BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə19/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

ŞƏR VƏ YOXLUQ


Eyblərin, naqisliklərin, yoxluqların və şərlərin mövcud olması maddi aləmə hakim qanunların, nizam-intizamın nəticəsidir. Bunun səbəbi, maddi aləmin varlığın ən aşağı dərəcəsində qurar tutmasıdır. Əgər təbiətə malik olmaq istəsək bu xüsusiyyətlər onun daxilində mövcuddur. Əgər bu aləmdə yaxşılıqların olmasını, pislik və nöqsanların olmamasını istəsək buna təbiət aləmi adı vermək olmaz. Həmin aləm eynilə mələklərin yaşadığı aləmdir, bəşər cəmiyyətinin yaşadığı nizam-intizamdan uzaqdır.

Diqqət yetirmək lazımdır ki, məxluqlar öz dərəcələrində yerləşən ədədlərə bənzəyirlər. Varlıq dərəcələri ədədlərin dərcələrinə bənzəyir. Hər bir ədədin dərəcəsi onun zatının, yerinin dayaq nöqtəsidir. Yəni hər bir ədədin özü bir şey, dərəcəsi ona əlavədir. Məsələn, bizim hər hansı birimiz bir evdə və məkanda sakin olmuşuqsa, bu məkan bizim dayaq nöqtəmiz deyil. Yəni mümkündür ki, mən özüm var ikən, Qum şəhərində sakin olmayım. Belə ki, bu məkanlar və dərəcələr bizim üçün bir növ əlavə olunan halətlərdir və bizim əsl varlığımızdan ayrıdır.

Lakin ədədlərin dərəcələri özlərinin dayaq nöqtəsidir, beş ədədinin dərəcəsi dörddən sonra və altıdan öndədir. Görəsən, beş ədədinin yeri dəyişsə, beş olaraq qalarmı? Məsələn, beş ədədinin yerini dördlə altı arasında yox, on beşlə on yeddi arasında qərar versək, elə beş olaraq qalarmı? Əgər beş on beşlə on yeddi arasında qərur tutsa, həm yeri dəyişmişdir, həm də artıq özü deyil. Onu beş təsəvvür etmək olmaz. O, on altıdır. On altının on altı olması məhz on beşlə on yeddi arasında qərar tutması səbəbindəndir. Beş ədədi də eynilə belədir. Belə təsəvvür etmək olmaz ki, ədədlərin özü bir şey, dərəcələri isə başqa bir şeydir və onları biz belə adlandırmışıq. Əksinə, hər bir dərəcə, sözsüz ki, o dərəcənin zatının dayaq nöqtəsidir.

Bütün varlıq aləmlərinin və onların məxluqlarının dərəcələri onların özlərinin dayaq nöqtəsidir. Əgər metafizik aləmin maddi aləm dərəcəsinə malik olduğunu desək, bu zaman ona metafizik aləm adını vermək olmaz. Təbiət və metafizik aləmdə olan varlıqların olduğu məkan onların varlığı ilə eynidir və əgər öz yerindən ayrılmaq istəsə, əsla özü olmayacaqdır.1

Belə xüsusiyyətlərə malik varlıq – şərlər, naqisliklər, eyblər və yoxluqlarla bir olan maddi aləmin məxluqatı – öz zatının dayaq nöqtəsidir. Hərəkət, tədricilik, dəyişmə və təsirlənmə... maddi aləmin varlıq dərəcəsinin biridir.

Bəli, varlığın nöqsanlı olması maddi aləmə hakim qayda-qanunların, nizam-intizamın nəticəsidir və onun mənbəyi varlıq aləmində ən aşağı dərəcəyə malik olmasıdır. Bu, varlıq dərəcələri silsiləsində səbəb-nəticə qanununun bir hissəsidir. Nəticə öz səbəbindən, səbəb də öz nəticəsindən üstün və öndə olmalıdır.

Sözsüz ki, maddi aləmə sabit və dəyişməz qayda-qanunlar, nizam-intizam hakimdir. Lakin bu aləmin qayda-qanunlarından biri də təkamül qanunudur; yəni insan öz elmini, məlumatını artırmaqla, iradəsini gücləndirməklə vəziyyətini dəyişə bilər və düzgün yol seçərək işlərini sahmana salıb, ali dərəcələrə nail olar.

Yaradılışın qəribəliklərindən biri də bu maddi aləmdə insanın yaranışıdır. Doğrudur, maddi aləm nöqsanlardan, eyblərdən uzaq olma qabiliyyətinə malik deyil. Lakin insan (maddəlikdən üstün xüsusiyyətə malik) ruha malik olduğu üçün təkamül edib, öz vəziyyətini dəyişə bilər. Əgər onun təkamül qabiliyyəti olmasaydı, axirət aləmində cəzalanması yersiz və mənasız bir iş sayılardı.

İnsanın bu maddi aləmdə yaşayaraq, yüksək aləmlərə doğru hərəkəti mümkün olacaq təqdirdə Allah-taalanın ədalətindəndir.

***
ALLAHIN MEHRİBANLIĞI VARLIQLARDA ÇİRKİNLİKLƏRİN MÖVCUDlUĞU



SUAL 26:


üçün dünyada həm çirkinlik, həm gözəlliklər mövcuddur? olardı ki, Allah-taala yalnız gözəllikləri yaradaydı?!

YARADILIŞDAKI FƏRQLƏR


Allah-taala varlıq aləmini ən gözəl və ən kamil şəkildə yaratmışdır. Bu kamil və gözəl aləm məxluqlar arasında fərqlərin mövcudluğunu zəruri edir. Biz fərqlərə malik dünyada birinə yaxşı, digərinə isə pis deyərək, “nə üçün bu yaxşıdır, o isə pisdir?” – sualını veririk. Halbuki dünyada pis olmasaydı, yaxşı da olmazdı. Bu, eynilə qaranlıq və işıqlı səhnələri olan rəsmə bənzəyir. Onu gözəl göstərən iki fondan – həm qaranlıq, həm də işıqdan ibarət olmasıdır. Əgər şəkildə hər yer işıq olsaydı, həmin şəkil öz gözəlliyini itirər və istənilən lövhə alınmazdı. Görəsən, dünyada pislik olmasaydı, gözəllik mövcud olardı? Əgər pis insan olmasaydı, yaxşı insan olardı? Bizim bir şeyi gözəlliklə vəsf edib, ona heyran olmağımız bütün dünyanın eyni formada olmamasından irəli gəlir. Əgər bütün dünya eyni, bütün insanlar yaxşı, bütün bəşər cəmiyyəti imam Əli ibn Əbutalibin (ə) və digər yaxşı insanların xüsusiyyətlərinə malik olsaydılar, artıq dünyada imam Əli (ə), digər təqvalı və gözəl insanlar tanınmazdı. Deməli, bizim yaxşı və gözəl adlandırdığımız şeylər öz yaxşılıq və gözəlliklərinə görə, çirkin şeylərin pislik və çikinliklərinə borcludur.1

***
ALLAHA MÜNASİBƏTDƏ XOŞGÜMANLIQ



SUAL 27:


Müsəlman öz Allahına, hindu öz bütünə, eləcə hər şəxs öz dininə, ayininə Allahına üz tutaraq cavab alır. Bu insanın əqidəsinin möhkəmlənməsinə səbəb olur. Bütün bu əqidələrdə insanlar müştərəkdir. Belə isə, insanın əqidəsindən üstün bir şey varmı?


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin