BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə18/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   ...   14   15   16   17   18   19   20   21   ...   29
    Bu səhifədəki naviqasiya:
  • SUAL 25

SUAL 24:


İnsan ixtiyar sahibi olmağa məcburdur!” – müddəsı barədə nəzəriniz nədir?

Biz Allahın təyin etdiyi qəzavü-qədərə və qismətə inanırıq; yəni ölçü, yaxud əşya üçün ölçü və miqdar təyini. Allahın müəyyən etdiyi təqdir məxluqların idarə olunmasından ibarətdir. Belə ki, təqdir fenomenlərə təsirlidir və bu, təbii olaraq hər hansı bir fenomenin uzaq və yaxın olmasını nəzərə almaqla bir-birindən seçiləcəkdir. Necə ki cins, növ, şəxs və şəxsin halətləri də bir-birindən fərqlənəcəkdir. Məsələn, insanın ümumi təqdiri və taleyi yer üzündə müəyyən bir vaxta qədər həyat sürməsidir. Hər bir şəxsin təqdirlərindən biri bundan ibarətdir ki, ata və ana vasitəsilə dünyaya göz açsın. Eləcə də, insanın ruzisində, həyat problemlərində və ixtiyari işlərində təqdir onların hər biri üçün xüsusi şəraitin yaranmasından ibarətdir. Həqiqətdə, Allahın müəyyən etdiyi təqdir və qismətin mənası budur ki, Allah-taala hər hansı bir məxluqu zəruri xüsusiyyətləri, şəraiti, ölçünü, qeydi-şərti, həddi-hüdudu və istedadları nəzərə alaraq vücuda gətirir.1

Bu təqdir insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bizim ixtiyar sahibi olmağımız, ixtiyari olaraq yerinə yetirdiyimiz əməllər və ixtiyari işlərimizin müqəddimələri hər hansı bir varlığın özünəməxsus dairədən gerçəkləşməsinə bənzəyir. Bu da Allahın müəyyən etdiyi təqdirdir. Məsələn, (ixtiyari əməl sayılan) danışıq mütləq özünəməxsus gerçəkləşməli və danışıq forması almalıdır. Buna görə də, Allah-taala nəfəs borularını, qırtlağı, səs tellərini, dili, dişləri və dodaqları yaratmış, bu üzvləri (azad əməl sayılan) danışığın gerçəkləşməsi üçün müəyyən etmişdir.

Allah-taala azad işlərin müqəddimələri üçün də də xüsusi şərtlər təyin etmişdir. Məsələn, insanın qidalanması üçün bədəndə bəzi üzvlər yaratmış və onların funksiyalarını müəyyən etmişdir. İnsanın qidalanmasında bəzi üzvlər mühüm rol oynayır. Əgər bu bədən üzvləri olmasa, azad əməl sayılan qidalanma prosesi gerçəkləşməz.

Ümumiyyətlə, Allah-taalanın bu qəbil təqdirlə bağlı müəyyən etdiyi bütün işlər məcburidir, insanın iradə azadlığı onda heç bir rol oynamır. Bədən üzvlərimiz bizə məcburi verilmişdir. Bədənimizdə hansı üzvün olub-olmamasında heç bir ixtiyarımız yoxdur və bu işə qüdrətimiz çatmır. Bəli, azad əməllərin müqəddimləri məcburi olaraq yaranmışdır (əgər bu müqəddimələr olmasaydı, ixtiyari əməllər həyata keçməzdi).

Allah-taala müəyyən etdiyi təqdirlə insanın yaşayışı üçün bəzi çərçivələr qərar vermişdir. Bizə məcburi olaraq əta olunan fəaliyyət onun daxilində yerinə yetirilir. Biz bu çərçivə daxilində ixtiyar sahibi olur, istədiyimiz işi görə bilərik. Lakin ona tabe olub-olmamaq bizim ixtiyarımızdan xaricdir.

Başqa sözlə, bütün azad işlərin müqəddimələri və onların həyata keçirən hissələr (məsələn, bədən üzvləri) – varlıq aləminin tələbinə görə – Allahın müəyyən etdiyi təqdir əsasında məcburdur. Lakin həmin müqəddimələrdən necə istifadə etmək bizim öz ixtiyarımızdadır.1

***
ALLAHIN LÜTFÜ ŞƏR



SUAL 25:


Allah-taalanın məxluqlara lütfü (diqqəti) barəsində mütaliələrimdə, bu lütfün qabiliyyət məsələsilə birgə bəyan olunduğunu, səbəb-nəticə (determinizm) qanununun zərurət olaraq, heç bir şəraitdə dəyişdirilməsinin hissələrinin bir-birindən ayrılmasının qeyri-mümkün olduğunu müşahidə etdim. Bu qanunu qəbul edir soruşmaq istəyirəm ki:

1-Qabiliyyət məsələsində varlığın nöqsanlarla üzləşməsi obyektiv nizamın məcburi olmasından irəli gəlirmi?

2-Bir şəxs üçün qeyri-ixtiyari amillərin yaratdığı şərait Allah-taalanın ədaləti ilə necə uyğun gəlir? Bir şəxs sabit dəyişməz səbəb-nəticə qanununa əsasən, bir sıra qabiliyyətsizliklərlə üzləşir. O, buna görə etiraz edə bilərmi?

“İnayət” sözü failin (iş görənin) öz işinə diqqət yetirməsi mənasını bildirir. Belə ki, onun işi xeyirlə, yaxud xeyirin ən gözəl halında tamamlansın. Diqqət yetirmək lazımdır ki, insan barəsində işlədilən “inayət”in məfhumu hədəf və məqsəd baxımından Allah-taalaya aid edilən mənadan tamamilə fərqlənir; yəni insanın öz işlərində «inayət»i−diqqəti malik olmadığı bir sıra mənfəətlərə çatmaq üçündür. Lakin Allah-taala mütləq şəkildə kamil və zatən ehtiyacsız olduğundan, onun öz fellərinə diqqəti zatından üstün bir məqsəd daşımır. Başqa sözlə, Allah-taalanın Öz fellərinə himmət göstərməkdə əsas məqsədi müqəddəs zatı pak zatın məxluqatda təcəllası məxluqlar vasitəsilə müqəddəs zatı tanınması olduğundan, məxluqlar Onun üçün ikinci dərəcəli hədəf təşkil edir.

Deyilənlərə diqqət yetirdikdə, məlum olur ki, Allah-taalanın diqqəti bu mənadadır: O, fail və varlıq aləminin Xaliqi olaraq, məxluqları müqəddəs zatının gözəl şəkildə göstəricisi olduğu üçün ciddi səy göstərərək ən çox xeyir və kamilliyə malik halda yaratmışdır.1

Allahın diqqətinin tələb etdiyi ən mühüm işlərdən biri varlıq aləminin ən gözəl və kamil şəkildə yaranmasıdır. Onun diqqətinə əsasən, elə bir aləm, nizam-intizam xəlq olunmalıdır ki, varlığın kamilləkləri ən yüksək dərəcədə gerçəkləşsin. Yəni müxtəlif aləmlər və onun varlıqları elə yaransın ki, məxluqların əksəriyyəti ən üstün kamilliklərdən bəhrələnsin. Varlıq aləminin bu gözəlliyi və üstünlüyü başqa yollarla da isbat oluna bilər; məsələn, dəlillərdən biri budur: əgər Allah-taala dünyanı ən gözəl nizam-intizamla yaratmasaydı, səbəbi bu ola bilərdi ki, ya (dünyanı ən gözəl və kamil şəkildə yaratmağa) Onun elmi çatmır, ya bunu istəmir, ya onu yaratmağa qadir deyil, ya da onu (kamil şəkildə) yaratmağa paxıllıq etmişdir. Halbuki bu fərziyyələrin heç biri Allah-taala barəsində düzgün deyil. Beləcə varlıq aləminin ən kamil və ən gözəl nizama malik olduğu isbat edilir.2 Qurani-kərimdə də bu məsələyə işarə ilə buyurulur: O, yaratdığı hər şeyi gözəl yaratdı.”3 Başqa bir ayədə belə buyurulur: “(O gün) Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedirlər. Bu, hər şeyi möhkəmliklə, yerli-yerində edən Allahın işidir!”1

Allah-taalanın diqqəti, varlıq aləminin ən kamil və ən gözəl şəkildə yaranması barəsindəki araşdırmalara diqqət yetirdikdə, belə bir sual yaranır: dünyada şər işlərin – nöqsanların, naqisliklərin mövcud olması varlıq aləminin ən gözəl və ən kamil şəkildə yaranışına necə uyğun gəlir və bunu Allahın diqqəti ilə necə əlaqələndirmək olar? Başqa sözlə, Allahın lütf və diqqəti varlıq aləminin ən gözəl şəkildə yaranmasını tələb edir. Lakin şərlər, naqisliklər gözəl quruluşla, nəticədə Allahın diqqəti ilə uyğun gəlmir. Bu ziddiyyəti aşağıdakı məsələlərə diqqət yetirməklə aydınlaşdırmaq olar:

1. Bu sualın cavabını Allahın lütf və diqqətini araşdırarkən qeyd etdik; belə ki, Allah-taalanın məxluqları yaratmaqda ciddi səyi və diqqəti onların mütləq, tam xeyir və kamilliyə malik olmaları yox, əksinə daha artıq xeyir və kamilliklə yaranmalarıdır. (Çünki mütləq, tam kamillik və xeyir yalnız Allah-taalanın pak zatına aiddir) Diqqətin tələbinə gəldikdə isə, onun mütləq və tam gözəlliyə yox, məxluqların mümkün qədər gözəlliyə malik olması ilə uyğun gəldiyini bəyan etdik. (Çünki tam gözəllik məxluqlara yox varlıq aləminin Xaliqinə aiddir!)

2. Dünyanın bütün şər işləri, naqislikləri, nöqsanları və pislikləri varlığa yox, yoxluğa aiddir. Buna əsasən, dünyadakı varlıqları iki qismə – yaxşı və pis varlıqlara – bölmək olmaz. Deyə bilmərik ki, yaxşı varlıqları yaradan Allah, nə üçün pis varlıqları da yaratmışdır?”1

3. Dünya xeyir və şər işlərin bir-birilə yanaşı olmasını tələb edir. Xeyir və şəri bir-birindən ayırmaq olmaz. Əgər dünyada həyat və dirilik varsa, deməli onun kənarında ölüm də olmalıdır; əgər sərvət, mal-dövlət varsa, onun kənarında yoxsulluq da olmalıdır; əgər qüdrət varsa, onun kənarında zəiflik də olmalıdır... Bizim yaşadığımız dünya maddi aləmdən, hərəkətdən, dəyişiklikdən, təzad və ziddiyyətdən ibarətdir. Bu xüsusiyyətlər valığın yox, maddi aləmin zatının ayrılmaz hissəsidir. Çünki bu varlıq aləmində (öz məqamında isbat olunduğu kimi) digər aləmlər də mövcuddur. Maddi aləmin qayda-qanunları orada əsla hökm

Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin