allahı tanımaq nə deməkdir? Allah insanın fitrətində və daxilindədirmi? Əgər Allah insanın fitrətindədirsə, nə üçün bəzi insanlar Allahı inkar edir və Ondan üz çevirirlər?...” – suallarını öyrənib-bilmək istəyir.1

Bu mərifətə nail olmaq, başqa sözlə, fitri yolları tanımaq müxtəlif üslublarla müyəssər ola bilər:



1-Təcrübi, yaxud tarixi üslub: Bu üslubda cəmiyyətə, tarixə və onun müxtəlif dəyişikliklərinə müraciət etməklə hər yerdə və həmişə mövcud ünsürlər – güclü və zəif olsa da belə – (fitri işlərin əlamətləri və nişanələri) kəşf olunur. Əlbəttə, bu ünsürlər insanın insanlıq çərçivəsindəki ünsürlərdən olmalıdır. Məhz bu səbəbdən də bu ünsürlərdə öz mənafe güdmək (həmişə tarixdə baş verdiyi kimi), təcavüz, zülm və haqsızlıq məqsədilə başqalarını xidmətə götürmək ruhiyyəsinə yer yoxdur.

2-Əqli üslub: Bu üslubda “əsaləti-ümum” dəlillərinə (ümumi prinsipin ilkinliyi dəlilləri) istinad etməklə insanın (elmi sevmək, fəzilət sahibi olmaq və s. kimi) istəklərinin, ya Allaha yönəlməyin, ibadət və pərəstiş hissinin, yaxud dinin fitri olmasının isbat olunmasına səy göstərilir.

3-Müşahidə üslubu: Bu üslubda vicdana müraciə etməklə fitri ideyalar və görüşlər tanınır. Əgər insan öz daxilində bütün xüsusiyyətləri və şərtləri nəzərə almadan gözəlliyi, elmi və əxlaqi keyfiyyətlərə sevgi, onlara malik şəxslərin tərifi və onlara malik olmaq əhval-ruhiyyəsini özündə canlandırsa fitri ideyaları əldə edə bilər.

4-Nəqli üslub: Bu üslubda Allahın Kitabına, Peyğəmbər (s) sünnəsinə (rəvayət mənbələrinə) müraciət etməklə insanın fitri ideyaları və görüşləri adı ilə müzakirə olunan mövzular araşdırılır və dərəcələrə bölünür.

Lakin hüzuri elmin ikinci qismindəki “mərifəti-nəfs”də – özünütanıma və özünü dərketmədə məqsəd insanın nəfsini, insanlığını və şəxsiyyətini tanımaqdan ibarətdir. Belə ki, insan Nəfs onun xüsusiyyətləri nədir?» «Onun dərəcələri necədir?», «Bir-birilə necə əlaqədə olur?», «Nəfsin bədənlə əlaqəsi necədir?», «Görəsən, nəfs, əql qəlb eyni məna daşıyır, yoxsa bir-birindən fərqlənir?», «Onları bir-birindən ayıran nədir?», «Quran rəvayətlər baxımından nəfs necə təfsir olunur?», «Nəfsin yüksəlməsi tənəzzülə uğraması deməkdir?», «Nəfsin saflaşdırılmasında məqsəd nədir?», «Nəfsin əməllə bağlılığı necədir?», «Nəfs hansı istedadlara qabiliyyətlərə malikdir?», «Nəfsin mücərrədləşməsi deməkdir?», «Onun yüksəlməsinə səbəb olan amillər hansılardır?», «Nəfsi tanımaqla Allahı tanımaq Ona mərifət bəsləmək mümkündürmü?», «Bu mərifətin hədd-hüdudu dərəcəsi nədir?” – suallarının cavabını həmişə axtarmağa çalışaraq öyrənib, dərk etsin. Bir sözlə, hər bir insan öz “nəfs”ini, yaxud “ruh”unu, yaxud “həqiqət”ini tanımalı və bilməlidir ki, əvvəlcə necə idi, indi necədir və gələcəkdə necə olacaq?1

Allah-taala Qurani-kərimin “Maidə” surəsinin 105-ci ayəsində bu mərifətlə bağlı buyurur:

------------------Səh.20.

Ey iman gətirənlər! Özünüzə həqiqətinizə diqqət yetirin, nəfslərinizi tanıyın. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməz. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcək.”

Bu ayənin axırında hamının Allaha tərəf qayıdışı, Allahla görüşdükləri gün əməllərinin və işlərinin nəticələrinə nail olacağına diqqət yetirdikdə insanın öz nəfsinə və həqiqətinə mərifətinin dərin məna daşıdığı aydınlaşacaq. Buna əsasən, Hər kəs özünü tanısa, şübhəsiz ki, Rəbbini tanıyar!” – rəvayətinin mənası belədir: Hər kəs özünü olduğu kimi tanıyıb, Allahın təcəlla və zühur etdiyi yeri bilsə, öz Rəbbini tanıyar və qəlb gözü ilə Onu görər.

İkinci mənada olan nəfsi tanımağın və özünüdərketmənin yollarını araşdırmazdan öncə, bir neçə incəliyə diqqət yetirmək zəruridir:

1-Nəfsi rəzil sifətlərdən təmizləyib saflaşdırmaq və onun ali dərəcələrinə nail olmaq üçün hər şeydən əvvəl nəfsi, eləcə də, səadət və tənəzzül amillərini tanımaq lazımdır.

2-Nəfsi tanımaq, həqiqətdə yolu və yolçunu tanımıq deməkdir. Çünki Allaha doğru hərəkət edən insanın nəfsidir. İnsanın Allaha yetişmək üçün ötüb-keçdiyi yol isə öz nəfsinin dərəcələridir. Hər hansı bir dərəcəni keçməklə yüksək dərəcəyə qədəm qoyar. Əhəmiyyət kəsb edən məsələ budur ki, öncə qeyd etdiyimiz ayəyə əsasən, bu yolu ötüb-keçməkdə son məqsəd Allahdır. Buna görə də insan həmişə Allahı yad etməlidir. Əgər insan yol gedərkən son məqsədini unutsa, yolun özünü də unudar. Deməli, Allahı yaddan çıxarmaq nəfsi unutmaqla nəticələnir.

3-İslamın əsas mənbələrində nəfsi tanımaq dedikdə olan başqa mərifət yox, Allahı tanımaq üçün vasitə sayılan mərifətdir.

4-İslam mənbələrinə – Quran ayələrinə və rəvayətlərə əsasən, bu mərifət əməli bir qanun hesab olunmalıdır. Yəni kamala və ali dərəcələrə doğru hərəkət etmək lazımdır. Əks təqdirdə, sadəcə olaraq elmi nöqteyi-nəzərdən nəfsi tanımaq, kamal və əməl mərhələsində qərar tutmaq yox, yalnız məfhumlarla tanışlıq deməkdir.1

Bu mərifətə ümumi (sadəcə özünü dərketmə) və xüsusi (əməli bir qanun olan) şəkildə nail olmaq aşağıdakı üsullarla mümkündür:



1-Elmi (insani) təcrübi üsul: Burada insani və təcrübi (təbii) elmlərə əsaslanaraq ruhun və maddi bədənin həqiqəti, onların bir-birilə münasibəti xüsusiyyətləri, fəaliyyətləri, qüdrətləri aydınlaşır. Bizim nəzərimizcə, bu elmlərin əsaslarına – xüsusi və məhdud üsullarına əsasən, insanşünaslıq məsələsilə əlaqədar onların baxışları və nəzəriyyələri yetərli deyildir.

2-Əqli üsul: Burada əqli əsaslara, ruhun həqiqət və mahiyyətinə, nəfsin müccərəd olmasına, onun əsaslarına, dərəcələrinə və maddi bədənlə münasibətinə əsaslanaraq isbat olunur.

3-Nəqli üsul: Bu üsulda ayələrə və rəvayətlərə əsaslanaraq nəfsin və ruhun həqiqəti, onun xüsusiyyətləri və dərəcələri açıqlanır. Nəfsə mərifət, özünüdərketmə barəsində öncə qeyd olunan suallara cavab verilir. Bizim nəzərimizcə, bu üsulda varlığın və ruhun Xaliqi, Onun sözlərinin təfsirçiləri, yəni Əhli-beyt (ə) nəfsin həqiqətlərinə agah olduqları üçün, onu (nəfsi) elmi araşdırmalarla tanımaq dəqiq, düzgün və dərin mənalıdır. Bir sözlə, ikinci qisim nəfsi tanımaq Allahı tanımaq üçün bir körpü, şəri və dini göstərişlərə əməl etməklə gerçəkləşən əməli və şəri seyrdir. Həqiqətdə, insanın Allaha həqiqi mənada mərifətinin səbəbi onun öz həqiqətini tanıması və öz əsl mənasına doğru hərəkət etməsidir. Təqva kəsb etmədən bu məqama malik olmaq mümkün deyildir.1

***



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin